Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-89/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X3 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-3/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi X1 Gündüz Akif oğluna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il (59248,4 manat) tarixli eyni Məhkəmənin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli (6451,84 manat) qətnamələri, habelə Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə 4132,54 manat, ümumilikdə ödənilməli olan 69832,78 manat pul vəsaitinə münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olunan və 2022-ci il noyabr ayı tarixinə hesablanmış cari dəyərinin (ekvivalenti) 15.293,37 manat təşkil edən vəsaitin Borclu tutularaq xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-3/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Məhkəmənin həmin qərardadından Borclu şikayət ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 8(011)-3/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin olunmamasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ümumilikdə ödənilməli olan 69832,78 manat məbləğ olduğu halda bir il üçün həmin məbləğin indeksasiya olunmaqla 15293,37 manat miqdarda pul borcludan iddiaçının xeyrinə tutulması tam absurd və qərəzin pik nöqtəsidir. Hazırda istənilən bankda depozitə qoyulan pula illik 10 faiz olmasına baxmayaraq 69832,78 manat indeksasiyanın 15293,37 manat hesablanması 20 fazindən də çox edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-3/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-3/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-3/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Həmçinin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Hazırki işin materiallarından isə göründüyü kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-3/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş apellyasiya şikayəti “MPM-ə əlavə 2”-də göstərilən formada tərtib edilməmişdir. Azərbaycan Respublikasının MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-3/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-3/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından vermiş olduğu şikayət qeyri-mümkün hesab edilsin və şikayət Borclu geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(103)-89/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-89/2023
10.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver