Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-88/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1135/2017 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu nümayəndəsi X2 tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Borclu etibarnamə üzrə nümayəndəsi X2 ərizə ilə müraciət edərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1135/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1135/2017 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 1135/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Mercedes Benz 500” minik markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Borclu etibarnamə üzrə nümayəndəsi X1 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan Borclu etibarnamə üzrə nümayəndəsi X2 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1135/2017 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməklə baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, birinci instansiya məhkəməsi qeyd olunan maddənin ziddinə olaraq verilmiş şikayətə ilk növbədə özü baxıb müvafiq qərar qəbul etməli olduğu halda şikayəti birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Ona görə də, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə əməl edilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 269, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1135/2017 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu nümayəndəsi X2 tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilməklə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə əsasən baxılması üçün iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-88/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-88/2021
04.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver