Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-91/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tariхli 2(007)- 2835/2014 saylı, xx xxxx 2014-cü il tariхli 2(007)-2608/2014 saylı və xx xxxxx 2014-cü il tariхli 2(007)-1678/2014 saylı icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 8(007)-1042/2018 saylı qərardadının ləğvinə dair Maraqlı şəxs ərizəsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-31/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Tahir Ağayev Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tariхli 2(007)-2835/2014 saylı, xx xxxx 2014-cü il tariхli 2(007)-2608/2014 saylı və xx xxxxx 2014-cü il tariхli 2(007)-1678/2014 saylı icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 8(007)1042/2018 saylı qərardadı ilə təqdimat təmin edilmiş və Borclu1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən 34 saylı evin 31 saylı mənzilinin üzərinə həbs qoyulması qərara alınmışdır. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 8(007)-1042/2018 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-433/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Maraqlı şəxs müraciəti təmin edilmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 8(007)-1042/2018 saylı qərardadının ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 34 saylı evin, 31 nömrəli mənzilinin üzərinə qoyulmuş həbs götürülməsi, qərardadın icrasının Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-433/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından şikayət verən Tələbkar ASC həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Tələbkar ASC şikayəti təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-433/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş və yeni iclas xx xxxxxx 2020-ci il tarixə, saat 10:30-a təyin edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(007)-31/2020 saylı qərardadı ilə Borclu1 adına qеydiyyatda olan mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizə rədd olunmuşdur. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 8(007)-1042/2018 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(007)-31/2020 saylı qərardadı ilə ərizə təmin edilərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 8(007)-1042/2018 saylı qərardadı ləğv edilmiş və mənzilinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(007)-31/2020 saylı qərardadı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəmsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli 8(103)226/2020 saylı qərardadı ilə şikayət qismən təmin olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(007)-31/2020 saylı qərardadı ləğv edilərək iş ərizəyə yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(007)- 31/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, həmin məhkəmənin xx xxxxxxxx 2018-ci il tarixli, 8(007)1042/2018 saylı qərardadı ləğv edilmiş, mənzil üzərinə qoyulmuş həbs götürülmüş və qərardadın icrası Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə və Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Tələbkarın qərardaddan verdiyi şikayət məhkəmənin eyni saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Şikayətə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilərək müəyyən olunmuşdur ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1023/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Borclu1 cavabdehlər Maraqlı şəxs və X2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab olunması və mənzilin tam boşaldılmaqla təhvil verilməsi tələbinə” dair ilk iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Maraqlı şəxs cavabdehlər “X1 Mərkəzi” MMC-yə və Borclu1 qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə” dair qarşılıqlı iddia ərizəsi təmin olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 34 saylı evin, 31 nömrəli mənzilinə dair “X1 Mərkəzi” MMC-nin hərracın nəticələri haqqında xx xxxx 2017-ci il tarixli, Y-322 nömrəli yekun protokolu və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə Borclu1 ilə bağlanmış xx xxxx 2017-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində Borclu1 adına aparılmış qeyd ləğv edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli **********82 saylı məktubuna əsasən hal-hazırda ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzil Maraqlı şəxs mülkiyyətindədir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsinin icra edilməsi üçün üzərinə həbs qoyulmuş əmlak borclunun deyil, icra işinə aidiyyəti olmayan Maraqlı şəxs mülkiyyətində olduğundan mənzil üzərinə qoyulmuş həbsin götürülməsi qanuni və əsaslı, şikayət isə açıq-aşkar əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-31/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №8(103)-91/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-91/2021
24.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver