Məhkəmə qərarları › İş №8(103)-95/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-95/2023

29.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-95/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Eyvazov Rafael Əmir və X1 ibarət tərkibdə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqovanın təqdimatına dair iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-356/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərardadından tələbkar Piriyeva (Rzayeva) Aliyə Fərhad qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqova təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1816/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1816/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu xx.xx.2019-cu il tarixdən hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır, hazırda 3355 manat aliment borcu var. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-356/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Həmin qərardaddan tələbkar Piriyeva (Rzayeva) Aliyə Fərhad qızı şikayət verərək onun ləğv edilməsini, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qərardad qəbul edilməsini əks təqdirdə işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onunla Borclu 2018-ci il tarixində nikaha daxil olmuşlar və onların birgə nikahdan bir övladı- X3 anadan olmuşdur. Lakin sonradan Borclu ailəsinə biganə münasibəti, ailəsinə baxmaması nəticəsində nikah pozulmuş və birgə nikahdan anadan olmuş övladı Rzayev Emil onun himayəsinə verilmiş və cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qərara alınmışdır. Qeyd edir ki, onların ailəli olduqları vaxtlarda Borclu tez-tez Rusiya Federasiyasına gedib gəlirdi. Sonradan COVİD-19 pandemiyası ilə əlaqədar Borclu Rusiya getməsinə müəyyən çətinliklər yarandığından Rusiyaya gedə bilməmişdir. Onunla nikahı pozulduqdan sonra Borclu başqa ölkəyə gedəcəyini bildirirdi. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün icra sənədi xx.xx.2019-cu il tarixdə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Nizami rayon İcra Şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilməmiş və borcun ödənilməməsinin səbəbi icra qurumuna heç bir üzürlü səbəb göstərmədən bildirilməmişdir. Əksinə Borclu icra qurumunun tələblərinə əhəmiyyət verməmişdir. Uzun müddət, yəni təxminən iki il ərzində Borclu icra sənədini icra etməmişdir. İcra sənədi üzrə təqdimat hazırlanana kimi borclunun aliment borcu 3355 manat aliment borcu olmuşdur. Dəfələrlə borcludan öz övladını saxlamaq üçün maddi köməklik göstərilməsi barədə xahişlərə əhəmiyyət verməmişdir. Eyni zamanda ona məlum olmuşdur ki, borclu öz vətəndaşlıq və valideyinlik vəzifələrini icra etməkdən yayınmaq üçün ölkədən gedəcəyini bilidirmişdir. Ona görə o, bu barədə İcra Şöbəsinə məlumat vermişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1816/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqova təqdimat hazırlayaraq Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edir ki, işin məhkəmə baxışı ərəfəsində və gələcəkdə özünün Respublika sərhədlərindən keçib getmək hüququnun məhdudlaşdırılacağını nəzərə alaraq borcunun 1000 manatını təcili olaraq ödəmişdir. Borclu bunu onun üçün etmişdir ki, onun ölkədən getməsinə qadağa qoyulmasın. Ona görə məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirmişdir ki, o, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1816/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbkara 2022-ci ilin sentyabr və oktyabr aylarında hər ay 500 manat olmaqla, cəmi 1000 manat aliment ödədiyini və qalan aliment borcunu isə hər ay 500 manat olmaqla ödəyəcəyini bildirməklə məhkəməni aldatmışdır Təsadüfi deyil ki, borclu sonuncu ödənişdən sonra bir ay keçməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-356/2022 saylı, 03 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qərardadın bütünlüklə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qərardadı tələbkar mübahisələndirərək ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatı təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli 17/71_13G/882 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1816/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu hazırda 2380 manat aliment borcu vardır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə kollegiyası işin faktiki hallarını, borcun məbləğini, hazırda Borclu hazırda 2380 manat aliment borcu olmasını, tələbin könüllü icrasına dair bildirişin borcluya təqdim edilməsinə baxmayaraq qanunla müəyyən edilmiş müddətdə icra edilməməsini, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair işə baxan məhkəmənin müvafiq qərardadının olmamasını, borclunun mülkiyyətində tələbin yönəldilə biləcək əmlakının olmamasını, hazıradək icra məmuru tərəfindən görülmüş məcburi icra tədbirlərinin nəticə verməməsini və qeyd olunan hüquq normasını nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunsun. Nizami Rayon Məhkəməsinin 8(007)-356/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1816/2019 nömrəli, xx.xx.2019cu il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Gültac Sadıqovanın təqdimatı təmin edilsin. xx.xx.1984-cü il Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar