Məhkəmə qərarları › İş №8(103)-99/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-99/2021

03.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-99/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Tələbkar BOKT ASC-nin nümayəndəsi X2, X1 vəkili X5 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-506/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Tələbkar BOKT ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-932/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-506/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-932/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə X1 ərizəsi təmin edilmiş, həmin qətnamənin hissə-hissə, hər ay 20 000 manat ödənilməklə icra edilməsi qərara alınmışdır. Tələbkar BOKT ASC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-506/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-506/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə, Tələbkar” BOKT ASC-nin – Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 506/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından vermiş olduğu şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmışdır. Tələbkar BOKT ASC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-506/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayəti xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-506/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-506/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından verilmiş şikayətə baxılmasını xahiş etsə də, şikayətə buraxılmış müddətin üzürlü hesab edilməsinə dair ərizə əlavə edilmədiyindən Tələbkar BOKT ASC tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Tələbkar BOKT ASC Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-506/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-506/2020 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə göndərilmsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkarın nümayəndəsi X4 şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini, cavabdehin vəkili X7 isə şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-506/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, şikayətinə mümkünlük məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Tələbkar BOKT ASCnin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 506/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayəti xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur Tələbkar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-506/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından verilmiş şikayətə baxılmasını xahiş etsə də, şikayətə buraxılmış müddətin üzürlü hesab edilməsinə dair ərizə əlavə etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəsini qanuni hesab etmir və həmçinin qeyd edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-506/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qərardadı maddi və prosessual normaların pozulması ilə qəbul edildiyindən həmin qərardad ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 268.2-ci maddəsinə əsasən qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. İş materiallarında məhkəmənin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadının tələbkara rəsmi qaydada verilməsi barədə heç bir məlumat yoxdur və qərardadın bağlıdığı iclas tələbkarın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Belə olduğu halda tələbkar üçün xx xxxxxx 2020-ci il tarixli qərardaddan şikayət vermə müddətinin başladığı tarixi müəyyən etmək mümkünsüzdür. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin geri qaytarılması barədə Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından verilmiş şikayətə yenidən baxılarkən, tərəflərin iştirakını təmin etməklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələbləri əsasında yoxlanılmalı və qiymət verilməlidir. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi müəyyən edən 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-506/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, şikayətə yenidən baxılması üçün iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar BOKT ASC-nin şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-506/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-506/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərardadından Tələbkar BOKT ASC tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar