Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-96/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Tələbkarın vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-88/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş apellyasiya şikayətinə verilmiş açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3988/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Borclu ilə Zeynal (Həsənova) Nərgiz Abduləhməd qızı arasında xx.xx.2012-ci il tarixində 678 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 anası Zeynal (Həsənova) Nərgiz Abduləhməd qızının yanında saxlanılmış, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər ay qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir hissəsi) miqdarında aliment alınaraq Zeynal (Həsənova) Nərgiz Abduləhməd qızına ödənilməsi, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3988/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə 2(011)-3988/2020 nömrəli xx.xx.2020 il tarixli icra vərəqəsi qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qətnamədən narazı olan cavabdeh Borclu tərəfindən apelyasiya şikayəti verilmiş, mülki iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin icraatına qəbul edilmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru, X4, xx xxxxxx 2020-ci il tarixli qərara əsasən mülki işin Bakı Apelyasiya Məhkəməsinin icraatına qəbul edilməsi səbəbilə icra sənədi üzrə icraat dayandırmışdır. Qeyd olunan qərardan narazı qalan tələbkar şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-88/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3988/2020-009 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru, X2 xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3988/2020-009 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam edilməsi qərara alınmışdır. Qeyd olunan qərardan narazı qalan borclu şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad Borclu iştirakı olmadan baxılmış və M. Zeynalın məhkəmə iclasında iştirak etməsi üçün məhkəmə tərəfindən zəruri tədbirlər görülməmişdir. Belə ki, hazırki şikayət ərizəsinə əlavə edilən poçt qəbzinin surətindən göründüyü kimi məhkəmə iclası xx xxxxxx 2021-ci il tarixdə keçirilsə də iclasın keçirilməsi barədə bildiriş xx xxxxxx 2021-ci il tarixdə, yəni iclasdan iki gün sonra Borclu təqdim edilmişdir. Ümumiyyətlə poçt bildirişinin göndərilməsi barədə zərfin üzərində olan Azərpoçt tərəfindən vurulan möhürdə bildirişin 28 yanvarda poçta təqdim edildiyi açıq şəkildə görünür. Bu isə maraqlarına toxunan M. Zeynalın iştirakı olmadan qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsasdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-88/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkarın vəkili Vəkil şikayətin təmin edilməməsini xahiş etdi. Şikayətə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3988/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə 2(011)- 3988/2020 nömrəli xx.xx.2020 il tarixli icra vərəqəsi qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qeyd olunan qətnamədən apelyasiya şikayəti verilməsinə baxmayaraq, uşağın saxlanılması üçün tutulan aliment dərhal icra edilməli olduğundan qətnamədən verilən apelyasiya şikayətinin apelyasiya instansiyasında icraata qəbul edilməsi alimentin tutulmasına dair icraatının dayandırılması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi qərardad qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən apellyatorun ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq işə onun iştirakı olmadan baxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmənin qərardadı prosessual qanunvericiliyin tələblərinə və işin müəyyən edilmiş hallarına uyğun olduğuna görə şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-88/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirimədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-96/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-96/2021
02.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver