Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-81/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1240/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Tələbkar vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3220/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən alimentin tutulması (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-230/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə tutulmuş və ödənilmiş alimentin məbləği nəzərə alınmaqla) hazırki iddianın məhkəməyə verildiyi vaxtdan - xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün 400 manat olmaqla, cəmi 800 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməlidir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, qeyd edilən icra sənədinin tam şəkildə icra olunmadığını bildirmiş və icra sənədinin icrasını təmin etmək üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-1240/2024 saylı qərardadı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin təqdimatı təmin edilməmişdir. Həmin qərardaddan Tələbkar vəkili və nümayəndəsi Vəkil şikayət və buraxılmış müddətin bərpası barədə ərizə verərək, müddətin buraxılmış hesab edildiyi halda bərpa edilərək, şikayətin təmin edilməsini və qərardadın ləğv edilərək təqdimatın təmin edilməsini, əks halda şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1240/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilməmiş, şikayət geri qaytarılmışdır. Tələbkar vəkili və nümayəndəsi Vəkil bu qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(011)-1240/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-1240/2024 saylı qərardadı xx.xx.2024-cü il tarixdə Tələbkar “Elektron” məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Lakin tələbkar (nümayəndəsi və vəkili vasitəsi ilə) həmin qərardaddan şikayəti və şikayət vermə müddətinin bərpası barədə ərizəni yalnız xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Tələbkar elektron məhkəmə sistemində kabinetinin olması barədə məlumatlı olmadığını, qərardadın yerləşdirilməsi barədə nə elektron kabinetə SMS bildirişinin, nə də ki elektron poçtuna məlumatın göndərilmədiyini bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki-prosessual qanunvericilikdə birinci instansiya məhkəməsinin aktlarının, o cümlədən qərardadlarının da aid edildiyi məhkəmə sənədlərinin çatdırılması və rəsmi verilməsi qaydası tənzimlənmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə (Bakı şəhəri Xətai Rayon Məhkəməsində bu sistem tədbiq edilir) mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə (tələbkar qeydiyyatdan keçmişdir) məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron” kabinetində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılır. Bu qaydaya da riayət edildiyi halda, məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmənin həmin qərardadı da tələbkara məhz mülkiprosessual qanunvericiliyin qeyd edilən tələblərinə uyğun çatdırılmışdır. Onun elektron kabinetdən istifadə etməməsi birmənalı şəkildə üzürlü səbəb kimi qəbul edilə bilməz və ötürülmüş müddətin bərpası üçün əsas deyil. Belə ki, əks halda, Mülki-Prosessual Məcəllənin 135.5-ci və 135.6-cı maddələri öz hüquqi əhəmiyyətini itirmiş olur ki, bu da mümkün deyil. Hər bir halda, üzrlü səbəb dedikdə elə hallar nəzərdə tutulur ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, onun qarşısı alına bilməsin, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin tələbkarın üzürlü kimi göstərdiyi hallar bu hallara aid deyil. Qeyd edilənlər buraxılmış müddətin bərpa edilməsini qeyri-mümkün edir. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, tələbkara münasibətdə apellyasiya şikayəti vermək üçün 10 günlük müddətin axımı xx.xx.2024-cü il tarixdə başlamasına və xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq, tələbkar şikayətin verilməsi üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş bu müddəti hər hansı üzürlü səbəb olmadan buraxmış, şikayəti bu müddət bitdikdən təxminən 1 ay sonra (xx.xx.2025-ci ildə) vermişdir. Qeyd edilənlər öz növbəsində müddətin bərpasından imtina edilməsi və şikayətin geri qaytarılması üçün əsas yaradır. Birinci instansiya məhkəməsi də bu halı nəzərə alıb, haqlı olaraq həmin qərardaddan şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina etmişdir. Bu səbəbdən şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1240/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1240/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-81/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-81/2025
11.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver