Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-90/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Borclu iştirakı ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə icra məmuru Gültac Sadıqovanın təqdimatına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(007)- 270/2020 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-95/2017 saylı icra vərəqəsinə əsasən, Borclu hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üşün cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Banı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru Gültac Sadıqova təqdimatla məhkəməyə müraciət edərək, Borclu oğluna məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xiyabani küçəsi, 18 ünvanda yerləşən 1-ci giriş, 8-ci mərtəbə, ümumi sahəsi, 141.9 kv.m olan 54 saylı mənzilin ½ hissəsinin (yəni ½ hissə- 70.95 kv.m) üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi icraata xx.xx.2017-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Lakın borclu tərəfindən heç bir ödəmə edilməmiş və onun bu vaxta qədər 14560 nanat məbləğində borcu yaranmışdır. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı səbəbindən, borclunun əmlak vəziyyətinin yoxlanılması barədə müvafiq orqanlara sorğular göndərilmiş və müəyyən edilmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-4745/2016 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xiyabani küçəsi, 18 ünvanda yerləşən 1-ci giriş, 8-ci mərtəbə, ümumi sahəsi, 141.9 kv.m olan 54 saylı mənzilin ½ hissədən ibarət olan -70.95 kv. sahə daşınmaz əmlakı vardır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(007)- 270/2020 nömrəli qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu şikayət verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin həmin qərardadını Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xiyabani küçəsi ev 18, 1-ci giriş, 8-ci mərtəbə, ümumi sahəsi 141.9 kv. olan 54 saylı mənzilin 1/2 hissədən ibarət olan yeganə əmlakının üzərinə həbs qoyulması hissəsində ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə bildirişinə xx.xx.2020-ci il tarix qeyd edərək məhkəmənin xx.xx.2020-ci il tarixə saat 11:20-yə təyin etmələrinə baxmayaraq bildiriş poçt vasitəsilə xx.xx.2020-ci il tarixdə göndərilmiş və ona məhkəmədən sonra xx.xx.2020-ci il tarixdə saat 16:00 poçtalyon vasitəsilə çatdırılmışdır. Qəsdən bildirişi gec göndərək onun məhkəmədə iştirakına qərəzlə əngəl törədərək prosessual pozuntuya yol verərək onun məhkəmədə iştirakına süni əngəl törədərək hüququnu pozmuşlar. Bakı Şəhəri Nizami Rayon Məhkəməsi ondan xəbərsiz onun iştirakını təmin etmədən heç bir araşdırma aparmadan qərəzli olaraq icra məmurunun təqdimatını təmin edərək, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xiyabani küçəsi ev 18, 1-ci giriş, 8-ci mərtəbə, ümumi sahəsi 141.9 kv. olan 54 saylı mənzilmin 1/2 hissədən ibarət olan 70.95 kv.m daşınmaz yeganə əmlakının üzərinə həbs qoyulmuşdur. Belə ki, üzərinə həbs qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xiyabani küçəsi ev 18, 1-ci giriş, 8ci mərtəbə, ümumi sahəsi 141.9 kv. olan 54 saylı mənzilin ½ hissədən ibarət olan 70.95 kv.m daşınmaz əmlak ona məxsus yeganə yaşayış əmlakıdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(007)- 270/2020 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı borclu şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tələbkar və icra məmuru iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası borclunu dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cımaddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, AzərbaycanRespublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, “Şərur” Mənzil Tikinti Kooperativindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 84 saylı arayışdan görünür ki, Borclu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xiyabani küçəsi, 18 ünvanda yerləşən 1-ci giriş, 8-ci mərtəbə, ümumi sahəsi, 141.9 kv.m olan 54 saylı mənzilin ½ hissədən ibarət olan -70.95 kv.m sahə daşınmaz əmlakı vardır. Belə ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)- 95/2017 saylı qətnaməsi üzrə öhdəliklərin icrası istiqamətində hərəkətlərin yerinə yetirilməsini təsdiqləyən sübutlar məhkəməyə təqdim edilmədiyindən Borclu mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Xiyabani küçəsi, 18 ünvanda yerləşən 1-ci giriş, 8-ci mərtəbə, ümumi sahəsi, 141.9 kv.m olan 54 saylı mənzilin ½ hissədən ibarət olan -70.95 kv.m sahəsi daşınmaz əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadı qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(007)-270/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-90/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-90/2021
23.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver