Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-86/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Nərimanov Rayon Məhkəməsinin 8(005)-28/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: X1 Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımovun qərarından məhkəməyə şikayət verərək Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra sənədinin geri qaytarılması haqqında qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 8(005)-28/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı (hakim Nərgiz Tağıyeva) ilə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımovun icra sənədinin qaytarılması haqqında qərarından X1 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Həmin qərardaddan borclunun verdiyi şikayət Məhkəmənin eyni nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-449/15 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin surətindən görünür ki, qətnamə ilə cavabdeh X2 7086,54 manat əsas kredit borcu, 1151,59 manat faiz borcu, 500 manat cərimə borcu, cəmi 8738,13 manat məbləğində borc və 30 manat dövlət rüsumunun alınıb Tələbkar ASC-yə ödənilməsi, tələb üzrə tutmanın X4 tərəfindən girov qoyulmuş qadın saatı-briliant 0.50 sot, 583 əyar, çəkisi 21.6 qr. kolyebriliant 0.80 sot 583 əyar çəkisi 14.4 qr. 3 ədəd sep, 1 üzük, 2 sırğa 750 əyar, çəkisi 69.3 qr. 5 ədəd qolbağ, 583 əyar çəkisi 100 qr. 2 komplekt, 2 sırğa 585 əyar, 32.9 qr. 10 ədəd üzük 583 əyar, çəkisi 43.3 qr, ədəd sancaq 750 əyar çəkisi 5.3 qr. qolbaq qaşlı 583 əyar çəkisi 10.1 qr saat 583 əyar çəkisi 31,1 qr, qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızılzinyət əşyalarının açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borc tələbinin ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin cavabdeh X3 qaytarılması, satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda, qalan məbləğin cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir; Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-389/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, qətnamə ilə X3 məxsus olan qızılzinət əşyalarının qiymətləndirilməsinə dair "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli, 151293 saylı Əmlakın Qiymətləndirilməsinin nəticələrin haqqında hesabatın ləğv edilməsi, X3 məxsus olan 1 ədəd qadın saatı- birilliant 0,50 sot, 583 əyar, çəkisi 21,6 qr, Kolyebriliant 0,80 sot 583 əyar çəkisi 14,4 qr, 3 ədəd sep, 1 üzük,2 sırğa 750 əyar, çəkisi 69,3 qr, 5 ədəd qolbağ, 583 əyar çəkisi 100 qr, 2 komplekt, 2 sırğa 585 əyar, 32,9 qr, 10 ədəd üzük 583 əyar çəkisi 43,3 qr, ə ədod sancaq 750 əyar çəkisi 5,3 qr, qolbaq qaşlı 583 əyar çəkisi 10,1 qrsaat 583 əyar çəkisi 31,1 qr, qızıl-zinət əşyalarının açıq hərracda satılması, əldə olunan vəsait hesabına tələbkarın borc tələbinin ödənilməsi qət edilmişdir. Tələbkar ASC-nin Nərimanov rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, girov qoyulmuş qızıl-zinət əşyaları LPO Tələbkar ASC-nin xəzinəsində aşkar edilməmişdir; Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1133/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, icra tədbirlərinin davam etdirilməsi məqsədi ilə qızılzinət əşyalarının dəyəri müəyyən olunması üçün qiymətləndirilməyə göndərilmiş, "xxxx" MMC tərəfindən qızıl-zinət əşyalarına 7520 manat qiymət qoyulmuş və satılması üçün hərraca göndərilmiş və hərrac vasitəsi ilə qızıl-zinət əşyaları 7520 manat məbləğində satılmışdır. Bu səbəbdən icra sənədində qeyd olunan məlum əmlakların yenidən hərraca çıxarılması məqsədi ilə sözü gedən qızıl-zinət əşyalarının saxlanılma yeri barədə şöbəyə rəsmi məlumat verilməsi üçün Ləğv prosesində olan Tələbkar ASC-yə xx.xx.2022-ci il tarixli, **********/15-15-27 saylı məktubla müraciət olunmuş, Ləğv prosesində olan Tələbkar ASC tərəfindən xx.xx.2022-ci il tarixli **********156 saylı məktubla şöbəyə müraciət edərək girov qoyulmuş qızıl-zinət əşyaları LPO Tələbkar ASC-nin xəzinəsində aşkar edilmədiyini qeyd etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-449/2015 nömrəli, xx.xx.2015-ci il tarixli və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-389/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrası mümkün olmadığı üçün geri qaytarılmalıdır; Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin rəisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, icra tədbirlərinin davam etdirilməsi məqsədi ilə qızıl-zinət əşyalarının dəyərinin müəyyən olunması üçün qiymətləndirilməyə göndərilmiş, ”Sərraf-N” MMC tərəfindən qızıl-zinət əşyalarına 7520 manat qiymət qoyulmuş və satılması üçün hərraca göndərilmiş və hərrac vasitəsi ilə qızıl-zinət əşyaları 7520 manat məbləğində satılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-389/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən isə X3 məxsus olan 1-ədəd qadın saatı-briliant 0,50 sot,583 əyar, çəkisi 21,6 qr, Kolye-briliant 0,80 sot 583 əyar çəkisi 14,4 qr, 3 ədəd sep, 1 üzük,2 sırğa 750 əyar, çəkisi 69,3 qr, 5 ədəd qolbağ, 583 əyar çəkisi 100 qr, 2 komplekt, 2 sırğa 585 əyar, 32,9 qr, 10 ədəd üzük 583 əyar çəkisi 43,3 qr, ə ədəd sancaq 750 əyar çəkisi 5,3 qr, qolbaq qaşlı 583 əyar çəkisi 10,1 qr saat 583 əyar çəkisi 31,1 qr, qızıl-zinət əşyalarının orta bazar qiyməti 22102 manat müəyyən olunmuş və "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli, 151293 saylı Əmlakların Qiymətləndirilməsinin nəticələri haqqında hesabat ləğv edilmişdir. Bu səbəbdən icra sənədində qeyd olunan məlum əmlakların yenidən hərraca çıxarılması məqsədi ilə sözü gedən qızıl-zinət əşyalarının saxlanılma yeri barədə şöbəyə rəsmi məlumat verilməsi üçün ləğv prosesində olan Tələbkar ASC-yə xx.xx.2022-ci il tarixli, **********/15-15-27 saylı məktubla müraciət olunmuş, Ləğv prosesində olan Tələbkar ASC tərəfindən xx.xx.2022-ci il tarixli **********156 saylı məktubla şöbəyə müraciət edərək girov qoyulmuş qızıl-zinət əşyalarının LPO Tələbkar ASC-nin xəzinəsində aşkar edilmədiyi qeyd edilmişdir. Bu səbəbdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 449/2015 nömrəli, xx.xx.2015-ci il tarixli və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-389/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrası mümkün olmadığı üçün icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən Nərimanov rayon Məhkəməsinə geri qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə uyğun olaraq məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 8.1-ci maddəsinə görə, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Eyni Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarix Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanunun 23-cü maddəsində icra sənədinin qaytarılması halları müəyy\n edilmişdir. Qanunun 23.1 və 23.7-ci maddələrinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarıldığı hallardan biri borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi haldır. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra işinin materiallarından göründüyü kimi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-449/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icra edilməsi məqsədilə qızıl-zinət əşyaları dəyərinin müəyyən olunması üçün qiymətləndirilməyə göndərilmiş, "xxxx" MMC tərəfindən qızıl-zinət əşyalarına 7520 manat qiymət qoyulmuş və satılması üçün hərraca göndərilmiş, hərrac vasitəsi ilə qızıl-zinət əşyaları 7520 manat məbləğində satılmışdır. Daha sonra Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-389/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə yuxarıda qeyd edilən icra hərəkətlərinin aparılması üçün qiymətləndirmənin əsası qismində çıxış edən "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə nəticələri ləğv edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-449/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasının davam etdirilməsi qət edilmişdir. İlk icra sənədi üzrə xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilməklə icra tədbirləri qanunvericiliyə uyğun şəkildə aparıldığından və artıq icra sənədində göstərilən əmlaklar realizə edildiyindən onların ikinci dəfə qiymətləndirilərək hərracdan satılması mümkünsüz hala gəlmişdir. Bu hal, icra işinin materialları və tələbkar bank tərəfindən icra şöbəsinə göndərilmiş “qızılların mövcud olmaması” barədə məktubu ilə müəyyən edilir. Belə ki, icra işinin materiallarından görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-389/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icra edilməsi üçün "xxxx" MMCyə göndərilmiş, hərrac təşkilatı tərəfindən X3 məxsus qızılzinət əşyalarının ilkin satış qiyməti 22102 manat olmaqla xx.xx.2019-cu il tarixində “Birja yenilikləri” Qəzetində elan dərc edilmiş və xx.xx.2019-cu il tarixə, saat 11:00-a hərrac təyin olunmuşdur. Lakin hərrac qızıl-zinət əşyalarının tələbkar bank tərəfindən alıcılara əyani nümayiş etdirmək üçün təqdim edilmədiyindən baş tutmamışdır. Bununla əlaqədar Nərimanov rayon İcra Şöbəsi tərəfindən Tələbkar ASC-yə xx.xx.2019-cu il tarixdə müraciət edilmiş və qızıl-zinət əşylarının təqdim edilməsi xahiş olunmuşdur. Tələbkar ASC-nin xx.xx.2022-ci il tarixli cavab məktubunda isə girov qoyulmuş “qızıl-zinət” əşyaları LPO Tələbkar ASC-nin xəzinəsində aşkar edilmədiyi bildirilmişdir. Göründüyü kimi, icra sənədlərinin icra edilməsi üçün zəruri tədbirlərin görülməsinə baxmayaraq, icra qeyri-mümkün olmuş və bu səbəbdən də icrası mümkün olmayan icra sənədi məhkəməyə geri qaytarılmışdır. İcra sənədinin qızılların satış dəyərindən artıq qalan məbləğin borcluya qaytarılması hissəsində məhkəmə qeyd edir ki, Tələbkar ASC hazırda ləğv etmə prosesindədir və qanunvericilik tərəfindən ləğv prosesində olan banklara qarşı tələb irəli sürülməsinin xüsusi prosedur qaydası müəyyən edilmişdir. Belə ki, “Banklar haqqında” Qanunun 72.1.2. və 72.1.3-cü maddələrinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Göstərilənlərdən müəyyən olunur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinəə görə, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. İnzibati Prosessual Məcəllənin 131.1-ci maddəsinə əsasən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Göründüyü kimi, xüsusi kateqoriya işlər hesab olunan, ləğvetmə prosesində olan banklara qarşı tələblər irəli sürülməsinin fərqli qaydası müəyyən edilmiş və həmin tələblərə birinci instansiya qaydasında apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılması nəzərdə tutulmuşdur. Beləliklə, Kollegiya yuxarıda qeyd edilənlərə əsaslanaraq, icra işinin materiallarına və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, icra sənədinin qaytarılması haqqında qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən rayon məhkəməsi borclunun şikayətini təmin etməməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclunun şikayətini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir, qərardad qanuni və əsaslı, şikayət isə açıq-aşkar əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 8(005)-28/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı onun şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-86/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-86/2024
12.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver