Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-92/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1, X3 və X9 icra məmurunun hərəkətlərindən verdikləri şikayətə dair işlə bağlı icraat üzrə (açar sözlər: icra məmurunun hərəkətindən şiakyət) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-23/202* saylı, 22 yanvar 202*-ci il tarixli qərardadından X12 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-367/2021 saylı qətnaməsinə əsasən cavabdeh X7 iddiaçılar X6, X16 və X* xeyrinə 20.000 ABŞ dolları dəyərində 4* kq 4* sm hündürlükdə Xocalı anası, 20.000 manat dəyərində giriş koridorunda Varşava antik komod, 20.000 manat dayərində ingilis qarnituru qədim saat ilə birgə, 10.000 manat dəyərində antik güzgü, 8000 manat dəyərində iki pol saatı SSRİ Yatran hər biri 2*00 dollar, *0000 manat dəyərində Avropanın oğurlanması rəsm əsəri 100 illik kopya, *000 manat dəyərində Şişkinin şam meşəsi əsəri kopya, 2*000 manat dəyərində Qiz qalası qobileni rəssam Madlen Qinzburqun əsəri, 1*000 manat dəyərində bir iri "biçok" tipli maşın yükü həcmdə qab qaçaq, 3000 manat dəyərində qədim komod, *000 manat dəyərində 9 ədəd qədimi palaz 2 ədəd müasir, vərəsələrə məxsus yataq dəsti ilə xırdavat, *00 manat dəyərində bir ədəd LG markalı kondisioner, 200 manat dəyərində 2 cüt Çexoslovakiya istehsalı olan büllur vazalar, 800 manat dəyərində Samsung televizor va yə onların dəyəri, həmçinin ödənilmiş dövlət rüsumuna görə 1* (on beş) manat məbləğində pul vəsaiti tutulmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-1449/2021 saylı icra sənədinə əsasən Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsi, 28 saylı bağ sahəsinin özgəninkiləşdirilməsi cavabdehlər X17 və Bakı şəhəri *3 saylı notariat kontoruna və digər şəxslərə qadağan edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-1449/2021 saylı qətnaməsinə əsasən iddiaçılar X6 və X* cavabdehlər X17 və *3 saylı notariat ofisinə, maraqlı şəxslər X13, X10 və X14 qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən üçüncü şəxs X11 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(103)- *2**/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-1449/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. X2, X6 və X16 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(003)-367/2021 saylı qətnaməsi ilə eyni xx.xx.2021-ci il tarixli, 2(003)-367/2021 saylı icra vərəqəsində icra hərəkətlərinin ünvanının AR MPM-nin 233.3-cü maddəsi ilə qətnamə və qərardadla müəyyən edilmiş ünvanının qeyd edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22.01.202*-ci il tarixli 8(003)-23/202* qərardadı ilə Bakı şəhəri Maraqlı şəxs hərəkətlərindən X12, X6 və X16 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatın 168-ci maddəsindən görünür ki, MPM-in 231-ci maddəsinin və İcra haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakının üzərinə həbs qoyulması və digər məsələlər barədə işdə iştirak edən şəxslərin ərizələri, şikayətləri və ya icra məmurlarının təqdimatları, habelə qanunauyğunluğu məhkəmə nəzarəti ilə yoxlanıldıqda icraata xitam verilməsi barədə icra məmurlarının qərarları kargüzarlıq xidməti tərəfindən məhkəmə qətnamələrinin (qərardadlarının) icrası qaydasında icraat materialı kimi 8 nömrəli indekslə qeydiyyat vərəqəsində qeydə alınır, qəbul edilmiş qərardadın təsdiq edilmiş surəti məlumat üçün qətnamə çıxarılmış əvvəlki mülki işə tikilir (aidiyyəti məhkəməyə göndərilir). Bundan əlavə Azərbaycan Respublikası MPM-in 230-cu maddəsinin və İcra haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun olaraq qətnamənin və ya qərardadın (icra sənədinin) izah edilməsi, habelə MPM-in 236-1-ci maddəsinin tələblərinə uyğun olaraq icrada dönüş barədə ərizələr aid olduğu işin nömrəsi ilə qeydə alınır və baxıldıqdan sonra həmin işə əlavə edilir. Göründüyü kimi Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatda, Azərbaycan Respublikası MPM-in 231-ci maddəsində və İcra haqqında Azərbaycan Respublikası Qanununda 8 nömrəli indekslə qeydə alınmalı olan işlərin əhatəsi qeyd edilmişdir. Lakin hazırki iş üzrə şikayətçilər X12, X6 və X16 öz şikayət ərizələrinin giriş hissəsində Bakı şəhəri Maraqlı şəxs hərəkətlərindən şikayət etdiklərini qeyd etsələr də, şikayətin məzmununda və xahiş etdim hissəsində məhkəmədən hansı məsələ ilə bağlı qərar qəbul edilməsini aydın və konkret şəkildə göstərməmiş, həmçinin şikayətin düzgün tərtib olunması tələblərinə əməl etməmişdirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Maraqlı şəxs hərəkətlərindən X12, X6 və X16 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-23/202* saylı 22.01.202*-ci il tarixli qərardadından X12 məkəməyə şikayət ərizəsi ilə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-23/202* saylı, 22.01.202*-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, MPM-nin 233.3-cü maddəsinə, İcra haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, icra hərəkətlərinin ünvanı və yeri haqqında tələblər qaydasında xx.xx.2021-cü il tariхli, 2(003)-367/2021 nömrəli qətnamə və əsasında eyni saylı 2(003)-367/2021 saylı icra vərəqinə icra hərəkətləri aparılması haqqında ünvan qeydinin icra vərəqinə daxil edilməsi qaydasında MPM-nin 217.3, 14, 233.3-cü maddələri və İcra haqqında Qanunun 7, 8, 9, 10, 11-ci maddələrinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 yanvar 202*-ci il tarixli, 8(003)-23/202* saylı qərardadının ləğv edilməsi, ṣikayətin məzmun və forması MPM-nin tələblərinə uyğun hesab olunmaqla işə mahiyəti üzrə icra vərəqinə ünvanın daxil olunması ilə baxılmasını, icra məmuru Mübariz Abbasovun icraatında eyni tərəflər arasında ayrı-ayrı iki icra vərəqinin fərqli ünvanlarda, fərqli kateqoriyalı ayrı-ayrı qətnamələrin icrasına dair, icra hərəkətlərinin hüquqi nəticələri əsasında şikayətin təmin olunması, qanuni qüvvəyə minən 2(003)-32*0 və 2(003)-367/2021 saylı qətnamədə ehtiva olunan ünvan Bakı şəhəri, Buzovna qəsəbəsi, Dənizkənari küçəsi ev 0001 mənzil 000* qeydləri qərardad və qətnaməyə aid xx.xx.2021-ci il tarixli 2(003)-367/2021 saylı icra vərəqinə əlavə olunması barədə 1-ci instansiya məhkəməsinə göstəriş verilməsi və yaxud apellyasiya qərardadı ilə ünvan qeydlərinin icra vərəqinə əlavə olunması barədə məhkəmə aktı çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12.02.202*-ci il tarixli 8(003)-23/202* nömrəli qərardadına əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-23/202* saylı, 22.01.202*-ci il tarixli qərardadından X12 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İcra haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 7.1. icra sənədində aşağıdakılar göstərilir: 7.1.1. məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; 7.1.2. icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; 7.1.3. icra edilməli olan qərarın qəbul edildiyi vaxt; 7.1.4. tələbkar və borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda borclu fiziki şəxsin iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, tələbkar və borclu hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 7.1.*. məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi; 7.1.6. məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt; 7.1.7. icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti. Maddə 7.2. Məhkəmə qərarına əsasən verilmiş icra sənədi hakim tərəfindən imzalanır və məhkəmənin möhürü ilə təsdiqlənir. Maddə 7.3. Digər icra sənədləri onları qəbul və ya təsdiq etmiş şəxslər tərəfindən imzalanır və möhürlə təsdiqlənir. Maddə 7.4. Məhkəmə əmrinin və alimentlərin ödənilməsinə dair notariat qaydasında təsdiqlənmiş sazişin məzmunu müvafiq olaraq Azərbaycan Respublikasının Mülki Prosessual və Ailə məcəllələri ilə müəyyən edilir. Notariusun icra qeydlərinin məzmunu "Notariat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Maddə 9.1. İcra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. Maddə 9.2. İcra məmuru icra sənədinin qaytarılmasına dair qərarın qəbul edilməsi barədə həmin qərarın qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara məlumat verir. Maddə 9.3. İcra sənədinin qaytarılması haqqında qərarda onun qaytarılması əsasları göstərilir. İcra məmuru icra sənədini vermiş məhkəməyə və ya digər orqana yol verilmiş pozuntular barədə məlumat verir. Maddə 9.4. Yol verilmiş pozuntular üç gün müddətində aradan qaldırılmalı və həmin icra sənədi yenidən icra məmuruna göndərilməlidir Maddə 10.1. Borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. Maddə 10.2. Borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. Maddə 10.3. İcra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) yazılı məlumat verir. Maddə 10.4. İcra məmuru tərəfindən göndərilmiş icra sənədini müvafiq ərazi üzrə digər icra məmuru icraata qəbul etməlidir. İcra hərəkətlərinin həyata keçirilməsi yeri ilə bağlı icra məmurları arasında yaranmış mübahisələr icra xidmətinin rəhbəri tərəfindən həll olunur. Maddə 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 1*.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Maddə 1*.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.*. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-23/202* saylı, 22.01.202*-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətlərin və məhkəməyə təqdim olunan vəsatətlərin məzmunundan müəyyən olunur ki, icra sənədi üzrə tələbkar müxtəlif icra vərəqələrində qeyd olunan ünvanlarla bağlı etirazlarını icra məmurunun hərəkətləri kimi mübahisələndirərək icra məmuruna aid olmayan vəzifələrin ona həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Bu səbəbdən kollegiya tələbkarın şikayət və vəsatətlərini əsassız olması qənaətinə gəlir. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edib, icra sənədi üzrə tələbkar tərəfindən mübahisələndirilən məhkəmə aktının şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının isə dəyişdirilmədən saxlanması qənaətinə gəlir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3*-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-23/202* saylı, 22.01.202*-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-92/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-92/2025
12.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver