Məhkəmə qərarları › İş №8(103)-9/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-9/2021

11.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-9/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Borclu və maraqlı şəxs X2 vəkili və nümayəndəsi X3, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(005)-668/2020 nömrəli qərardadından Borclu və maraqlı şəxs X2 verdiyi şikayətə baxaraq, əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 Borclu X6 ilə birgə nikah dövründə əldə edilmiş əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1078/2019 nömrəli, xx xxx 2019-cu il tarixli icra sənədinə əsasən, borclular Borclu və Rüstəmzadə Cəfərsadiq Rövşən oğlunun qanuni nümayəndəsi X1 38.697,60 (otuz səkkiz min altı yüz doxsan yeddi manat altmış qəpik) manat məbləğində pul vəsaiti və 40 (qırx) manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx xxxx 2020-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borclulara, məlumat uçün isə digər tərəflərə göndərilmişdir, icraata başlamaq haqqında qərar Borclu tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. İcra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün Borclu “Elektron İcra” İnformasiya Sistemindən məlumatı çıxarılmış, məlumata əsasən borclunun adına hər hansı bir əmlak aşkar edilmədiyi, X6 ilə nikahda olduğu və X2 mülkiyyətində “Hyundai Elantra minik” markalı, 99-TA284 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mövcud olduğu müəyyən olunmuşdur. Həmin nəqliyyat vasitəsinin birgə nikah dövründə əldə olunmasını müəyyən etmək məqsədi ilə Borclu ilə X2 nikaha daxil olduğu tarix barədə məlumat verilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə sorğu ilə müraciət edilmiş, alınmış cavaba əsasən onların onlar arasında nikah haqqında akt qeydi xx xxxxxx 2017- ci il tarixdə aşkar edilmişdir. “Elektron icra” İnformasiya Sistemi ilə “Hyundai Elantra minik” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx xxxx 2019-cu il tarixdə X2 mülkiyyətinə keçdiyi müəyyən olunmuşdur. Bununla da, “HyundaiElantra minik” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin birgə nikah dövründə əldə olunduğu öz təsdiqin tapmışdır. Belə olan təqdirdə icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu X6 ilə birgə nikah dövründə əldə etdiyi “Hyundai Elantra minik” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Borclu aid 1/2 hissədə payı üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1078/2019 nömrəli, xx xxx 2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu X6 ilə birgə nikah dövründə əldə etdiyi “Hyundai Elantra minik” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Borclu aid 1/2 hissədə payı üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(005)-668/2020 nömrəli qərardadına əsasən təqdimat təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1078/2019 nömrəli, xx xxx 2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu X6 ilə birgə nikah dövründə əldə edilmiş “Hyundai Elantra minik” markalı, **-TA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu və maraqlı şəxs X2 vəkili və nümayəndəsi X7 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(005)-668/2020 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə avtomobili ər-arvadın birgə mülkiyyətində olan əmlak kimi qiymətləndirərkən yalnız həmin avtomobilin nikah dövründə ərin adına dövlət qeydiyyatına alınması faktına əsaslanmışdır. Bu zaman məhkəmə nəzərə almamışdır ərarvadın birgə mülkiyyət hüquqlarını tənzimləyən ailə qanunvericliyi nikah dövründə əldə edilmiş daşınar və ya daşınmaz əşyalar üzərində birgə mülkiyyət hüqunun əmələ gəlməsinin əsasını yalnız zamana görə, o cümlədən əşyaların ər yaxud arvadın adına qeydiyata alınması zamanına görə deyil, digər hüquqi şərtlərə - həmin əşyaların ümumi gəlirlər hesabına əldə edilib edilməməsi, hədiyyə şəkilində və ya vərəsəlik, eləcə də digər əvəzsiz əqdlər üzrə əldə edilib edilməməsinə əsasən müəyyən elmişdir. Ailə qanunvericiliyinə əsasən qeyd edilən avtomobil X2 ayrıca mülkiyyətidir və onun həyat yoldaşı Borclu borcuna görə həmin avtomobilin üzərinə həbs qoyula, eləcə də həmin avtomobilin hesabına sonucunun borcu ödənilə bilməz. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 8(005)-668/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməklə Bakı şəhəri, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin təqdimatında gösətirlən dəlillər mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməli və təqdimat müəllifi tərəfindən əlavə sübutlar təqdim edilmədiyi, eləcə də göstərilən avtomobilin ərarvadın birgə mülkiyyətində olmadığı müəyyən edildiyi halda təqdimatın təmin edilməməsi haqqında qərardad çıxarılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Məhkəmə kollegiyası islasında iştirak edən Borclu və maraqlı şəxs X2 vəkili və nümayəndəsi X7 şikayəti müdafiə edirək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli, təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, təqdim olunan sənədlərdən görünür ki, X2 mülkiyyətində olmuş və üzərinə həbs qoyulmuş KMHDH41EBDU676161 şassi nömrəli, buraxılış ili 2012-ci il olan, “Hyundai Elantra” markalı avtomobilin alqı-satqısına dair “xxxx” MMC ilə Bakı şəhəri Ö.F.Nemanzadə küçəsi ev- 33, mənzil-27-də qeydiyyatda olan Rüstəmova Nüşabə camal qızı arasında xx.xx.2017-ci il tarixli, 1217 nömrəli müqavilə bağlanmışdır. Şikayətçi bu sənədlərə istinad edərək nəqliyyat vasitəsinin Nicat Rüstəmovun mülkiyyətinə əvəzsiz qaydada keçdiyini iddia edir. Kollegiya qeyd edir ki, həmin sənədlər əsasında araşdırmalar aparılmaqla düzgün hüquqi nəticəyə gəlmək mümkündür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə görə, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Yuxarıda sadalanan hallara və istinad olunan qanunvericilik normalarına əsaslanaraq Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardad ləğv edilməli, qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər araşdırılmaqla şikayətə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(005)-668/2020-ci il tarixli qərardadı ləğv edilsin. Qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Borclu X6 ilə birgə nikah dövründə əldə edilmiş əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar