Məhkəmə qərarları › İş №8(103)-92/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-92/2021

22.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-92/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli 8(004)-371/2020 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə baxılmasına dair həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-371/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 518/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu, xx.xx.1987-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İş üzrə Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-371/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-371/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 371/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, icra məmurunun təqdimatının təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-518/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar qoyulmuş bütün məhdudiyyətlərin götürülməsi qərara alınmışdır. Tələbkar şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (004)-371/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin qəbul edilməsindən 2 ilə yaxın vaxt keçmişdir, borclu isə cəmi 1100 manat ödəniş etmişdir. Əgər borclunun xaricə getməsi hər hansı xəstəlikdən müalicə alması ilə bağlı olsa razılaşa bilərdi, lakin hazırkı halda hər hansı əsas yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(004)-371/2020 saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 371/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmış, icra məmurunun təqdimatı təmin edilməklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-518/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu, xx.xx.1987-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Hazırda həmin qərardaddan borclu şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Borclu şikayəti onunla əsaslandırmışdır ki, qərardad əsassızdır, öhdəliyinin əsas hissəsini icra etmişdir, 2100 manat ödəmiş, 900 manat borcu qalmışdır. Qazanc əldə etmək məqsədi ilə xarici ölkəyə gedir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən borclu şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Tələbkar isə şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış icra orqanının nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə Kollegiyası hesab edir ki, şikayətin təmin edilməsi üçün əsas yoxdur və birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Borclu ödənişin əsas hissəsini ödədiyini qeyd etsə də, Kollegiya hesab edir ki, qətnamənin icraya yönəldilməsindən təxminən 2 ilə yaxın müddət keçmişdir, bu qədər müddət ərzində borclu öhdəliyini tam icra etməmişdir ki, bu hal da tələbkarın mənafeyinə toxunur, odur ki, şikayətdə qeyd olunanlar əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(004)-371/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar