Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-94/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Tələbkarın nümayəndəsi X1, Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 8(004)-2216/2016 saylı qərardadından borclunun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Borclu “İcra haqqında” Qanunun 84-1ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, xx xxxxx 2016-cı il tarixli qərarla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-512/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu 66101.67 manat məbləğində pul “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində əldə edilmiş şifahi məlumatlara əsasən məlum olmuşdur ki, borclu ölkədən kənara çıxmağa hazırlaşır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 8(004)- 2216/2016 saylı qərardadı ilə təqdimat təmin edilərək, icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu qərardaddan şikayət verərək ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsini xahiş etmişdir.Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq icra məmuru kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan kollegiya şikayətin dəlillərini müzakirə edib, şikayətini müdafiə edərək təmn olunmasını xahiş edən Borclu, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən tələbkarın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Təqdimata əlavə olunmuş sənədlərlə təsdiq edilmişdir ki, icra məmuru tərəfindən icranın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün icra hərəkətləri aparılmışdır. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi icra məmurunun təqdimatını təmin edərək Borclu ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırmaqla düzgün nəticəyə gəlmişdir, dır. Borclu tərəfindən verilmiş şikayətin dəlilləri əsassız olduğundan Bakı Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadının ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: Borclu оğlunun şikayəti təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-94/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-94/2021
25.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver