Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-93/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Tələbkar, Borclunun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh icra məmuru X2 iştirakı ilə Borclu "xxxx" MMC-nin icra məmurunun hərəkətlərindən şikayətinə baxılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-10/2023 saylı 22 fevral 2023-cü il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Borclu “M X7 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi icra şöbəsinin icra məmuru Şakir Bahadırovun qanunsuz hərəkətlərinə son qoyulması, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 781/2021 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsi öhdəliyinin Binəqədi rayon icra şöbəsi tərəfindən icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli 2(001)-781/2021 saylı qətnaməsi ilə “Mol X7 Kredit Təşkilatı” MMC tərəfindən “əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 1143-08-20 ş/lı saylı əmrin ləğv edilməsi, Tələbkar "xxxx" BOKT MMC-nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün Tələbkar əmək haqqının ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-781/2021 saylı icra vərəqəsi əsasında Cavabdeh tərəfindən icra icraatına başlanılmışdır. İcra sənədi "xxxx" BOKT MMC tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq təmin edilmiş, Tələbkar əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2020ci il tarixli, 11413-08-20 ş/h saylı əmr ləğv edilmiş, Tələbkar "xxxx" MMC-nin Sumqayıt 02-04 ofisinin meneceri vəzifəsinə işə bərpa edilmiş və "xxxx" MMC ilə Tələbkar arasında xx.xx.2020-ci il tarixdə bağlanmış Müddətli əmək müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixdə bitməsi səbəbindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən qeyd olunan əmək müqaviləsinə xitam verilmiş, məcburi iş buraxma müddəti üçün əmək haqqı Tələbkar tam həcmdə ödənilmişdir. İcra vərəqəsi “M Bulak" BOKT MMC tərəfindən tam şəkildə icra olunmuş və bu barədə Binəqədi rayon İcra şöbəsinə rəsmi qaydada müvafiq sənədlər əlavə edilməklə dəfələrlə rəsmi qaydada məlumat verilmişdir. Lakin buna baxmayaraq icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru (Şakir Bahadırov) tərəfindən qərar qəbul edilməmiş və müxtəlif qeyri-müəyyən səbəblərə əsaslanaraq icraata xitam verilməmişdir. Baxmayaraq ki, xx.xx.2021-ci il tarixli 2(001)-781/2021 saylı icra vərəqəsinin tam şəkildə icra edilmişdir, Binəqədi rayon icra şöbəsinin icra məmuru Şakir Bahadırov icra sənədi üzrə borclu MMC-nin direktoru X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə xx.xx.2022- ci il tarixində MN ******* saylı protokol tərtib edərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən iş materiallarına baxılıb, əsaslanaraq ki, “M X7 Kredit Təşkilatı”MMC-nin direktoru Shakirova Altyn tərəfindən Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-781/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi tam icra edilmişdir” barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “M X7 Kredit Təşkilatı” MMC-nin direktoru Shakirova Altyn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi barədə 3(001)-2237/2022 saylı xx.xx.2022-ci il tarixli (X8) qərar çıxarılmışdır. Bununla əlaqədar, "xxxx" MMC tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-781/2021 saylı icra vərəqəsinin tam şəkildə icra edilməsi barədə müvafiq sənədlər və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2237/2022 saylı xx.xx.2022-ci il tarixli qərarın surəti xx.xx.2022-ci il tarixində Cavabdehnə göndərilməsinə baxmayaraq Binəqədi rayon İcra şöbəsinin rəisi İlham Həsənov və icra məmuru X4 yenə də iş üzrə icraata xitam verilməsində boyun qaçırdırlar. Bununla əlaqədar, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 781/2021 saylı icra vərəqəsi "xxxx" MMC tərəfindən tam şəkildə icra edildiyi üçün və Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılan 3(001)-2237/2022 saylı xx.xx.2022-ci il tarixli qərara əsaslanaraq "Mol X7 Kredit Təşkilatı” MMC-nin direktoru Shakirova Altyn tərəfindən Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-781/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi tam icra edilmişdir. xx.xx.2021-ci il tarixli 2(001)-781/2021 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsi öhdəliyinin icrası icra məmuru tərəfindən təmin edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-10/2023 saylı 22 fevral 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Borclu tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiyanın iclasında iştirak edən borclunun nümayəndəsi-vəkili şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Tələbkar şikayətin təmin edilməməsini xahiş etdi. İcra məmuru şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. e83458/2021-14 nömrəli icra işində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-781/2021 saylı icra sənədinə əsasən cavabdeh “MolX7 Kredit Təşkilatı” MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 1143-08- 20 ş/h saylı əmri ləğv edilməli, iddiaçı Tələbkar cavabdeh “MolX7 Kredit Təşkilatı” MMC-nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilməli, iddiaçı Tələbkar məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh “MolX7 Kredit Təşkilatı” MMC tərəfindən ödənilməlidir, icra sənədinin verilməsinə əsas olmuş məhkəmə aktının qanuni qüvvəyə mindiyi vaxt xx.xx.2021-ci ildir. Cavabdeh xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraat başlanmış, borcluya icra sənədində göstərilən tələbin icrası barədə bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(001)-489/2021 saylı qərardadından görünür ki, borclu “MolX7 Kredit Təşkilatı” MMC-nin qətnaməyə izah verilməsi barədə ərizəsi təmin edilmiş və izah edilmişdir ki, Tələbkar ilə “MolX7 Kredit Təşkilatı” MMC arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitdiyindən Tələbkar işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulması həmin müddətlə məhdudlaşdırılmalıdır. “M X7 Kredit Təşkilatı” MMC-nin xx.xx.2021-ci il tarixli, ***-**-** ş/h nömrəli əmrinin surətindən görünür ki, Tələbkar Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən bu Məcəllənin 72-ci maddəsinin “a” bəndində göstərilən hal üzrə əmək müqaviləsinə xitam verilməsi haqqında 1143-08-20 ş/h nömrəli xx.xx.2020-ci il tarixli əmrin etibarsız hesab edilməsi əmr edilmişdir. “M X7 Kredit Təşkilatı” MMC-nin xx.xx.2021-ci il tarixli, ***-**-** ş/h nömrəli əmrinin surətindən görünür ki, “M X7 Kredit Təşkilatı” MMCnin 0204 Sumqayıt ofisinin meneceri vəzifəsində çalışan Tələbkar əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə və 2(00)-781/2021 saylı qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixində xitam verilməsi, xx.xx.2020-ci il tarixinin son iş günü hesab edilməsi əmr edilmişdir. İş günlərinin sayının xx.xx.2020-xx.xx.2020-ci il tarixədək 19 iş gün, 2020-ci il sentyabr ayı üzrə 22 gün, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək 20 gün təşkil edir. Cəmi 61 gün. İstifadə olunmayan məzuniyyət günlərinin sayı xx.xx.2020-xx.xx.2020-ci il iş ili üçün 7 gün təşkil edir. Son haqqhesabın ödənilməsi mühasibatlığa tapşırılmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “M X7 Kredit Təşkilatı” MMC Tələbkar ilə bağladığı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021ci il tarixdə xitam vermişdir. Əmək haqqı üzrə çıxarışdan görünür ki, Tələbkar 1.830,39 manat məbləğində son haqq-hesab ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(001)-489/2021 saylı qərardadı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(001)-489/2021 saylı qərardadı ləğv edilmiş və “Mol X7 Kredit Təşkilatı” MMC-nin ərizəsinə tərəflərin iştitakı ilə yenidən baxılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(001)-489/2021 saylı qərardadı ilə xx.xx.2021-ci il tarixli 2(001)-781/2021 saylı qətnaməyə izah verilməsi barədə borclu “Mol X7 Kredit Təşkilatı” MMC-nin ərizəsi təmin edilməmişdir. Həmin qərardadda qeyd edilmişdir ki, “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 489/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı düzgün olmadığından artıq ləğv edilmişdir. Belə ki, məhkəmənin qeyd edilən qətnaməsi borclu ilə bağlanmış müddətli əmək müqaviləsinə (yəni xx.xx.2020-ci il tarixdə müddəti bitmiş) xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68 maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilməsini və ona əmək haqqının məhz xx.xx.2020ci il tarixinə kimi ödənilməsini özündə ehtiva etmir. Həmin qətnamədə konkret olaraq Tələbkar “MolX7 Kredit Təşkilatı” MMC-nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh “MolX7 Kredit Təşkilatı” MMC tərəfindən ödənilməsi qət edilmişdir.” Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(001)-2852/2021 saylı qərarı ilə “Mol X7 Kredit Təşkilatı” MMC-nin direktoru Shakirova Altyn Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1200 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(103)-2168/2021 saylı qərarı ilə Altyn Shakirovanın şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(001)-690/2021 saylı qərardadından görünür ki, Cavabdeh böyük icra məmuru X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-781/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Tələbkar məcburi işburaxma müddətini təşkil edən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr üçün hesablanmış ümumilikdə 7.836,54 manat məbləğində pul vəsaitinin cavabdeh “MolX7 Kredit Təşkilatı MMC-dən məcburi qaydada alınması barədə qərardad qəbul edilməsini xahiş etmiş, lakin məhkəmə icra sənədinin tələbkarın işə bərpa edilməsi hissəsində bügünədək icra edilmədiyini nəzərə alıb ərizəni təmin etməmişdir. Həmin qərardadda göstərilmişdir ki, “..borclu tərəfindən təqdim edilmiş və icra sənədinin icra edilməsini təsdiq edən sənədlərə əsasən tələbkar barəsində qəbul edilmiş “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 1143-0820 ş/h saylı, xx.xx.2020-ci il tarixli əmr borclunun xx.xx.2021-ci il tarixli əmri ilə etibarsız hesab edilmiş, həmin tarixli digər əmrlə tələbkarla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xx.xx.2021-ci il tarixdə xitam verilmiş, xx.xx.2021-ci il tarixi onun son iş günü hesab edilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək mövcud olan 61 iş günü və istifadə olunmayan 7 məzuniyyət günü üzrə hesablama aparılmaqla son-haqq hesab ödənilmişdir. Bununla belə, borclunun xx.xx.2021-ci il tarixli, ***-**-** ş/h nömrəli əmrinə əsasən tələbkarla bağlanmış əmək müqaviləsinə həm müddət, həm də hüquqi nəticə etibarı ilə xx.xx.2021- ci il tarixində xitam verilməsinə baxmayaraq, məcburi iş buraxma müddəti qismində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr əsas götürülmüşdür. Halbuki, müqaviləyə xx.xx.2021-ci il tarixdə xitam verməklə (əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində də əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verildiyi qeyd edilmişdir) borclu özü də məcburi iş buraxma müddəti qismində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü deyil, xx.xx.2021-ci il tarixədək olan dövrü qəbul etmişdir. Bu da öz növbəsində həmin dövr üçün də əmək haqqının hesablanmasını zəruri edir. Lakin əmək haqqının məhz bu müddət üçün tutulması da hazırda mümkün deyil. Belə ki, qeyd edilən icra sənədinin icrası qaydasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli əmrlərin hər hansı biri ilə tələbkar işə bərpa edilməmiş və bu baxımdan icra sənədi tam icra edilmiş hesab edilə bilməz. Hər bir halda, icra sənədinin icrası ilə bağlı borclu tərəfindən görülməli olan tədbirlərdən biri də tələbkarın işə bərpa edilməsidir. Bununla belə, icra sənədi tam icra edilmədiyindən mövcud vəziyyətdə əmək haqqının tutulmalı olan son müddət qeyri-müəyyən qalır. Bu da öz növbəsində Cavabdeh böyük icra məmuru X2 ərizəsinin rədd edilməsini şərtləndirir. ” Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-11561/2021 saylı qərarının surətindən görünür ki, “M X7 Kredit Təşkilatı” MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 781/2021 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsi öhdəliyinin cavabdeh tərəfindən icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin iddiası mümkün sayılmamışdır. Qeyd olunan qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-912/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(001)-63/2022 saylı qərardadının surətindən görünür ki, borclu “MolX7 Kredit Təşkilatı” MMC şikayətlə məhkəməyə müraciət edərək, Cavabdeh böyük icra məmuru X2 qanunsuz hərəkətlərinə son qoyulması və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-781/2021 saylı, 05 fevral 2021-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş, lakin məhkəmə tərəfindən şikayət təmin edilməmişdir. Qərardadda göstərilmişdir ki, “borclunun xx.xx.2021-ci il tarixli, ***-**-** ş/h nömrəli əmrinə əsasən tələbkarla bağlanmış əmək müqaviləsinə həm müddət, həm də hüquqi nəticə etibarı ilə xx.xx.2021-ci il tarixdə xitam verilməsinə baxmayaraq, məcburi iş buraxma müddəti qismində xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək olan dövr əsas götürülmüşdür. Halbuki, müqaviləyə xx.xx.2021-ci il tarixdə xitam verməklə (əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində də əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verildiyi qeyd edilmişdir) borclu özü də məcburi iş buraxma müddəti qismində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü deyil, xx.xx.2021-ci il tarixədək olan dövrü qəbul etmişdir. Həmçinin, müəyyən edilmişdir ki, qeyd edilən icra sənədinin icrası qaydasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli əmrlərin hər hansı biri ilə tələbkar işə bərpa edilməmişdir. Məhz bu halların mövcudluğunu məhkəmə əsas götürüb, icra sənədini tam icra edilmiş hesab etməmiş və nəticədə ərizəni təmin etməmişdir. Həmin qərardaddan şikayət verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Bununla belə, həmin qərardadın mövcudluğu və orada nümayiş etdirilmiş hüquqi mövqe həm icra məmurunun icra sənədinin icrası ilə bağlı yerinə yetirdiyi hərəkətlərin qanunsuz hesab edilməsini, həm də icra sənədi üzrə icraata xitam verilməsini istisna edir və hazırki şikayətin rədd edilməsini şərtləndirir”. “MolX7 Kredit Təşkilatı” MMC-nin xx.xx.2022-ci il tarixli kadrların şəxsi heyəti üzrə xx.xx.2021-ci il tarixli, ***-**-** ş/h saylı əmrinə dəyişiklikdən görünür ki, xx.xx.2021-ci il tarixli, 2(001)-781/2021 saylı məhkəmə qətnaməsinin icrası məqsədilə xx.xx.2021-ci il tarixli ***-**-** ş/h saylı və xx.xx.2021-ci il tarixli ***-**-** ş/h saylı Əmrlər verilmiş və Məhkəmə qətnaməsi tam olaraq icra edilmiş, Tələbkar Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəncinə əsasən bu Məcəllənin 72-ci maddəsinin “a” bəndində göstərilən hal üzrə əmək müqaviləsinə xitam verilməsi haqqında 1143- 08-20 ş/h nömrəli xx.xx.2020-ci il tarixli əmr etibarsız hesab edilmiş və bununla da (müvafiq əmrin ləğv edilməsi ilə) Tələbkar avtomatik olaraq MMC-nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilmiş və müddətli əmək müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixdə bitməsi səbəbindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən qeyd olunan əmək müqaviləsinə xitam verilmiş, məcburi iş buraxma müddəti üçün əmək haqqı əmək müqaviləsinin müddətinin bitməsi tarixinədək Tələbkar tam həcmdə ödənilmişdir. Göstərilən əmrlərdə işə bərpa ifadəsi nəzərdə tutulmadığından qeyd olunan qətnamənin icrasının düzgünlüyü ilə bağlı mübahisələr yaranmışdır. Bu da qətnamədə Tələbkar xx.xx.2020-ci il tarixli müddətli əmək müqaviləsinin müddətinin bitməsinin nəzərə alınmaması ilə əlaqədardır. Belə ki, Tələbkar müddətli əmək müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixdə bitməsi səbəbindən onunla əmək müqaviləsinin davam etdirilməsi üçün yeni əmək müqaviləsi bağlanması tələb olunur. Bu isə qanunvericiliyə ziddir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən “əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz”. Qeyd olunan anlaşmazlığın (işə bərpa ifadəsinin müvafiq əmrlərdə nəzərdə tutulması ilə bağlı) aradan qaldırmaq məqsədilə xx.xx.2021-ci il tarixli ***-**-** ş/h saylı əmrə aşağıdakı qaydada dəyişiklik edilmişdir. “xx.xx.2021-ci il tarixli ***-**-** ş/h saylı əmrin 1-ci bəndinə aşağıdakı redaksiyada ikinci, üçüncü cümlələr və 2-ci və 3-cü bəndlər əlavə edilsin. 1.Tələbkar “M X7 Kredit Təşkilatı” MMC-nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilsin və xx.xx.2020-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin bitdiyi tarixədək xx.xx.2020-ci il tarixədək əmək fəailiyyətini davam etdirsin. Tələbkar M X7 Kredit Təşkilatı” MMC-nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilməsi dedikdə Tələbkar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (müddətli əmək müqaviləsinin müddətinin bitdiyi tarixədək) işə bərpa edilməsi nəzərdə tutulur. 2.Məcburi iş buraxma müddəti üçün əmək haqqı müddətli əmək müqaviləsinin müddətinin bitməsi tarixinədək, yəni xx.xx.2020-ci il tarixədək xx.xx.2021-ci il tarixli 745- 08-21 ş/h saylı əmrinə əsasən Tələbkar tam həcmdə ödənilsin. 3.Hazırki dəyişiklik xx.xx.2021-ci il tarixli ***-**-** saylı ş/h saylı əmrin tərkib hissəsidir və həmin əmr qüvvəyə mindiyi tarixdən yəni xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş hesab edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(001)- 2237/2022 saylı qərarının surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “MolX7 Kredit Təşkilatı” MMC-nin direktoru Shakirova Altyn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, “MolX7 Kredit Təşkilatı” MMC-nin direktoru Shakirova Altyn tərəfindən Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-781/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsi tam icra edilmişdir”. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(001)- 483/2023 saylı qərarının surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “MolX7 Kredit Təşkilatı” MMC-nin direktoru Shakirova Altyn barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, “MolX7 Kredit Təşkilatı” MMC-nin direktoru Shakirova Altyn tərəfindən Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-781/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi icra edilmişdir”. Beləliklə müəyyən edilmişdir ki, tərəflər arasında əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə müddətli olaraq bağlanmış, müqavilənin müddətinin bitdiyi tarix xx.xx.2020-ci il olmuşdur. “MolX7 Kredit Təşkilatı” MMC Tələbkar xx.xx.2020-ci il tarixdə 1143-08-20 ş/h saylı əmrlə işdən azad etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-781/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən cavabdeh “MolX7 Kredit Təşkilatı” MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 1143-08-20 ş/h saylı əmri ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə işə bərpa edilməli və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. İcra məmuru sözügedən icra sənədi üzrə icraata başlamış və icra sənədinin könüllü icrası barədə bildirişi borcluya göndərmişdir. Borclu xx.xx.2021-ci il tarixdə əmr qəbul edərək Tələbkarun işdən azad olunması ilə bağlı xx.xx.2020-ci il tarixli, 1143-08-20 ş/h saylı əmri ləğv etmiş, son haqqın ödənilməsini mühasibatlığa tapşırmışdır. Lakin həmin əmrdə işçini vəzifəsinə bərpa etməmişdir. Daha sonra borclu xx.xx.2022-ci il tarixdə həmin əmrə dəyişiklik etmiş Tələbkar “M X7 Kredit Təşkilatı” MMC-nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa etmiş və xx.xx.2020-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin bitdiyi tarixədək yəni xx.xx.2020-ci il tarixədək əmək fəailiyyətini davam etdirməsini, habelə məcburi iş buraxma müddəti üçün əmək haqqı müddətli əmək müqaviləsinin müddətinin bitməsi tarixinədək, yəni xx.xx.2020-ci il tarixədək xx.xx.2021-ci il tarixli ***-**-** ş/h saylı əmrinə əsasən Tələbkar tam həcmdə ödənilməsini əmr etmişdir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlmişdir ki, borclu icra sənədini tam icra etməmiş, işçinin (iş üzrə tələbkarın) məcburi iş buraxma dövrü üçün əmək haqqısını tam ödəməmiş, hətta işçinin məcburi iş buraxma dövrü üçün əmək haqqısını öz mülahizəsinə uyğun olaraq xx.xx.2020-ci il tarixədək ödəməli olması ilə məhdudlaşdırmışdır. Halbuki, məcburi işburaxma dövrü – qanunsuz və ya əsassız işdən çıxarılmış işçinin çıxarıldığı vaxtdan işə bərpa edilməsi ilə bağlı məhkəmə qətnaməsinin icra olunduğu günə qədər olan dövrdür. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Borclu yuxarıda istinad olunan digər qərarlara istinad edərək, icra sənədinin tam icra olunduğu qənaətinə gələrək icra sənədi üzrə icraata xitam verilməsini tələb etsə də, məhkəmə haqlı olaraq göstərmişdir ki, həmin qərarlarda məhz borclunun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində (icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə) nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcud olubolmamasına hüquqi qiymət verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-10/2023 saylı 22 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-93/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-93/2023
04.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver