Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-93/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, 8(003)-220/2020 №-li iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardaddan Borclu verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xəzər Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla Rayon Məhkəməsinə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İcra Şöbəsinin icraatına daxil olmuş icra sənədlərinə əsasən Borclu 210.162,46 manat məbləğində pul vəsaiti tələbkar “xxxx” ASCnin xeyrinə, 1.500 manat məbləğində isə cərimə dövlət nəfinə tutulmalıdır. Qeyd edilən icra sənədləri əsasında icra məmuru tərəfindən “icraata başlamaq barədə” qərarlar qəbul edilmiş, qərarların surətləri Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin müəyyən edilmiş müddətlər ərzində Borclu icra sənədlərində əks olunmuş tələbləri könüllü icra etməmiş, bu səbəbdən də, icra məmuru tərəfindən məcburi icra tədbirlərinin həyata keçirilməsi prosedura başlanmışdır. Görülmüş tədbirlər nəticəsində Borclu mülkiyyətində əmlak müəyyən edilməmişdir. Lakin bununla yanaşı müəyyən edilmişdir ki, Borclu mütəmadi olaraq ölkə hüdudlarını tərk edir. Bu səbəbdən də, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Təqdimata baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimatı təmin etmişdir. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu icra sənədlərini icra etməkdən yayınmış, lakin maddi vəsaitinin olmaması səbəbindən icra edə bilmir, bu isə üzrlü səbəb kimi qiymətləndirilməli və onun ölkədən müvəqqəti olaraq getmək hüququ məhdudlaşdırılmamalıdır. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətə baxaraq hesab edir ki, şikayət əsassızdır və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə (İş № 2(005)-3696/2019) əsasən Borclu 210.162,46 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “xxxx” ASC-yə ödənilməlidir. İcra vərəqəsi əsasında icra məmuru tərəfindən icra icraatı başlanmış və icra sənədinin icra edilməsi üçün Borclu bildiriş təqdim edilmiş, lakin o, icra sənədində əks olunmuş tələbi könüllü icra etməmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən həmçinin görünür ki, 2 saylı Region üzrə X1 inzibati tənbeh haqqında MN seriyalı, ******* saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Borclu Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1.500 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən həmin qərar əsasında icra məmuru tərəfindən icra icraatı başlanmış və icra sənədinin icra edilməsi üçün Borclu bildiriş təqdim edilmiş, lakin o, icra sənədində əks olunmuş tələbi könüllü icra etməmişdir. Elektron məlumat bazasından və işdə olan sənədlərdən görünür ki, Borclu adına olan bank hesabı, daşınar və daşınmaz əmlak mövcud deyil. Borclu mütəmadi olaraq ölkə hüdudlarını müvəqqəti olaraq tərk edir. Qeyd olunanlara əsasən Məhkəmə hazırki apellyasiya baxışının predmeti olan məsələnin müzakirəsi və Borclu qərardaddan verdiyi şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş aktları bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1. maddəsinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə bildirir ki, qanunverici, borclu olan şəxsin maddi vəsaitinin olmaması səbəbindən icra sənədinin icra edilməməsini üzrlü səbəb kimi qiymətləndirmir. Digər tərəfdən qeyd edilməlidir ki, elektron məlumat bazasından görünür ki, Borclu mütəmadi olaraq ölkə hüdudlarını müvəqqəti olaraq tərk edir və belə olan halda maddi vəziyyətinin ağır olması barədə Borclu dəlili inandırıcı görünmür. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul etməkdə, habelə qərardaddan Borclu verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Odur ki, Məhkəmə, MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(103)-93/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-93/2021
26.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver