Məhkəmə qərarları › İş №8(103)-85/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-85/2022

16.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-85/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 8(005)-87/2022 saylı qərardadından Borclu MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Nərimanov rayon icra şöbəsinin icra məmuru Vüsal Şirinov təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-370/2019-024 saylı, 17.10.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə borclu "xxxx"' MMC-nə məxsus “MİTSUBİSHİ L200” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı və “İSUZU NPR 75” yük markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 370/2019-024 saylı, 17.10.2019-cu il tarixli icra sənədinə əsasən Borclu MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan ünvanda inşa edilmiş və 18.11.2014-cü il tarixli 96 nömrəli alğı-satqı müqaviləsinə əsasən Tələbkar satılmış “B” literli yaşayış binasının 89 saylı mənzilinin əskik gələn 28,35 kv.m sahəsi üçün Tələbkar tərəfindən artıq ödənilmiş 33.421 (otuz üç min dörd yüz iyirmi bir) manat məbləğində pul və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Borclu MMC-dən tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi şöbənin icraatına 25.09.2020 cı il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borcluya poçt vasitəsi ilə göndərilmişdir. “Elektron İcra” informasiya sistemindən əldə edimiş çıxarışa əsasən, borclu "xxxx" MMC-nə məxsus “MİTSUBİSHİ L203” minik markalı, 10-PV 922 dövlət qeydiyyat nişanlı və “İSUZU NPR 75” yük markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin olması müəyyən edilmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 8(005)-87/2022 saylı qərardadı ilə təqdimat təmin edilərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 370/2019-024 saylı, 17.10.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə Borclu MMC-yə məxsus “MİTSUBİSHİ L200” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı və “İSUZU NPR 75” yük markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 8(005)-87/2022 saylı qərardadından Borclu MMC tərəfindən verilmiş şikayət həmin məhkəmənin 23 fevral 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu MMC şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə işi araşdırarkən icra işinin materialları ilə tanış olmadan qanunsuz qərar qəbul etmişdir. Çünki, iş materiallarında borclunun 33421 manat borcun əvəzində manatlı iki qaraj sahəsi təqdim edilmişdir və onun dəyəri ilkin olaraq 27000 dəyərləndirilmiş və hərracda satılmamış və qarşı tərəf bunu qəbul etməmişdir. Buna əsasən də, cavabdehin qalan 7421 manat borcun əvəzinə cavabdehə məxsus dəyəri 10.000 çox nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması qanunsuzdur. Bundan əlavə cavabdeh qaraj sahəsini könüllü olaraq icra şöbəsinə təqdim etmiş və Qətnamənin icrasından boyun qaçırmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 8(005)-87/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan “Elektron İcra” informasiya sistemindən əldə edimiş çıxarışa əsasən, borclu "xxxx" MMC-nə məxsus “MİTSUBİSHİ L203” minik markalı, 10-PV 922 dövlət qeydiyyat nişanlı və “İSUZU NPR 75” yük markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin olması müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.3-cü maddəsinə əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.1.-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2.-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə huququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İstinad olunan normalardan müəyyən olunur ki, əmlakın üzərinə həbs qoyulması üçün məhkəmə qərarının olması tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, borclu qanuni qüvvəsini almış məhkəmə aktı əsasında verilmiş icra sənədlərini könüllü olaraq icra etməmişdir. Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək, qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 8(005)- 87/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar