Məhkəmə qərarları › İş №8(103)-95/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-95/2021

23.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-95/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli 8(003)-1064/2017 saylı qərardadından maraqlı şəxs X2 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hafiz İsrafilov təqdimatla Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Borclu məxsus “Mercedes Benz E240” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı və “Mercedes 220” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsimim xx.xx.2017-ci il tarixli 8(003)-1064/2017 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-901/2016 saylı icra sənədi üzrə Borclu məxsus “Mercedes Benz E240” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı və “Mercedes 220” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Qeyd olunan qərardaddan narazı qalan Borclu şikayət verərək, qeyd olunan qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsimim xx.xx.2018-ci il tarixli 8(003)-1064/2017 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-369/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Maraqlı şəxs X2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(003)- 1064/2017 saylı qərardadından şikayət verərək, “Mercedes 220” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(003)-1064/2017 saylı qərardadı ilə ərizə rədd edilmişdir. Həmin qərardaddan maraqlı şəxs Ə.Teyyubov şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya qeyd edir ki, maraqlı şəxs Ə.Teyyubov məhkəməyə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1064/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərardadından şikayətlə müraciət etmişdir. Lakin, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli 8(003)-1064/2017 saylı qərardadı ilə maraqlı şəxsin şikayətinə “həbsin götürülməsinə dair ərizə” kimi baxaraq hüquqi qiymət vermişdir. Daha sonra məhkəmə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli 8(003)- 1064/2017 saylı qərardadından maraqlı şəxs X2 tərəfindən verilmiş şikayətə hüquqi qiymət vermədən şikayəti iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Belə olan halda şikayət qeyri-mümkün hesab edilərək, baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Həmin məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 363, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli 8(003)-1064/2017 saylı qərardadından iş üzrə maraqlı şəxs X2 tərəfindən verilmiş şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş şikayətə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar