Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-85/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, X1nın iştirakı ilə, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-1362/2016 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin hissə-hissə icra edilməsi haqqında X1 tərəfindən verilmiş ərizə üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-338/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1362/2016 saylı qətnaməsi ilə X1ndan “xxxx” MMC-nin xeyrinə 27900 manat pul və 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir.Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və icra məmuru tərəfindən icraata başlanılma haqqında qərar qəbul edilmişdir.X1 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)- 1362/2016 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-338/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə X1nın Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-1362/2016 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməmişdir. Qərardadda Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə; Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə istinadən qeyd edilmişdir ki, qanunverici qətnamənin icrasına möhlət verməyi və ya onun hissə-hissə icra etdirməsini, eləcə də qətnamənin icra üsulunu və qaydasını dəyişdirməyi tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, şəxslərin əmlak vəziyyətinin qiymətləndirilməsini, eləcə də hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Hazırkı ərizənin təmin edilməsi məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipi məhdudlaşdırmaqla, tələbkarın qanunla qorunan mənafeyinin pozulmasına səbəb olardı. 27930 manat borcun hər ay 50 manat hissələrlə ödənilməsi tələbkarın mövqeyi baxımından əlverişli deyil. X1 qərardaddan şikayət verərək, qərardadı ləğv edərək ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini, əks halda şikayətini işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Səbail Rayon Məhkəməsi ərizəsinə baxılmasında onun iştirakını təmin etməmişdir. Belə ki, o, məhkəmədə olsa da sadəcə karantinlə bağlı məhkəmə iclas zalından kənarda olmuş, məlikəmə işçiləri isə ərizəsinə baxıldığı zaman gözləyən şəxslərə onun işimə baxılmasına dair elan verməmişdirlər. Digər tərəfdən, ərizənin əsaslarından biri o olmuşdur ki, borclu dükan satıcısı olmuş hazırda da onun ixtisası elə satıcıdır. Həmçinin qeyd olunmalıdır ki, borclu məhz maddi çətinlik səbəbindən sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən vaxtında kassasiya şikayəti verə bilməmiş və nəticədə onun şikayətinə baxa bilməmişdir. Lakin qeyd olunmalıdır ki, sözün həqiqi mənasında ailə maddi cəhətdən kifayət qədər təmin olunmamışdır. Hazırda karantin dövrü ilə əlaqədar da demək olar ki, daimi iş yerləri yoxdur. Borclunun əri də eyni vəziyyətdə olmaqla daimi işə malik deyildir. Sadəcə həftə ərzində bəzi işlər tapmaqla ailələrini çətinliklə təmin edirlər. Qeyd olunan hallardan aydın olduğu kimi, borclunun elə bir əmlakı yoxdur ki onun üzərinə həbs qoyulsun. Bundan başqa da borclunun kifayət qədər gəlirləri olmadığından kreditor borclarının birdəfəlik ödənilməsi mümkün deyildir. Onun ödənilməsi yalnız hissə-hissə mümkündür. Məhkəmə isə qeyd olunan əsaslardan heç birinə münasibət bildirməmişdir. Əslində qeyd olunmalıdır ki, borclunun əgər əmlakı və maaşı yoxdursa o necə məhkəmə qətnaməsini icra etməlidir. X9 Hüquqlan üzrə Konvensiyası belə maddi imkansızlıq üzündən şəxsin məhkum oluna bilməyəcəyini ifadə etmişdir ki, məhkəmələr də öz qərarlarında bu halı təsdiqləmişdirlər. Bu baxımdan hesab edir ki, işin faktiki hallan və borclunun maddi vəziyyəti həqiqi olaraq nəzərə alınmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-338/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X1 şikayətini müdafiə edərək, maddi vəziyyətinin nəzərə alınaraq, borcun hissə-hissə ödənilməsini və şikayətinin təmin olunmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tələbkar “xxxx” MMC, Səbail rayon İcra və Probasiya Şöbəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15, 231, 385, 387, 395-400; “İcra haqqında” Qanunun 2.1, 3 və 15-ci maddələrinə əsasən qeyd edir ki, qərardadda göstərilən əsasları (işdə iştirak edən şəxslərin əmlak vəziyyətinə və digər hallar ilə bağlı) təkzib edən heç bir sübut müəyyən edilmədiyindən, şikayətin dəlilləri üzrə prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Yuxarıda göstərilənləri və MPM-in 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-338/2020 saylı işi (icra sənədinin hissə-hissə icra edilmə ərizəsi) üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(103)-85/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-85/2021
22.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver