Məhkəmə qərarları › İş №8(103)-98/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-98/2021

01.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-98/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1659/2013 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından tələbkar LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru A.N.Yəhyazadə təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “Mitsubishi Pajero minik” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Polo minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-190 minik” markalı, 90-EC- 054 dövlot qeydiyyat nişanlı və “Mitsubishi Chariot minik” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulması, daşınar Əmlaklar saxlanılaraq cərimə meydançasına qoyulması və banka olan borc vəsaitinin həmin əmlaklara yönəldilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-1659/2013 saylı, xx.xx.2013-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, müvafiq avtomaşınların üzərinə həbsin qoyulması, cərimə meydançasına yerləşdirilməsi və tələbin göstərilən əmlaklara yönəldilməsi qərara alınmışdır. İş üzrə Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 8(004)-1659/2013 saylı, xx.xx.2013-cü il tarixli qərardadı ilə “Mitsubishi Pajero minik” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, borcunu hissəhissə ödəyir. Qeyd olunan qərardadla “Mitsubishi Pajero” minik markalı, **-CX-*** nömrə qeydiyyat nişanlı avtomaşından əlavə olaraq üç nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Belə olduğu halda avtomobilin üzərinə həbs qoyulmasını qanunun pozulması hesab edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1659/2013 saylı, 12 yanvar 2021-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakt şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-1659/2013 saylı, 09,12.2013-cü il tarixli qərardadı dəyişdirilmiş, icra məmurunun təqdimatı qismən təmin edilmiş, Bakı. şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-1659/2013 saylı, xx.xx.2013-cü il tarixli qərardadı, Borclu məxsus “Volkswagen Polo minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-190 minik” markalı, **- EC-*** dövlət qeydiyyat nişanlı və “Mitsubishi Chariot minik” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması hissəsində dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 8(004)-273/2014 saylı, xx.xx.2013cü il tarixli qərardadı ilə, Borclu məxsus “Mitsubishi Pajero minik” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi və Yasarrıal rayon İcra və probasiya şöbəsi tərəfindən qoyulmuş bütün məhdudiyyətlərin aradan qaldırılması qərara alınmışdır. Həmin qərardaddan tələbkar LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun verdiyi şikayət isə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, üzərlərinə həbs qoyulduqdan ötən yeddi il müddətində həmin avtomobillər Yol polisi tərəfindən aşkar olunaraq saxlanılmamışdır. Buradan belə qənaətə gəlmək olur ki, nəqliyyat vasitələri istifadədə deyil və ya sıradan çıxmışdır. Eyni zamanda borclu icra sənədi üzrə öhdəliklərini icra etmək istəyirsə, adına olan daşınar əmlaklardan heç olmazsa birini bu günədək satılması üçün icra şöbəsinə təqdim edə bilərdi. Lakin göründüyü kimi etməmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə qərarını icra etməkdən yayınmış və bu günədək tələbkar “xxxx” ASC-nin qarşısında icra sənədi üzrə olan öhdəliklərini tam icra etməmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış icra icraatının tərəfləri məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilməklə iş məhkəmənin xx.xx.2013-cü il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi təqdimatı təmin etdiyi zaman mövqeyini onunla əsaslandırmışdır ki, icra vərəqəsi üzrə tələb olunan 3239,82 manat məbləğində borcun ödənilməsi üçün digər “Volkswagen Polo minik” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-190 minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı və “Mitsubishi Chariot minik” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin satılaraq qalıq borcun ödənilməsinə kifayət edir. Kollegiya qeyd edir ki, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir və bu tədbirin tətbiqinin mümkünlüyünə müvafiq əsasların mövcud olub-olmadığı, habelə, icra məmuru tərəfındən “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra sənədinin icrası məqsədilə icra hərəkətlərinin yerinə yetirilib-yetirilmədiyi və tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı prosedur qaydalarına əməl olunub-olunmadığı kontekstində qiymət verilməlidir. Bu mənada, bu tədbirin tətbiqi əsası, icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi ilə şərtləndirilmişdir (“İcra haqqında” Qanunun 43-cü və 44-cü maddələri). “İcra haqqında” Qanunun 50.2-ci maddəsinə əsasən isə, “borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış Kollegiya qeyd edir ki, şikayətə baxılması ilə bağlı məhkəmənin iclas protokollarından icra işinin tələb edilərək öyrənildiyi, ötən müddət ərzində hansı icra hərəkətlərinin aparıldığının yoxlanıldığı və borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi üçün prosessul və maddi hüquqi əsasların aydınlaşdırıldığı da görünmür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1659/2013 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə icra işi ilə bağlı zəruri halları araşdıraraq şikayətə qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1659/2013 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilərək iş həmin məhkəmənin xx xxxxxx 2013-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar