Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-87/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Qurbanova Humay Məhəmməd qızının katibliyi ilə, Tələbkarın vəkili X2 oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-367/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadından mülki iş üzrə Tələbkar tərəfindən verilən şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sahib Allahverdiyev borclunun əmlakı üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)-367/2020 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Borclu mülkyyətində olan Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 15, 86 saylı mənzilin üzərinə həbsin qoyulması qərara alınmışdır. Həmin qərardaddan Borclu tərəfindən verilmiş şikayət Yasamal Rayon Məhkəməsinin 8(004)-367/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilərək, qərardad ləğv edilmiş, icra məmurunun təqdimatı təmin edilməmiş, Borclu mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 15, 86 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Həmin qərardaddan Tələbkar tərəfindən şikayət verilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə şikayəti təmin edərkən icra məmuru tərəfindən tələbin yönələ Biləcəyi borcluya məxsus pul vəsaitlərinin olub-olmaması barədə tədbir görülməməsinə əsaslansa da, nəzərə almaq lazımdır ki, icra məmuru borclunun banklarda pul vəsaitinin olub-olmamasını elektron informasiya sistemi vasitəsi ilə yoxlamış və bu barədə müvafiq sənədi təqdimata da əlavə etmişdir (Həmin sənəd bir daha şikayətə əlavə olunur). Məhz bu səbəbdən məhkəmə təqdimata baxarkən təqdimatı əsaslı hesab edərək təmin etmişdir. Ona görə də məhkəmənin sonradan mövqe dəyişdirməsi və zərurət olduğu halda icra məmurunun iştirakı ilə şikayətin dəlillərini yoxlamaması və icra işi materiallarını tələb etmədən birtərəfli araşdırma aparması anlaşılan deyildir. Digər tərəfdən, borclu tərəfindən verilən şikayətdə də onun bank hesablarında vəsaitinin olmasına və ya borcun onun tərəfindən könüllü qaydada ödənilməsinə yönələn hər hansı hərəkətinə istinad olunmamışdır. Odur ki. kifayət qədər yüksək məbləğ olan 179.000 ABŞ dolları məbləğində tələbin icra olunması üçün görülən tədbir şikayətçinin formal şikayəti əsasında ləğv edilə bilməz. Çünki, şikayətçinin mövqeyindən də aydın olur ki, onun məqsədi məhkəmə qətnaməsini icra etmək deyil, tələbin yönəldilməsinin qarşısını almaq məqsədilə üzərinə həbs qoyulmuş əmlakın özgəninkiləşdirilməsinə nail olmaqdır. Məhkəmə iclasında iştirak edən tələbkarın vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.01. 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)- 367/2020 saylı qərardadından (Həmin qərardadla Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sahib Allahverdiyevin borclunun əmlakı üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulması barədə təqdimatı təmin edilmiş, Borclu mülkyyətində olan Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 15, 86 saylı mənzilin üzərinə həbsin qoyulması qərara alınmışdır.) Borclu tərəfindən verilmiş şikayətin təmin olunaraq qərardadın ləğv edilməsi, icra məmurunun təqdimatının təmin edilməməsi, Borclu mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 15, 86 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 8(004)-367/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, “Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)-367/2020 saylı qərardadı ilə borclunun mülkyyətində olan Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 15, 86 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, icra məmuru ilk növbədə tələbin yönələ biləcəyi pul vəsaitlərinin olub-olmaması barədə hər hansı bir icra tədbiri görməsi barədə sübut təqdim etməmişdir. Bundan başqa borclunun yeganə yaşayış evinə tələb yönələ bilməyəcəyindən və mülkiyyətində digər əmlak olmadığından icra məmuru digər məcburi icra tədbirlərini görməli olduğu halda, icra tədbiri görməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.” Kollegiya Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 8(004)-367/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə razılaşaraq qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sahib Allahverdiyevin borclunun əmlakı üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulması barədə təqdimatından və təqdimata əlavə etdiyi sənədlərdən icra məmuru ilk növbədə tələbin yönələ biləcəyi pul vəsaitlərinin olubolmaması barədə hər hansı bir icra tədbiri görməsi müəyyən olunmur. Belə ki, icra məmuru ilk növbədə tələbin yönələ biləcəyi pul vəsaitlərinin olub-olmaması barədə hər hansı bir icra tədbiri görməsi barədə sübut təqdim etməmişdir. Bundan başqa borclunun yeganə yaşayış evinə tələb yönələ bilməyəcəyindən və mülkiyyətində digər əmlak olmadığından icra məmuru digər məcburi icra tədbirlərini görməli olduğu halda, icra tədbiri görməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür (maddə 45.1, 45.2). İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur (maddə 50.1 və 50.2). Odur ki, Kollegiya belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(004)-367/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin olunaraq qərardadın ləğv edilməsi, icra məmurunun təqdimatının təmin edilməməsi, Borclu mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, S.Rüstəmov küçəsi, ev 15, 86 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 8(004)-367/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadı əsaslı olmuşdur. Məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(004)-367/20 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-87/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-87/2021
11.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver