Məhkəmə qərarları › İş №8(103)-97/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-97/2021

26.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-97/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Cahangir Yusifovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, tələbkarın vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, icra sənədi üzrə tələbkar Hüseynov Əbdülhцseyn Bayram oğlu tərəfindən verilmiş, Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarından şikayətə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Borclu Seyid-Həsən oğlunun şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İcra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ilə qərara alınıb ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən 2(103)-3763/2018 nömrəli iş üzrə verilmiş xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilsin. X1 həmin icra sənədi üzrə tələbkar, Borclu Seyid-Həsən oğlu isə borcludur. Tələbkar icra məmurunun qərarından məhkəməyə şikayət verərək xahiş edib ki, qərar ləğv edilsin, icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə qərara alınıb ki, şikayət təmin olunsun, icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Borclu məhkəmənin qərardadından şikayət verərək xahiş edib ki, qərardad ləğv edilsin. Borclunun şikayəti təmin edilə bilməz, lakin Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, tələbkarın icra məmurunun qərarından verdiyi şikayətin təmin edilməsi barədə yeni qərardad qəbul olunmalıdır. Belə ki, Binəqədi Rayon Məhkəməsi tələbkarın icra məmurunun qərarından verdiyi şikayətin təmin edilməsini qərara alsa da qərardadın nəticə hissəsində icra məmurunun qərarının ləğv edilməsini qərara almayıb. Bu, ziddiyyət yaradır və belə məzmunda qərardad Mülki-Prosessual Məcəllənin 264.0.6-cı maddəsinin tələbinə cavab vermir. Həmin maddəyə görə qərardadın nəticə hissəsində baxılan məsələ üzrə nəticə göstərilməlidir. Nəticə isə qəti və aydın olmalıdır. İcra məmurunun xx.xx.2019-cu il tarixli qərarı qanunsuzdur, həmin qərarın ləğv edilməsi qərara alınmalıdır. Belə ki, icra məmuru qərardadı onunla əsaslandırıb ki, icra sənədi tam icra olunub, ona görə də icra sənədi üzrə icraata xitam verilməlidir. Lakin icra sənədinin tam icra olunduğunu təsdiq edən sübut yoxdur. Əgər tam icra baş verməyibsə icra sənədi üzrə icraata bu əsasla xitam verilməsi “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinin tələbinə ziddir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Borclunun şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. Tələbkarın şikayəti təmin edilsin. Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3763/2018 nömrəli iş üzrə verdiyi xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərar ləğv edilsin və həmin icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar