Məhkəmə qərarları › İş №8(103)-82/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-82/2021

22.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-82/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Borclu iştirakı ilə X1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2745/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən tutulmalı olan pulun indeksasiyasına dair ərizəsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-173/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2745/2014 nömrəli, xx.xx.2014- cü il tarixli qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçı X3 cavabdeh Borclu qarşı “öhdəliyin lazımınca icra edilməməsi ilə bağlı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh Borclu ilkin iddia üzrə iddiaçı X3 xeyrinə 66140 (altmış altı min bir yüz qırx) manat məbləğində vurulmuş maddi ziyana görə pul vəsaitinin tutulması, X5 tərəfindən mebel dəstlərinin Borclu qaytarılması, pulun tutulması ilə mebel dəstlərinin qaytarılması eyni vaxtda icra edilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2745/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar Borclu onun xeyrinə tutulacaq 66140 manat əsas borc məbləğinin keçən 2016- 2019-cu illərə görə indeksasiya edilməsi və indeksasiya məbləği kimi 19974,28 manatın əlavə tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov rayon məhkəməsinin (hakim Abbas Əliyev) xx xxxxxx 2014-cü il tarixli 2(005)-2745/2014 saylı qətnaməsi ilə «podrat müqaviləsinin lazımınca icra edilməməsi ilə bağlı vurulmuş maddi ziyana görə» cavabdeh Borclu mənim xeyrimə 66140 (altmış altı min yuz qırx) manatın tutulması, pulun tutulması ilə alınmış mebelin qaytarılmasının eyni vaxtda icra edilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsindən görünür ki, həmin maddi ziyan mənə cavabdeh Borclu tərəfindən 2013-cü ildə icra edilməli olan müqavilələrə görə pul vəsaitini əsassız əldə etməklə vurulmuşdur. Sözü gedən məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Lakin icra məmuru tərəfindən görülmüş tədbirlərə baxmayaraq Borclu keçən müddət ərzində məhkəmə qətnaməsinin icrasından yayınmış və bu müddətdə alıncaq məbləğ inflyasiya nəticəsində ciddi surətdə dəyərdən düşmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin indeksasiyasını həyata keçirə bilər. Qanunun həmin müddəasını əsas tutaraq 2015-ci ilin dekabrında ödənilməli pul məbdləğinin indeksasiya edilməsi məqsədilə məhkəməyə müraciət etmişəm. Məhkəmənin xx.xx.2015- ci il tarixli 8(005)-1079/2015 saylı qərardadı ilə 2015-ci il ərzindəki inflyasiya nəzərə alınmaqla indeksasiya edilmiş məbləğ 3373,14 manat təşkil etmişdir. Hesab edir ki, qətnamənin icrası zamanı cavabdeh Borclu alınacaq məbləğ keçən 2016- 2019-cu illərə görə illik inflyasiyaya nəzərə alınmaqla da indeksasiva olunmalıdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet saytı olan www.stat.qov.az-dan görünür ki, 2016-cı ilin yanvar-dekabr aylarında 2015-ci ilin yanvardekabr aylarına münasibətdə inflyasiya 112,4 %, 2017-cı ilin yanvar-dekabr aylarında 2016-ci ilin yanvar-dekabr aylarına münasibətdə inflyasiya 112,9 %, 2018-cı ilin yanvar-dekabr aylarında 2017-ci ilin yanvar-dekabr aylarına münasibətdə inflyasiya 102.3%, - 2019-cı ilin yanvar-oktyabr aylarında 2018-ci ilin yanvar-oktyabr aylarına münasibətdə inflyasiya 102,6 %, təşkil etmişdir. Beləliklə, illik inflyasiyanı nəzərə almaqla 4 il, yəni 2016- 2019-cu illər ərzində xeyrinə indeksasiya olunacaq əlavə məbləğ 2016-cı ilə görə (66140 x 12,4%) 8201,36 manat. 2017-cı ilə görə (66140 x 12.9%) 8532.06 manat, 2018-ci ilə görə (66140 x 2,3 %) 1521,22 manat. 2019-cu ilə görə (66140x2,6%) 1719, 64 manat, cəmi dörd il ərzində isə 19974,28 (on doqquz mindoqquz yüz yetmiş dörd manat iyirmi səkkiz qəpik) manat müəyyən edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-173/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(005)-2745/2014 nömrəli qətnaməsi ilə X2na cavabdeh Borclu tərəfindən ödənilməli olan 66 140 manat məbləğin xx.xx.2016-cı il il tarixdən xx.xx.2019-cu il tarixədək olan indeksasiya edilmiş məbləği 14947,64 manat olmasının müəyyən edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun Borclu tutulması qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək onun ləğv edilməsini və iddiaçının müvafiq ərizəsinin təmin olunmaması barədə yeni qərardad çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin xx xxxxxx 20201-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2745/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinə ilə Borclu ilkin iddia üzrə iddiaçı X3 xeyrinə 66140 manat məbləğində vurulmuş maddi ziyana görə pul vəsaitinin tutulması, X5 tərəfindən mebel dəstlərinin Borclu qaytarılması, pulun tutulması ilə mebel dəstlərinin qaytarılması eyni vaxtda icra edilməsi qət edilmişdir. Bununla belə mebellərin qaytarılması barədə ona müraciət edilməmiş və bu səbəbdən o borcu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən borclu şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tələbkar, habelə icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 173/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməklə iş tələbkarın ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İş materiallarından görünr ki, birinci instansiya məhkəməsi nə ərizəyə, nə də şikayətə baxdığı zaman icra işini tələb edərək öyrənməmiş, icra sənədinin nə vaxt icraata qəbul edildiyi, Borclu hansı tarixdə icra barədə xəbərdarlıq olunduğu və onun icranı gecikdirib-gecikdirmədiyi məsələlərini yoxlamamış, icranın hansı səbəbdən, ümumiyyətlə icranın kimin tərəfindən gecikdirildiyi araşdırılmamış, icra sənədi üzrə tələbkara ödənilməli olan pul vəsaitinin indeksasiya olunması üçün prosessual və maddi hüquqi əsasların mövcud olub-olmadığını aydınlaşdırmamışdır. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2745/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinə ilə Borclu ilkin iddia üzrə iddiaçı X3 xeyrinə 66140 manat məbləğində vurulmuş maddi ziyana görə pul vəsaitinin tutulması, X5 tərəfindən mebel dəstlərinin Borclu qaytarılması, pulun tutulması ilə mebel dəstlərinin qaytarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir. Belə olan halda qeyd edilən icra sənədi üzrə hər iki tərəfin həm tələbkar, həm borclu olduğu üçün icra sənədinin icrasının gecikdirilmə səbəbləri məhz hansı borclunun təqsiri nəticəsində baş verdiyi müəyyənləşdirildikdən sonra ərizə üzrə qanuni qərar qəbul edilməsi mümkündür. Bu səbəblə kollegiyanın qənaəti ondan ibarətdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-173/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə icra sənədi üzrə tərəflərin iştirakını təmin etməklə icra işi ilə bağlı müəyyən olunan göstərilən zəruri halları araşdıraraq və xüsusilə icra sənədinin icrasının Borclu təqsirindən gecikdirilmiş olub-olmadığını aydınlaşdıraraq ərizəyə qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-173/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilərək iş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar