Məhkəmə qərarları › İş №8(103)-83/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-83/2021

17.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-83/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Tələbkar Borclu nümayəndəsi X18 və vəkili X29 iştirakları ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(008)-23/2020 saylı qərardadından borclu X9 tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Amil Əmirovun icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə xx xxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin xx xxxxxx 2019-cu il tarixli icrası mümkün olmayan icra sənədinin, yəni 2(008)- 4528/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin Sabunçu rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İcra məmurunun qeyd olunan qərarını əsassız hesab edir. Belə ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4528/2013 saylı, xx.xx.2013- cü il tarixli qətnaməsi ilə onun ilk iddiası təmin olunaraq cavabdehlər X6 və X7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 7a saylı evin 2 saylı mənzilindən çıxarılması qət olunmuşdur. Sonradan cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti və kasasiya şikayətləri təmin olunmamış, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Sabunçu rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Sabunçu rayon İcra və Probasiya şöbəsində bu günə kimi icra sənədi icra edilməmiş və müxtəlif bəhanələrlə icranı gecikdirmişlər. Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru X32 2(008)-4528/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə izah verilməsi üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 8(008)- 607/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə onun ərizəsi təmin olunmamışdır. Həmin qərardadda məhkəmə qətnaməsinin izahı ilə bağlı qeydetmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 4528/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh X10 və X3 rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 7a saylı evin 2 saylı mənzilindən çıxarılmalıdırlar. İcra sənədi xx.xx.2015-ci il tarixdə şöbənin icraatına daxil olmuş və digər məhkəmə qərarının icrası zamanı keçirilən icra tədbirləri nəticəsində X19 da məhkəmə qətnaməsinə əsasən Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 7a saylı evin 2 saylı mənzilinə icra məmuru tərəfindən köçürülmüş və həmin şəxs hal-hazırda həmin ünvanda yaşayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 266- 268-ci maddələrini rəhbər tutaraq hesab etmişdir ki, məhkəmənin mülki iş üzrə gəldiyi nəticə tam aydın və dəqiq gösərilmiş, qəbul olunmuş qətnamədə anlaşılmayan, həmçinin izaha ehtiyacı olan hər hansı bir hal mövcud olmamışdır. Ona görə də məhkəmə qətnamənin izah verilməsi barədə ərizənin təmin olunmasına əsas görməmiş və ərizəni təmin etməmişdir. Bundan sonra icra məmuru Bakı Apellyasiya Məhkəməsinə həmin qərardaddan şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin 8(103)-459/2019 saylı xx xxxx 2019-cu il tarixli qərardadı ilə şikayət eyni əsasla təmin olunmamışdır. X19 ona qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət edərək onun Bakı şəhəri, Bakıxanov qəsəbəsi S.Şuşinski küçəsində yerləşən 7a saylı evin, 2 saylı mənzilindən istifadə hüququnun tanınması barədə qənamə çıxarılmasını xahiş etmiş, o da X14 qarşı mənzildən, torpaq sahəsindən və tikililərdən çıxarılma maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətdə olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsində yerləşən 7a saylı evn 2 saylı mənzilindən, həmin mənzilin həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikililərdən çıxarılması, onun həmin mənzildə yaşamağına, istifadə eməyinə, giribçıxmasına, mənzilin həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikililərdən istifadə etməyinə maneəçilik törədilməsinin X14 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Günel Qurbanovanın ilkin iddiası rədd olunmuş və onun qarşılıqlı iddiası təmin olunmuşdur. Cavabdeh qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(103)-1253/2016 saylı qətnaməsi ilə Günel Qurbanova tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, onun ilk iddiası təmin olunaraq, X15 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S,Şuşinski küçəsində yerləşən 7a saylı evin, 2 saylı mənzilinə istifadə hüququ təmin edilmiş, qarşılıqlı iddiası isə qismən təmin olunaraq mükliyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S,Şuşinski küçəsində yerləşən 7a saylı evin, 2 saylı mənzilində yaşamasına, istifadə etməyinə, giriş-çıxışına maneəçilik törədilməsi X14 qadağan edilmişdir. Qalan hissədə qarşılıqlı iddiası təmin edilməmişdir. Sonradan verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Borclulardan X5 Qurbanovanın anası, Kamal Allahverdiyev isə qardaşıdır. Əgər belə bir ev yox idisə Günel Qurbanova necə istifadə hüququnu tanınmasını tələb etmişdir. Günel Qurbanova barəsində olan məhkəmə qətnaməsi artıq icra olunmuş və o, hazırki borclularla birlikdə yaşayır. Necə ola bilər ki, qətnamənin biri icra olunur. Digər qətnamə isə illərdir icrasız qalmışdır. Çünki icra məmuru qətnaməni icra etmək istəmir. Aydın olan hallardan biri ondan ibarətdir ki, Günel Qurbanova barəsində olan qətnamə icra olunur. Günel Qurbanova hazırda həmin ünvanda borclularla birlikdə yaşayır. X34 istifadə hüququ Nazim İsmayılov küçəsi 126-ya tanınmışdırmı? İcraMəmuru Sabunçu RİHB-nin Bakıxanov qəsəbə üzrə nümayəndəliyinin 1562 saylı xx xxxxxxxx 2019-cu il tarixli arayşına istinad edir. Həmin arayışda göstərilir ki, X11 və X9 qeydiyyatsız olaraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi 126 saylı evdə yaşayır. İcra məmuru həmin arayışın doğru və ya saxta olmağını araşdırmır. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə sorğu göndərmir. Ümumiyyətlə belə bir ünvanın mövcud olmasını araşdırmır. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4528/2019 saylı xx xxxxxx 2013-cü il tarixli qətnaməsinə nəzər salsaq görərik ki, Ruqiyyə Məcidova qarşılıqlı iddia verir və qarşılıqlı iddiasında göstərir ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S,Şuşinski küçəsində yerləşən 7a saylı evin 2 saylı mənzili o, Eynullah Allahverdiyevlə birlikdə almış, guya həmin mənzildə birgə təsərrüfat aparmışlar. Qarşılıqlı iddiasında daha sonra göstərir ki, mənzilin ona bağışlanmasından guya xəbəri olmamış, necə xəbəri ola bilərdi ki, 11 il ərzində həmin mənzildə yaşamışdır. Yəni özü göstərir ki, qətnamə çıxan günü məhz Ruqiyyə Məcidova həmin ünvanda yaşamışdır. Buradan aydın görünür ki, Ruqiyyə özü də etiraf edir ki, həmin mənzil mövcuddur. Onun hər hansısa izahatında Nazim İsmayılov küçəsi ilə fikir səsləndirilməmişdir. X38 küçəsinə çıxışı sonradan icradan yayınmaq üçün yaratmışlar. Bunun özü qətnamənin icrasına maneəçilik törətmək əsaslarından biridir. X39 Nazım İsmayılov küçəsində yaşayırdısa bəs onda niyə qətnamədən apellyasiya və kassasiya şikayətləri verirdi. Əgər onların həmin sahəyə aidiyyəti yox idisə, belə bir ünvan mövcud deyildirsə, onda nəyi mübahisələndirirdilər. Bəs onda hansı evin həyat yoldaşına aid olmasını qeyd edirdilər.Bütün bu məsələlər icra məmuru tərəfindən doğru düzgün araşdırılmamışdır. İcra məmuru icra vərəqəsinin icrasını etməmək üçün məhkəməyə qaytarmaqda israrlılıq edir. Odur ki, Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Amil Əmirov icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə xx xxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi və icra sənədinin icrası ilə əlaqədar zəruri tədbirlərin görülməsinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sabunçu rayon Məhkəməsinin 8(008)-23/2020 saylı, xx.xx.2020-ci il il tarixli qərardadı ilə şikayət ərizəsi təmin olunmamışdır. Həmin qərardaddan Borclu tərəfindən verilmiş şikayət Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(008)-23/2020 saylı qərardadı ləğv edilərək, iş materialları Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Amil Əmirovun “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” barədə xx xxxxxx 2019-cu il tarixli qərarından Borclu vermiş olduğu şikayətə yenidən baxılması üçün Sabunçu rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(008)-23/2020 saylı qərardadı ilə şikayət təmin olunaraq, Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Amil Əmirovun icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, icra sənədinin Sabunçu rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan borclu X9 tərəfindən verilən şikayət məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, ev 7a, 2 saylı mənzil 16 saylı DNK-nın xx.xx.2002-ci tarixli bağışlama müqaviləsinə əsasən, Allahverdiyeva (Məmmədova) İradə Kamal qızının adına qeydiyyatdan keçmiş, lakin 2 saylı Bakı Asan xidmət X17 xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən, sözügedən ünvan X18 adına xx.xx.2017-ci il tarixdən qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sabunçu rayon Məhkəməsinin xx.xx.20013-cü il tarixli icra vərəqəsinə əsasən, Məcidova RuqiyyəMəhərrəməli qızı və X8 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, ev 7a, mənzil 2-dən çıxarılmaları qət edilmişdir. (tələbkar Borclu)xx.xx.2019-cu il tarixli aktdan görünür ki, icra sənədinin icrasını təmin etməkməqsədilə qeyd olunan ünvana Bakı şəhəri, Sabunçu rayonu icra məmuru Amil Əmirov, iş üzrə tərəflər və qeyriləri getmişlər, ünvanda olan zaman tərəflərə hüquq və vəzifələri qeyd olunmaqla, məhkəmə qərarının məcburi icrası bildirilmiş, 147 MİS mütəxəssisləri küçəsininSeyid Şuşinski küçəsi, 7A saylı olduğu dəqiqləşdirilmiş, həmçinin, Əmlak Komitəsinin mühəndislərinə Seyid Şuşinski küçəsi, 7A saylı evin2 saylı mənzilinin harada yerləşməsi barədə dəqiq məlumat vermələri xahiş edilmiş, qeyd olunan mütəxəssislər borcluların iddia etdiyi 7a saylı evin 2 saylı mənzil olduğunu bildirdikləri tikiliyə baxış keçirərək ölçüləri götürülmüş, daha sonra tələbkarın nümayəndəsinin Seyid Şuşinski küçəsi, 7 A saylı evin 2 saylı mənzil olduğunu iddia etdiyi Nazim İsmayılov küçəsi, 126 ünvanına sahibinin razılığı ilə baxış keçirərək, ölçüləri götürülmüş, bundan sonra Əmlak Komitəsinin mütəxəssisləri baxış keçirtdikləri tikililərin Seyid Şuşinski küçəsi, 7 A saylı evin 2 saylı mənzil olmadığını qeyd olunan mənzil söküldüyündən yerinin dəqiq müəyyənləşdirilməsinin mümkün olmadığını bildirmişlər, həmin mütəxəssislər Seyid Şuşinski küçəsi, 7 A saylı evin 2 saylı mənzilinin N.İsmayılov küçəsi 126 saylı evə heç bir aidiyyatı olmadığını bildirmişlər. Odur ki, icra sənədində qeyd olunan Seyid Şuşinski küçəsi, 7A saylı evin, 2 saylı mənzilin yerinin müəyyən edilməsi mümkün olmadığından, icra sənədinin icra edilməsi mümkün olmamışdır.Həmçinin, borclu bir halı da qeyd edir ki, iş materiallarına Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1562 nömrəli arayış əlavə edilmişdir ki, həmin arayışa əsasən, Seyid Şuşinski küçəsi 7 A sayli evin 2 saylı mənzili ilə Nazim İsmayılov küçəsi 126 saylı ev eyni evdir. Məhkəmənin də gəldiyi qənaətə əsasən, Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyinin belə bir arayışı verməyə səlahiyyəti olmamışdır.Qeyd edilənləri nəzərə alaraq, borclu bildirir ki, Nazim İsmayılov küçəsi 126 saylı evin Seyid Şuşinski küçəsi, 7 A saylı evin 2 sayli mənzilinə heç bir aidiyyatı olmamışdır, ona görə də hesab edir ki, icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı əsaslıdır. Məhkəmə kollegiyasının iclasında tələbkar Borclu nümayəndəsi X30 və vəkili X35 şikayəti qəbul etməyərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(008)- 23/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Borclular məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası tələbkarın nümayəndəsini və vəkili dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan, dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Apellyasiya Məhkəməsi işə yenidən baxılarkən aşağıda qeyd olunan iki halın araşdırılmalı və qiymət verilməli olduğunu göstərmişdir:

1. Birinci instansiyası məhkəməsi tərəfindən Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2013cü il tarixli qətnaməsi ilə borcluların çıxarılmalı olduğu Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, 7a saylı evin, 2 saylı mənzilin söküldüyü halda nə vaxt (məhkəmə qətnaməsi qüvvəyə minməmişdən əvvəl və ya sonra) və kim tərəfindən sökülməsi məsələsi araşdırılmamışdır.

2. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(103)-1253/2016saylı qətnaməsi ilə hazırkı iş üzrə borcluların yaxın qohumu olan X15 hazırda mübahisə predmeti olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S,Şuşinski küçəsində yerləşən 7a saylı evin 2 saylı mənzilinə istifadə hüququ təmin edilmiş, qarşılıqlı iddiası isə qismən təmin olunaraq mükliyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S,Şuşinski küçəsində yerləşən 7a saylı evin 2 saylı mənzilə istifadə hüququ təmin edilmiş və həmin qətnamə icra olunaraq Günel Qurbanova Borclu mülkiyyətində olan mənzilə köçürülmüşdür. Bakı şəhəri Bakıxanov qəsəbəsi S.Şuşiniski küçəsi, ev 7a, 2 saylı mənzil 16 saylı DNK-nın xx xxxx 2002-ci il tarixli 4Ə-4/687 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Allahverdiyeva (Məmmədova) İradə Kamal qızının adına qeydiyyatdan keçmiş, lakin 2 saylı Bakı “Asan Xidmət” X17 xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-379 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən ünvan X18 adına xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhər 18 saylı Vəkil bürosuna ünvanlanmış xx.xx.2019-cu il tarixli sorğuya cavab məktubu). Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli icra vərəqəsinə əsasən X11 və X12 Bakı şəhəri Bakıxanov qəsəbəsi S.Şuşiniski küçəsi 7a saylı evin 2 saylı mənzilindən çıxarılmaları qət edilmişdir (tələbkar Borclu). xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə qeyd olunan ünvana Bakı şəhəri Sabunçu rayon İcra məmuru Amil Əmirov, iş üzrə təfələr və qeyriləri getmişlər, ünvanda olan zaman tərəflərə hüquq və vəzifələri izah olunmaqla məhkəmə qərarının məcburi icrası bildirilmiş, 147 MKİS-nin mütəxəssisindən küçənin Seyid Şüşinski küçəsi 7a saylı olduğu dəqiqləşdirilmiş, Həmçinin Əmlak Komitəsinin mühəndislərinə Seyid Şüşinski küçəsi 7a saylı evin 2 saylı mənzilinin harada yerləşməsi barədə dəqiq məlumat vermələri xahiş edilmiş, qeyd olunan mütəxəssislər borcluların iddia etdiyi 7a saylı evin 2 saylı mənzili olduğunu bildirdikləri tikiliyə baxış keçirərək ölçüləri götürülmüş, daha sonra tələbkarın nümayəndəsinin Seyid Şüşiniski küçəsi 7a saylı evin 2 saylı mənzili olduğunu idda etdiyi Nazim İsmayılov küçəsi 126 ünvanına sahibinin razılığı ilə baxış keçirilərək ölçüləri götürülmüş, bundan sonar Əmlak Komitəsinin mütəxəssisləri baxış keçirtdikləri tikililərin Seyid Şuşinski küçəsi 7a saylı evin 2 saylı mənzili olmadığını, qeyd olunan mənzilin söküldüyündən yerini dəqiq müəyyənləşdirilməsinin mümkün olmadığını bildirmişlər, həmin mütəxəssislər S.Şuşinski küçəsi 7a saylı evin 2 saylı mənzilinin Nazim İsmayılov küçəsi 126 saylı evə heç bir aidiyyətinin olmadığını bildirmişlər. Odur ki, icra sənədində qeyd olunan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi, 7a saylı evin, 2 saylı mənzilinin yerini müəyyən etmək mümkün olmadığından icra sənədini icra etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin: xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 4 saylı evin 2 saylı ünvana texniki baxış keçirilərkən məlum olmuşdur ki, X20 məxsus, fin tipli binada yerləşən mənzil sökülərək yerində 14.8 kv.metr sahəsi olan yaşayış otağı və 21,8 kv.metr olan qaraj inşa edilmişdir; xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, sözügedən bina sökülüb və göstərilən ərazinin RX seriyalı ******* nömrəli çıxarışa aid olan hissəyə heç bir aidiyyətı yoxdur. Sabunçu rayon Məhkəməsinin 8(008)-607/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadıyla Sabunçu rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X25 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4528/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsinin təmin olunmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-459/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə adıçəkilən qərardad dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş həmin məhkəmə aktları onunla əsaslandırılmışdır ki, X13 və X8 çıxarılması tələb olunan mənzilin yerəlşdiyi ünvan elə X15 məhkəmə qətnaməsinə əsasən mənzilin yerləşdiyi ünvandır “ünvan 5 saylı evin 2 saylı mənzil”. İcra məmurunun izah verilməsi tələb etdiyi ərizədən də bu hal görünür. Sabunçu rayon İcra və Probasiya şöbəsi tərəfindən icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə dəfələrlə icra təyin edilmiş, lakin borcluların çıxarılmalı olduqları ünvan 5 saylı evin 2 saylı mənzilini müəyyən etmək mümkün olmadığından akt tərtib edilməklə icra təxirə salınmışdır. Həmin aktlara əsasən X11 və X12 faktiki tikib yaşadıqları evin Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 126 saylı ev olduğunu, tələbkarın etibarnamə üzrə nümayəndəsi X30 isə məhz RX seriyalı ******* nömrəli çıxarışa əsasən ümumi sahəsi 36,66 kv. metr olan Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 7a saylı evin 2 saylı mənzili olduğunu bildirmişlər. Bu səbəbdən Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 7a saylı evin 2 saylı mənzilin istinad nöqtələrinin və yaşayış evinin mövcudluğunun yerində müəyyən edilməsi üçün mütəxəssisin dəvət olunması barədə qərarlar qəbul edilərək sonuncuların iştirakı ilə dəfələrlə əraziyə baxış keçirilmiş və tərtib edilmiş aktlara əsasən ünvan 5 saylı evin 2 saylı mənzilinin sökülərək ərazidə fərdi yaşayış evləri tikildiyi müəyyən edilmişdir. Həmçinin icraat materiallarına əlavə edilmiş Sabunçu RİHB-nın Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyinin 1562 saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X11 və X12 qeydiyyatsız olaraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 126 saylı evdə yaşayırlar. İcra sənədinin icrası ilə bağlı sonuncu dəfə xx.xx.2019cu il tarixə mütəxəssisin və tərəflərin iştirakı ilə icra təyin edilmiş və icra zamanı mütəxəssislər tərəfindən tələbkarın nümayəndəsinin S.Şuşinski küçəsi 7a saylı evin 2 saylı mənzili olduğunu iddia etdiyi N.İsmayılov küçəsi 126 ünvanına faktiki sahibinin razılığı ilə baxış keçirilərək ölçülər götürülmüş, həmin tikililərin S.Şuşinski küçəsi 7a saylı evin 2 saylı mənzili olmadığı, qeyd olunan mənzil söküldüyündən yerini müəyyən etmək mümkün olmadığı aşkar edilərək akt tərtib edilməklə iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda Borclu Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Amil Əmirovun icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə xx xxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsini istəyir. Aşağıda qeyd olunan əsaslara görə məhkəmə şikayətin əsaslı olduğu nəticəsinə gəlmişdir. İş materiallarına X11 və X8 qeydiyyatsız olaraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 126 saylı evdə yaşamaları barədə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1562 №-li arayış əlavə edilmişdir. Məhkəmə hesab etmişdir ki, məhkəmə qətnaməsi ilə X11 və Allahverdiyev X2 qət edilən Şüşiniski küçəsi 7a saylı evin 2 saylı mənzil və Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1562 №-li arayışda qeyd edilən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 126 saylı ev eyni evdir. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyi belə bir arayış verməyə səlahiyyəti olmamışdır. Belə ki, hər bir rəsmi məlumat rəsmi sənəd əsasında verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə – yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi üzrə müəyyən edilir. Göründüyü kimi, şəxsin “yaşadığı yer” anlayışı onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində qeyd olunan ünvan kimi başa düşülməlidir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyi hansı rəsmi məlumat barədə belə bir ünvan və orada yaşayanlar barədə arayış verdiyi müəyyən olunmur. Məhkəmə araşdırması zamanı mübahisəli evin məhkəmə aktları çıxarılan zaman artıq hazırki vəziyyətdə olduğu barədə tələbkar izahat vermişdir. Bunun əksini sübut edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə hazırkı iş üzrə borcluların yaxın qohumu olan X15 hazırda mübahisə predmeti olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S,Şuşinski küçəsində yerləşən 7a saylı evin, 2 saylı mənzilinə istifadə hüququ təmin edilmiş, qarşılıqlı iddiası isə qismən təmin olunaraq mükliyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S,Şuşinski küçəsində yerləşən 7a saylı evin 2 saylı mənzilə istifadə hüququ təmin edilmiş və həmin qətnamə icra olunaraq X40 Məmmədovanın mülkiyyətində olan mənzilə köçürülmüşdür. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, X1 ev məhz hazırki iş üzrə mübahisəli olan evdir. Bu hal eyni zamanda izahın verilməməsi barədə məhkəmə aktlarından da görünür. Belə ki, icra sənədinin qaytarılması barədə qərar vermiş Sabunçu rayon İcra və Probasiya şöbəsinin icra məmuru Amil Əmirov mübahisələndirilən qərar qəbul edilənədək ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, eyni halları (mübahisələndirilən tikililərin sökülməsi və həmin ərazidə yeni yaşayış evinin tikilməsi) istinad etməklə Sabunçu rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(008)-4528/2013 saylı icra vərəqəsinin icra olunmasına izah verilməsini xahiş etmişdir. Yuxarıda qeyd edildiyi kimi, Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(008)- 607/2019 saylı qərardadı ilə ərizə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 8(103)- 459/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə icra məmurunun şikayəti təmin olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Həmin Qanunun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.1-ci maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Azərbaycan Konstitusiyasının 129 cü maddəsinin 1-ci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, 2-ci bəndinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(008)-23/2020 tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Namiq Cəfərov

Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar