Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-1/2025 21.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X6 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, X1 icrada dönüş edilməsi və çıxarışın ləğv olunması tələbinə dair ərizə üzrə Gədəbəy Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 8(042)-81/2024 nömrəli qərardadından Maraqlı şəxs1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 ərizə ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli 2(042)-1643/2016 nömrəli qətnaməsi üzrə icraya dönüş edilməsi, məhkəmə qətnaməsi ilə ləğv olunmuş Gədəbəy rayon Notarat kontoru tərəfindən 03 sentyabr 2015-ci il tarixli reyestrdə 4Ə-168 nömrəli qeydə alınmış bağışlama müqavilsi əsasında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən Maraqlı şəxs1 adına aparılmış 12 sentyabr 2015-ci il tarixli, ********** qeydiyyat və **********38- 10301 reyster nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 8(042)-81/2024 nömrəli (hakim M.Kazımov) qərardadı ilə ərizəçi X5 ərizəsi təmin edilərək, Gədəbəy Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli, 2(042)-1643/2016 nömrəli qətnaməsi üzrə icraya dönüş edilməsi; Gədəbəy Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli 2(042)-1643/2016 nömrəli qətnaməsi ilə ləğv edilmiş Gədəbəy rayon Notarat kontoru tərəfindən 03 sentyabr 2015-ci il tarixli, reyestrdə 4Ə-168 nömrə ilə qeydə alınmış bağışlama müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən Maraqlı şəxs1 adına verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat və **********38-10301 reyster nömrəli çıxarışın ləğv edilməsi qərar alınmışdır. Qərardaddan narazı qalan Maraqlı şəxs1 şikayət vermiş və şikayəti onunla əsaslandırmışdır ki, çıxarışın ləğvinə icrada dönüş qaydasında baxıla bilməzdi. Gədəbəy Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tarixli 8(042)-81/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2024-cü il tarixli 8(104)-77/2024 nömrəli qərardadı ilə Gədəbəy Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 8(042)-81/2024 nömrəli qərardadından Maraqlı şəxs1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün işlə birlikdə Gədəbəy Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Maraqlı şəxs1 buraxılmış prosessual müddətin bərpası barədə ərizə, eləcədə qərardaddan şikayət vermişdir. Gədəbəy Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli 8(042)-81/2024 nömrəli qərardadı ilə ərizə təmin edilərək, X4 icraya dönüş edilməsi və çıxarışın ləğv edilməsi barədə ərizəsinə baxılması barədə iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 8(042)-81/2024 nömrəli qərardadından Maraqlı şəxs1 tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab edilərək bərpa olunması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kolelgiyasının 15 oktyabr 2024-cü il tarixli 8(104)-98/2024 nömrəli qərardadı ilə Gədəbəy Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 8(042)-81/2024 nömrəli qərardadından Maraqlı şəxs1 verdiyi şikayətə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından qəbul olunmaması; Gədəbəy Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 8(042)-81/2024 nömrəli qərardadından Maraqlı şəxs1 verdiyi şikayətə baxılması üçün iş Gədəbəy Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gədəbəy Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 8(042)-81/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs1 şikayəti əsassız hesab edilərək baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə gödərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kolelgiyasının 09 dekabr 2024-cü il tarixli 8(104)-115/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs1 tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlərr. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayəti təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, X12 və X3 rayonu Söyüdlü kəndində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 103 kv.m, yaşayış sahəsi 51,2 kv.m, yardımçı sahəsi 51,8 kv.m. olan 2 otaqlı, liter B tövlə 27,3 kv.m., liter İ ayaq yolu 1,4 kv.m., liter İİ hasar 4,9 kv.m., liter İİİ darvaza 1,6 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,31 ha həyətyanı torpaq sahəsini 03 sentyabr 2015-ci il tarixdə dən Maraqlı şəxs1 bağışlamış və müqavilə Gədəbəy rayon notariat kontorunda Reyestrdə 4Ə-168 nömrə ilə qeydə alınmışdır. Maraqlı şəxs1 adına 12 sentyabr 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli, 2(042)-1643/2016 nömrəli qətnaməsi ilə X12 və X8 Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,31 ha həyətyanı torpaq sahəsindən ibarət əmlak Maraqlı şəxs1 bağışlamasına dair Gədəbəy rayon notariat kontorunda 03 sentyabr 2015-ci il tarixdə, 4Ə-168 nömrə ilə qeydə alınmış bağışlama müqaviləsi ləğv edilmişdir. X11 02 avqust 2022-ci il tarixli vəsiyyətnamə əsasında bütün əmlakını qızı X7 vəsiyyət etmişdir. Vəsiyyət olunmuş əmlakın adına qeydə alınması üçün Məlahət Məmmədova 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsədə, lakin əmlakın adına qeydə alınmasından imtina edilmiş və əsas kimi qeyd olunmuşdur ki, Maraqlı şəxs1 adına 12 sentyabr 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməmişdir. Ona görədə X2 hazırki ərizə ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də ərizəni təmin etmişdir. Maraqlı şəxs1 həmin qərardaddan şikayət versədə, kollegiya hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyil. Belə ki, yuxarıda da qeyd olunduğu kimi əmlakın Maraqlı şəxs1 adına qeydə alınması üçün əsas olan bağışlama müqaviləsi Gədəbəy Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli, 2(042)-1643/2016 nömrəli qətnaməsi ilə ləğv edilmişdir. Belə olan təqdirdə sonuncunun adına olan qeydiyyat da ləğv edilməlidir. Məlahət Məmmədovanın hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə niyyəti də həmin qeydin ləğvinə yönəlmişdir. Çıxarışın ləğvinə icrada dönüş qaydasında deyil, başqa qaydada məhkəməyə müraciətin formasından asılı olmayaraq, artıq mübahisələndirilən qərardad 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən icra edilmiş və Maraqlı şəxs1 adına 12 sentyabr 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267-ci maddəsinə görə, məhkəmə tərəfindən ayrıca akt şəkilində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 398.0.1. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 8(042)-81/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 8(042)-81/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-1/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-1/2025
21.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver