Məhkəmə qərarları › İş №8(103)-96/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-96/2022

31.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-96/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Borclu Bahadır qızının qətnamənin hissə-hissə icrasına icazə verilməsi məzmunlu ərizəsi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu Bahadır qızının qətnamənin hissə-hissə icrasına icazə verilməsi məzmunlu ərizəsi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (məhkəmə) 05 noyabr 2021-ci il tarixli qərardadı ilə təmin olunmamış, ərizəçinin həmin qərardaddan verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20.12.2021-ci il tarixli qərardadı ilə şikayət ərizəsi, qərardadlardan verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olmadığı əsas göstərilməklə qeyri-mümkün hesab edilmiş və iş birinci instansiya məhkəməsinə göndərilmiş, məhkəmənin 15.02.2022-ci il tarixli qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmışdır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 20.12.2021-ci il tarixli qərardadı ərizəçinin nümayəndəsinin elektron kabinetinə yerləşdirildikdən sonra – 30.12.2021-ci il tarixdə - o, qərardadda göstərilən çatışmazlıqları aradan qaldıraraq 05.11.2021-ci il tarixli qərardaddan yenidən şikayət vermiş, məhkəmənin 15.02.2022-ci il tarixli digər qərardadı ilə həmin şikayət də geri qaytarılmışdır. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, 05.11.2021-ci il tarixli qərardad Borclu nümayəndəsi (vəkili) tərəfindən 02.12.2021-ci il tarixdə rəsmi qaydada əldə edilmiş, ərizəçi ilk dəfə həmin qərardaddan 07.12.2021-ci il tarixdə vermiş, bu şikayətin qeyrimümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 20.12.2021-ci il tarixli qərardadı nümayəndəsinin elektron kabinetinə 21.12.2021-ci il tarixdə yerləşdirilmiş, 30.12.2021-ci il tarixdə o, növbəti dəfə şikayət vermiş, beləliklə də şikayət vermə müddətini 4 gün ötürmüş, lakin müddətin bərpasını xahiş etməmişdir. Ərizəçinin bu qərardaddan verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Yuxarıda qeyd olunduğu kimi, 05.11.2021-ci il tarixli qərardad Borclu nümayəndəsi (vəkili) tərəfindən 02.12.2021-ci il tarixdə rəsmi qaydada əldə edilmiş, onun ikinci dəfə verdiyi şikayət 30.12.2021-ci il tarixdə elektron sistemə yerləşdirilmiş, lakin müddətin bərpa edilməsi barədə müraciət olunmamışdır. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ərizəçi şikayətini prosessual müddət keçdikdən sonra verdiyi, habelə bu zaman müddətin bərpa olunması barədə ərizə təqdim etmədiyi üçün məhkəmə əsaslı olaraq şikayəti geri qaytarmışdır və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-301/2021 saylı iş üzrə 15 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar