Məhkəmə qərarları › İş №8(103)-86/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-86/2021

25.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-86/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından tələbkar “xxxx” Kommersiya Bankı ASC-nin vermiş olduğu şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Maraqlı şəxs xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-738/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkar “xxxx” X5 Səhmdar Cəmiyyəti (bundan sonra “xxxx” KB ASC) həmin qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verərək məhkəmədən Bakı şəhəri Maraqlı şəxs tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 738/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasına xitam verilməsi barədə qərarının ləğv edilib icra vərəqəsinin tam icra edilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(010)-326/2020 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin qərardaddan xx.xx.2020-ci il tarixdə tələbkar “xxxx” KB ASC tərəfindən şikayət verilmiş, məhkəmədən həmin qərardadın ləğv edilib Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-738/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin ümumi qaydada tam icra edilməsi üçün “xxxx” KB ASC-nin ərizəsinin təmin edilməsi, əks təqdirdə bu şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(010)-326/2020 qərardadı ilə şikayət geri qaytarılmışdır. Həmin qərardaddan xx.xx.2020-ci il tarixdə tələbkar “xxxx” KB ASC tərəfindən şikayət verilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(010)- 326/2020 qərardadını ləğv edib həmin Məhkəmənin 2(010)-738/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin ümumi qaydada tam icra olunması üçün “xxxx” KB ASC-nin ərizəsinin təmin edilməsini, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(010)-326/2020 saylı xx.xx.2020-ci il tarixdə daxil olmuş və xx.xx.2020-ci il tarixdə “xxxx” KB ASC tərəfindən poçt vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(010)-326/2020 qərardadı “xxxx” KB ASC-yə xx.xx.2020-ci il tarixində daxil olmuş və həmin qərardaddan şikayət müddəti xx.xx.2020-ci il tarixdə bitir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(010)-326/2020 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(010)-326/2020 saylı qərardadından tələbkar “xxxx” KB ASC tərəfindən verilmiş şikayətə 3 gün müddətində baxılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(010)-326/2020 saylı qərardadından tələbkar “xxxx” KB ASC tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin məhkəmə iclası keçirilməsi barədə bildirişi “xxxx” KB ASC-yə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Məhkəmə prosesinin keçirilməsi barədə bildiriş poçt vasitəsilə vaxtında təqdim edilmədiyindən həmin prosesdə nümayəndə iştirak edə bilməmiş və MPM-in 47-ci maddəsində müəyyən olunan hüquqlarından istifadə edərək qərardadda qeyd olunduğu kimi işdə iştirak edərək izahat verə bilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-738/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən, borclu Ələkbərova Gözəl Tapdıq qızından kredit borcu üzrə cəmi 32991.29 ABŞ dolları, 2376.94 manat, 30 manat xidmət haqqı və 30 manat ödənilmiş rüsumu alınaraq “xxxx” KB ASC-ə verilməlidir. Ələkbərova Gözəl Tapdıq qızından tutulmalı olan məbləğ ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Aşurbəyovlar küçəsində yerləşən 8 saylı evin 16 nömrəli mənzilə yönəldilməli, həmin mənzil acıq hərracdan satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsinə yönəlməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-738/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi iki hissədən ibarətdir: “cəmi 32991.29 ABŞ dolları, 2376.94 manat, 30 manat xidmət haqqı və 30 manat ödənilmiş rüsumun tutulması” və “borc ipoteka predmetinə yönədilməklə acıq hərracdan satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi”. İcra sənədi icra edilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə göndərilmiş, icra sənədi üzrə icra hərəkətlərinə başlanılmış və ipoteka predmeti “X2 Mərkəzi" Hərracın yekunları barədə Y-272 saylı protokoluna əsasən 22313,00 manata hərracdan realizə edilərək satılmışdır və qətnamənin “borc ipoteka predmetinə yönədilməklə acıq hərracdan satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi” hissəsində icra olmuşdur. Satışdan əldə olunmuş pul vəsaiti hesabına icra sənədi üzrə ümumi borc azaldıqdan sonra ödənilməmiş cəmi 19915.5 ABŞ dolları, 2376.94 manat, 30 manat xidmət haqqı və 30 manat ödənilmiş rüsumu borc öhdəliyi qalmaqdadır və qətnamənin “cəmi 32991.29 ABŞ dolları, 2376.94 manat, 30 manat xidmət haqqı və 30 manat ödənilmiş rüsumun tutulması” hissəsində icra olunmamışdır. Ödənilməmiş cəmi 19915.5 ABŞ dolları, 2376.94 manat, 30 manat xidmət haqqı və 30 manat ödənilmiş rüsumu barədə hər hansı icra tədbiri görülüb-görülməməsi barəsində tələbkar olaraq onlara heç bir rəsmi məlumat verilməmişdir və bu günədək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-738/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi tam icra olunmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)- 326/2020 saylı qərardadına əsasən, şikayət təmin edilməmiş, iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X4 şikayəti müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İcra işi üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə, həmin qərarı ləğv edir. “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq, icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İş materiallarında olan sənədlərlə icra sənədinin tam icra olunması müəyyən edilməmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi icra sənədinin tam icra olunmamasını nəzərə almadan icra orqanının icra sənədinin icrası üzrə icraata xitam verilməsi haqqında qərarı ilə razılaşmış və həmin qərardan verilmiş şikayəti təmin etməmişdir. Birinci intsnasiya məhkəməsi bu qənaətə gəlmişdir ki, icra orqanı icra sənədini sənəddə göstərilən tələblər daxilində, bu tələblərdən kənara çıxmadan icra etmişdir və gəldiyi nəticəni İcra haqqında AR Qanununun 20-ci maddəsinin normaları ilə əsaslandırmışdır. Məhkəmə həmçinin, «İpoteka Haqqında» AR Qanununun 47.5-ci maddəsinə, həmçinin ipoteka predmeti satıldıqdan sonra keçən müddət ərzində tələbkar tərəfindən icra sənədinin qalan hissədə də icra edilməsinə təşəbbüs göstərməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə işin faktiki hallarından düzgün nəticəyə gəlməmişdir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 738/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi iki hissədən ibarətdir: 1) “cəmi 32991.29 ABŞ dolları, 2376.94 manat, 30 manat xidmət haqqı və 30 manat ödənilmiş rüsumun tutulması”; 2) “borcu ipoteka predmetinə yönədilməklə acıq hərracdan satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi”. İş materiallarından görünür ki, icra sənədi icra edilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə göndərilmiş, icra sənədi üzrə icra hərəkətlərinə başlanılmış və ipoteka predmeti “X2 Mərkəzi" Hərracın yekunları barədə Y-272 saylı protokoluna əsasən 22313 manata hərracdan realizə edilərək satılmışdır və qətnamənin “borcu ipoteka predmetinə yönədilməklə acıq hərracdan satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi” hissəsində icra olmuşdur. Satışdan əldə olunmuş pul vəsaiti hesabına icra sənədi üzrə ümumi borc azaldıqdan sonra ödənilməmiş cəmi 19915.5 ABŞ dolları, 2376.94 manat, 30 manat xidmət haqqı və 30 manat ödənilmiş rüsumu borc öhdəliyi qalmaqdadır və qətnamənin “cəmi 32991.29 ABŞ dolları, 2376.94 manat, 30 manat xidmət haqqı və 30 manat ödənilmiş rüsumun tutulması” hissəsində icra olunmamışdır. Ödənilməmiş cəmi 19915.5 ABŞ dolları, 2376.94 manat, 30 manat xidmət haqqı və 30 manat ödənilmiş rüsumu barədə hər hansı icra tədbiri görülüb-görülməməsi barəsində iş materiallarında heç bir məlumat yoxdur. Belə olduğu halda mübahisəli icra sənədi icra edilmiş hesab edilə bilməzdi. Bu səbəbdən icra sənədinin icrası üzrə icraata xitam verlməsi düzgün olmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, həmin icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tələbkarın icra hərəkətlərinin davam etdirilməsi ilə bağlı icra orqanına və ya məhkəməyə müraciət etməsi ilə bağlı hər hansı bir vəzifəsi nəzərdə tutulmadığından, bu hərəkətlərin icra orqanı tərəfindən həyata keçirilməli olması İcra Haqqında qanundan irəli gəldiyindən, belə bir müraciətin olmaması icra sənədi üzrə icraata xitam verilməsinə səbəb ola bilməzdi. Beləliklə, kollegiya işin hallarını, şikayətin dəlillərini və qanunvericiliyin tələblərini nəzərə alaraq bu qənaətə gəlir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234, 397, 398.0.3, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Tələbkar “xxxx” Kommersiya Bankı ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(010)- 326/2020 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-738/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra işinin icratına xitam verilməsinə dair Bakı şəhəri Maraqlı şəxs xx.xx.2017-ci il tarixli qərarı ləğv edilsin. 2(010)-738/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar