Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-9/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Nəsimi Rayon Məhkəməsinin 8(006)-300/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından tələbkar X3 Tələbkar ASC tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Tələbkar X3 Tələbkar ASC Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın hərəkətindən - “hərracın keçirilməsi barədə sifarişin verilməsi” haqqında qərardan şikayət verərək, Bakı Apellyasiya məhkəməsinin 2(103}-8494/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın "ipoteka predmetinin satışının təşkil edilməsi üçün “Capital Auction" MMC-yə verdiyi xx.xx.2023-cü il tarixli sifarişə” dair hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya məhkəməsinin 2(103)- 8494/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Borclu cəmi 39341,53 ABŞ dolları məbləğində borc tutularaq X3 “AGBank" ASC-nin xeyrinə ödənilməli və tələb üzrə tutma Borclu məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 saylı evin, 35 saylı mənzilinə yönəldilməsi qət edilmişdir. İcra sənədi Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş və xx.xx.2020-ci il tarixdə “İcraata başlamaq haqqında" Qərar və tələbin könüllü icrası barədə bildiriş borclu şəxsin qeydiyyatda olduğu ünvanına göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin edilmədiyindən icra məmuru xx.xx.2020-ci il tarixdə “Külək" MMC hərrac mərkəzinə müraciət edərək ipoteka predmetinin açıq hərracdan satılmasını sifariş vermişdir. xx.xx.2020-ci il tarixdə ilkin, xx.xx.2020-ci il tarixdə isə ikinci hərrac keçirilmişdir, lakin qalib alıcı olmadığı üçün ipoteka predmeti ipoteka haqqında" AR Qanununun tələblərinə əsasən ipoteka saxlayana təklif edilmişdir. İpoteka predmeti ipoteka saxlayan X3 "AGBank” ASC tərəfindən əldə edilməməsini əsas gətirərək iş üzrə Borclu “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1656/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia ərizəsi rədd edilmişdir. Bu qətnamədən Borclu tərəfindən verilmiş şikayətlər təmin edilməmiş və Nərimanov Rayon Məhkəməsinin 2(005)-1656/2021 saylı. xx.xx.2021-ci il tarixi qətnaməsi qanuni qüvvəsini almışdır. AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən “Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir". Bu maddənin tələblərinə zidd olaraq Borclu yenidən “ipotekaya xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin mövcud qanunvericiliyin tələbinə zidd olaraq Nəsimi rayon məhkəməsinin 2;006)-2426/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə borclu (iddiaçı) Borclu tərəfindən Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun sürətindən görünür ki, iddiaçı icra sənədinin icrası məqsədi ilə ona məxsus ipoteka predmetinin açıq hərracdan satılmasına davam etdirilməsini xahiş etmişdir. Əlavə olaraq, əmlak satışı "xxxx" MMC-yə deyil, digər hərrac təşkilatlarından birinə sifariş verilməsini xahiş etmişdir. Bu xahiş əsasında icra məmuru Nəzrin İbişova tərəfindən ipoteka predmetinin satışının təşkil edilməsi üçün "xxxx" MMCyə sifariş verilmişdir. Məhkəmə də məhz ipoteka predmetinə dair iki dəfədən artıq hərracın keçirilməsini əsas gətirərək iddianı təmin etmişdir. Göründüyü kimi Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova iş üzrə borclunun göstərişinə əməl edərək qanunsuz olaraq ipoteka predmetinin satışının təşkil edilməsi üçün “Capital Auction" MMC-yə sifariş vermişdir. Hətta icra məmuru borclunun göstərişinə o qədər qeyd-şərtsiz əməl etmişdir ki, “İpoteka haqqında" AR Qanununun 41.2-ci maddəsinin şərtlərinə əməl etmədən borclunun sifarişini dərhal icra edərək "xxxx" MMC-yə sifariş vermişdir. Göründüyü kimi icra məmurunun "xxxx" MMC-yə müvafiq sifariş verən zaman əsl məqsədi icra sənədini icra etmək yox, Borclu ilə əlbir olaraq ipoteka predmetinin girovdan azad olunması üçün zəmin yaratmaq olmuşdur. Bildirirlər ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 Elçin Hacı oğluna məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 saylı evin, 35 saylı mənzilinin satılmasına dair “Külək" MMC Hərrac Mərkəzində keçirilmiş hərracların nəticələri məhkəmə qərarına əsasən ləğv edilmədən borclunun konkret göstərişinə əməl edərək "xxxx" MMC-yə sifariş verilməsi tam qanunsuz və əsassızdır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 Elçin Hacı oğluna məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 saylı evin, 35 saylı mənzilinin satılmasına dair “Capital Auction" MMC-yə veridiyi xx.xx.2023-cü il tarixli sifarişə" dair hərəkətləri qanunsuzdur və məhkəmə bu barədə qərar qəbul etməlidir.
3. Nəsimi Rayon Məhkəməsinin 8(006)-300/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı (hakim Vüsalə Musayeva) ilə tələbkar LPO Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Nəzrin İbişovanın ipoteka predmetinin satışının təşkil edilməsi üçün "xxxx" MMCyə xx.xx.2023-cü il tarixli sifarişin verilməsi haqqında hərəkətin qanunsuz hesab edilməsi barədə şikayəti təmin edilməmişdir.
4. Həmin qərardaddan tələbkar tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2024cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın hərəkətindən - “hərracın keçirilməsi barədə sifarişin verilməsi” haqqında qərardan verdiyi şikayətə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.
7. Hazırkı iş materiallarında olan:
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 8494/2019 nömrəli icra vərəqəsinin surətindən görünür ki, Tələbkar ASC və Borclu arasında bağlanmış 08 may 2015-ci il tarixli, 100.LN.1604.080515.00001 saylı Kredit müqaviləsinə əsasən ödənilməmiş 27566,28 ABŞ dolları məbləğində əsas, 11275,25 ABŞ dolları faiz borcu, cərimə borcu üzrə tələb azaldılaraq 500 ABŞ dolları, cəmi 39341,53 ABŞ dolları (otuz doqquz min üç yüz qırx bir dolları əlli üç sent) (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azerbaycan manatı ekvivalenti ilə), habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat Borclu tutularaq Tələbkar ASC-yə ödənilməsi və tutma Borclu tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 86, 35 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 150000 (bir-yüz əlli min) manat məbləğində müəyyən edilərək, açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, satışdan əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq məbləğin cavabdeh Borclu, ümumi qaydada tutulması qərara alınmışdır.
9. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-8494/2019 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır.
10. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Borclu icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir.
11. Hərrac Mərkəzi "xxxx" MMC-nin tələbkar "xxxx" ASC-yə, Borclu ünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2020-ci il tarixli, 01/934 nömrəli hərracın keçirilməsinə dair bildirişdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 86, mənzil 35-in ilkin satış qiyməti 150.000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə təyin edilmişdir.
12. Hərrac Mərkəzi "xxxx" MMC-nin tələbkar "xxxx" ASC-yə, Borclu ünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2020-ci il tarixli, 01 №-li bildirişdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 86, mənzil 35-in ilkin satış qiyməti 150.000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 18 sentyabr 2020-ci il tarixə təyin edilmişdir.
13. Hərrac Mərkəzi "xxxx" MMC-nin tələbkar "xxxx" ASC-yə, Borclu ünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2020-ci il tarixli, 02 №-li bildirişdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 86, mənzil 35-in ilkin satış qiyməti 127.500 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 05 oktyabr 2020-ci il tarixə təyin edilmişdir.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(005)- 1956/2021 nömrəli qətnaməsi ilə İddiaçı Borclu cavabdehlər X3 TələbkarASC-nin Ləğvedcisi Əmanətlərin Sığortalanması Fonduna, LPO Tələbkar X2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ( "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə ) “ipotekaya xitam verilməsi tələbi”nə iddia ərizəsi rədd edilməsi qət edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 8441/2021 nömrəli qətnaməsindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(005)-1956/2021 nömrəli qətnaməsi ilə iddiaçı Borclu iddiası təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-8441/2021 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən iddiaçı Borclu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
16. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli 2281-3281/20-5-22 nömrəli məktubun surətindən görünür ki, Borclu tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 86 saylı evin 35 nömrəli mənzilin hərrac yolu ilə satılaraq satışdan əldə olunan məbləğin Nəsimi Rayon İcra Şöbəsinin depozit hesabına köçürülməsi sifariş edilmişdir.
17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)- 2426/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilərək, iddiaçı Borclu mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 saylı evin, 35 saylı mənzilə dair Tələbkar ASC-nin (06 fevral 2014-cü il tarixli, 100.CL.060214.0002/a saylı ipoteka müqaviləsi və 08 may 2015-ci il tarixli, 100.CL.060214.00002/a saylı ipoteka müqaviləsinə əlavə üzrə) ipotekasına xitam verilməsi, iddiaçı Borclu mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 saylı evin, 35 saylı mənzili ipoteka ilə yüklülüyündən azad edilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılması qət edilmişdir.
18. Rayon məhkəməsi qeyd etmişdir ki, ...məhkəmə hazırkı şikayəti ona görə əsaslı hesab etmir ki, tələbkar icra məmurunun qanunsuz hesab etdiyi hərəkəti bu hərəkət barədə hələ xx.xx.2023-cü il tarixdə məlumatlı olduğu halda mübahisələndirməmiş, məhkəmə tərəfindən ipoteka predmetinə xitam verilməsinə dair qətnamə qəbul edildikdən sonra icra məmurunun bu hərəkətindən şikayət vermişdir.
19. Göründüyü kimi, rayon məhkəməsi hesab etmişdir ki, tələbkar tərəfindən müddət ötürülmüşdür.
20. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 87.1-ci maddəsinə görə, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.
21. Həmin Qanunun 87.3-cü maddəsinə görə, icra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır.
22. Məhkəmə kollegiyası bununla bağlı ilk növbədə qeyd edir ki, iş materiallarında tələbkarın icra məmurunun hazırda mübahisələndirdiyi hərəkətindən - “hərracın keçirilməsi barədə sifarişin verilməsi” haqqında qərardan məlumat aldığı konkret günlə bağlı məlumat yoxdur.
23. Bundan başqa, MPM-in 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
24. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
25. Göründüyü kimi, Qanunun tələblərinə görə, müddətin ötürülməsi tələbkarın Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın hərəkətindən - “hərracın keçirilməsi barədə sifarişin verilməsi” haqqında qərardan verdiyi hazırkı şikayətinin təmin edilməməsi yox, onun baxılmadan geri qaytarılması üçün əsasdır. Odur ki, rayon məhkəməsi müddətin ötürülməsi əsası ilə tələbkarın şikayətini əsassız hesab etməkdə haqlı olmamış, prosessual qanunun tələblərini pozmuşdur.
26. Bundan başqa, tələbkar qərardaddan verdiyi şikayətində onun icra məmurunun hərəkətlərindən verdiyi şikayətinə hazırkı hakim tərəfindən baxılmasını da mübahisələndirmişdir.
27. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materiallarında olan, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-2426/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilərək, iddiaçı Borclu mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 saylı evin, 35 saylı mənzilə dair Tələbkar ASC-nin (06 fevral 2014-cü il tarixli, 100.CL.060214.0002/a saylı ipoteka müqaviləsi və 08 may 2015-ci il tarixli, 100.CL.060214.00002/a saylı ipoteka müqaviləsinə əlavə üzrə) ipotekasına xitam verilməsi, iddiaçı Borclu mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 saylı evin, 35 saylı mənzili ipoteka ilə yüklülüyündən azad edilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılması qərara alınmışdır.
28. Həmin qətnamədən məlum olur ki, ipotekaya xitam verilməsinə yeni əsas icra məmurunun hazırkı mübahisələndirilən hərəkəti - “hərracın keçirilməsi barədə sifarişin verilməsi” haqqında qərarı əsasında keçirilən hərracla bağlı olmuşdur.
29. Eyni zamanda, o da müəyyən olunur ki, həmin mülki işə də tələbkarın icra məmurunun hərəkətlərindən verdiyi hazırkı şikayətə baxan hakim tərəfindən baxılaraq, müvafiq qətnamə qəbul edilmişdir. Belə olan halda məlum olur ki, tələbkarın icra məmurunun hərəkətlərindən verdiyi şikayət yuxarıda qeyd edilən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-2426/2024 nömrəli qətnaməsinin dayanıqlılığı məsələsinə toxunur.
30. MPM-in 9.1.7-ci maddəsinə görə, onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxılmasına yol verilmir.
31. Belə olan halda, bankın onun hazırkı şikayətinə eyni hakim tərəfindən baxılmasının yolverilməzliyinə dair mülahizələrinin aşkar əsassız olmadığı görünür.
32. Bu baxımdan, Məhkəmə kollegiyası qeyd edir, hazırkı şikayətə rayon məhkəməsində həmin hakim tərəfindən yenidən baxılmasının MPM-in 19.1.7-ci maddəsinə əsasən yolverilən olub-olmaması da müzakirə olunmalıdır.
33. Yuxarıda qeyd edilənlərə əsasən, Kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və tələbkarın Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın hərəkətindən - “hərracın keçirilməsi barədə sifarişin verilməsi” haqqında qərardan verdiyi şikayətə qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
35. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
36. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
37. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Tələbkar X3 Tələbkar ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 8(006)-300/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin və tələbkarın Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın hərəkətindən - “hərracın keçirilməsi barədə sifarişin verilməsi” haqqında qərardan verdiyi şikayətə qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.