Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-83/2025 10.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-43/2025 saylı, 04 fevral 2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-71/2024 saylı qətnaməsi üzrə xx.xx.2024-cü il tarixdə verilmiş icra vərəqəsinə əsasən, Borclu alınaraq (tutularaq) iddiaçı Tələbkar verilməli olan məbləğ 29.907 manat müəyyən edilməli, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 25 manatı cavabdeh Borclu, 25 manatı Tələbkar alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Abuzər Əlizadə təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək və borcluya borcu ödətdirmək məqsədi ilə Borclu məxsus olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha bağ sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha bağ sahəsi vardır. Qeyd olunan borc məbləği ödənilmədiyindən o, göstərilən təqdimatla məhkəməyə müraciət etmiş və məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-43/2025 saylı, 04 fevral 2025-ci il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi, Borclu məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha bağ sahəsinin üzərinə həbsin qoyulması qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv edilməsini və icra məmurunun təqdimatının təmin edilməməsi barədə qərardad qəbul edilərək əmlak üzərinə həbs qoyulmasının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu hal-hazırda ölkə xaricində olduğundan məhkəmə iclasında iştirak edə bilməmişdir. Bununla bağlı məhkəməyə borclu tərəfindən ərizə ünvanlanmağına baxmayaraq məhkəmə üzrlü halı nəzərə almamış, işə baxaraq qərardad qəbul edilmişdir. Həmçinin qeyd edilmiş ünvan borclunun yeganə yaşayış yeridir, hal-hazırda Borclu və onun ailə üzvləri məhz həmin ünvanda yaşayır. O cümlədən borclunun əmək haqqısından borcla bağlı tutulmalar həyata keçirilir. Lakin məhkəmə qərardadını əsaslandırarkən bunları nəzərə almamışdır. Bundan başqa borclunun icra sənədini könüllü icra etmədiyinə dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyi halda, məhkəmə əsassız olaraq onun borcu qəsdən icra etmədiyini qeyd etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, Borclu nümayəndəsi-vəkili tərəfindən məhkəməyə işə şifahi məhkəmə baxışında baxılması barədə ərizə daxil olmuşdur. Məhkəmə ərizəyə qiymət verərək hesab edir ki, mülki işə şifahi məhkəmə baxışında baxılması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qərardadın ləğvinə yönəldiyindən qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və aşağıda göstərilənlərə əsasən Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Abuzər Əlizadənin daşınmaz əmlak üzərinə həbsin qoyulması barədə təqdimatına yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Abuzər Əlizadə təqdimatı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-71/2024 saylı qətnaməsinin icrası ilə bağlı olmuşdur. İş materiallarından həmçinin müəyyən edilir ki, Borclu mülkiyyətində Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha bağ sahəsi vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89№-li Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə qərarın 1-ci hissəsinə əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) fiziki şəxs barəsində icra sənədi icra olunarkən bu tip əmlaklara tələbin yönəldilməsinə yol verilmir. Kollegiya hesab edir ki, qeyd olunan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,06 ha. bağ sahəsinin borclunun yeganə yaşayış yeri olub-olmaması, hal-hazırda Borclu və onun ailə üzvləri məhz həmin ünvanda yaşayıb-yaşamaması, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-71/2024 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə dair icra işini tələb etməyərək, borclu tərəfindən qətnamənin icra edilməsi ilə bağlı hansı hərəkətlərin həyata keçirilməsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, həmçinin borclunun icra sənədini könüllü icra edib-etməməsi, şikayətində göstərdiyii kimi əmək haqqısından borcla bağlı tutulmaların həyata keçirilib-keçirilməməsi də müəyyən edilməmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi borclu yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatda olmasına istinad edərək, üzərinə həbs qoyulmuş torpaq sahəsinin isə başqa ünvanda yerləşməsini bildirsə də, borclunun həqiqətən ünvan 2 ünvanında yaşaması barədə mötəbər sübutları araşdırmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk olaraq üzərinə həbs qoyulması xahiş edilən ünvanın borclunun yeganə yaşayış yeri olub-olmaması araşdırmalı, həmçinin müvafiq icra işini tələb etməkl borclu tərəfindən icranın könüllü icrası, əmək haqqısından borcla bağlı tutulmaların həyata keçiribkeçirməməsi araşdırmalı, bundan sonra hazırki təqdimata mahiyyəti üzrə baxmalı idi. Məhkəmə kollegiyasının qənaətinə görə qeyd edilmiş ünvan borclunun yeganə yaşayış yeri olub olmamasından asılı olmayaraq borclunun qeydiyyatda olduğu ünvanın kimin sahibliyində, mülkiyyətində olması və onun bu ünvana hansı əsaslarla qeydiyyata düşməsi araşdırılmalı, bu hallar aydınlaşdırılandan sonra təqdimatın əsaslılığına qiymət verilməli idi. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarını nəzərə almayaraq təqdimatı təmin etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və qeyd olunan göstərişlərə əməl edilməklə təqdimata yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-43/2025 saylı, 04 fevral 2025-ci il tarixli qərardadı ləğv edilsin. Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru Abuzər Əlizadənin “daşınmaz əmlak üzərinə həbsin qoyulması barədə təqdimatına” yenidən baxılması üçün iş materialları Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №8(103)-83/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-83/2025
10.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver