Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-104/2024 14.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-466/2023 saylı qətnaməsinə izah verilməsinə dair Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(042)-62/2024 saylı qərardadından iş üzrə Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-466/2023 saylı qətnaməsinə əsasən, ilk iddia tələbinin təmin edilməsi, ilk iddia tələbi üzrə cavabdeh X1 Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, ********** qeydiyyat nömrəli, **********96-10301 reyestr nömrəli çıxarışa əsasən ilk iddia tələbi üzrə iddiaçı Tələbkar mülkiyyətində olan, 0.2769 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 145.70 kv.m fərdi yaşayış evindən istifadə hüququna 7000 (yeddi min) manat kompensasiya ödənilməklə xitam verilməsi, X1 Tələbkar məxsus evə və torpaq sahəsinə olan istifadə hüququna xitam verilməsi ona kompensasiyanın verilməsi ilə eyni vaxtda icra olunması, cavabdeh X1 iddiaçı Tələbkar qarşı “evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov məhkəməyə ərizə verərək, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-466/2023-007 nömrəli, xx.xx.2023-cu il tarixli qərarı ilə bağlı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Gədəbəy rayonu Arıqıran kəndində yerləşən evdən kompensasiya ödənilməklə borclu X4 uşaqları ilə birlikdə çıxarılıb-çıxarılmamasına aydınlıq gətirliməsinə izah verilməsini xahiş etmişdir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov təqdimatını onunla əsaslandırmışdır ki, iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 466/2023-007 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən ilk iddia tələbi üzrə cavabdeh X1 Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyai alınmış, ********** qeydiyyat nömrəli, **********96-10301 reyestr nömrəli çıxarışa əsasən ilk iddia tələbi üzrə iddiaçı Tələbkar mülkiyyətində olan, 0.2769 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 145.70 kv.m fərdi yaşayış evindən istifadə hüququna 7000 (yedd min) manat kompensasiya ödənilməklə xitam verilməli, X1 Tələbkar məxsus evə və torpaq sahəsinə olan istifadə hüququna xitam verilməsi ona kompensasiyanın verilməsi ilə eyni vaxtda icra olunmalıdır. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-466/2023-007 nömrəli, xx.xx.2023-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixli qərarla icraata başlanılmışdır. Gədəbəy rayon İcra və Probasiya şöbəsi tərəfindən iş üzrə borclu X3 tələbi könüllü icra etməsi üçün bildiriş verilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2024cü il tarixdə qeyd olunan ünvanda olunaraq tərəflərə icra vərəqəsi elan olunmuş və 7000 manat borcluya təqdim olunması bildirilsə də borclu məhkəmə qərarı ilə razlaşmamış və bildirmişdir ki həmin qərar üzrə uşaqlar qeyd olunan evdən çıxmalı deyil. Bu səbəbdən icra hərəkəti baş tutmamışdır Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(042)-62/2024 saylı qərardadı ilə (hakim M.Kazımov) ərizənin təmin edilməsi, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2(042)-466/2023 saylı qətnaməsinə, cavabdeh X2 Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyat alınmış, ********** qeydiyyat nömrəli, **********96-10301 reyestr nömrəli çıxarışa əsasən ilk iddia tələbi üzrə iddiaçı Tələbkar mülkiyyətində olan, 0.2769 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 145.70 kv.m fərdi yaşayış evindən istifadə hüququna 7000 (yeddi min) manat kompensasiya ödənilməklə xitam verilməsi anlayışına X2 xx.xx.2023-cü il tarixə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə istifadə hüququna xitam verilməsi kimi izah verilməsi qərara alınmışdır. Həmin qərardaddan iş üzrə borclu X4 şikayət verərək həmin qərardadın ləğv olunmasını və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, məhkəmə qeyd olunan qərardadı qəbul edərkən maddi və prosessual hüquq normalarını kobudluqla pozmuşdur. Belə ki, məhkəmə qətnaməyə izah verərkən zaman iddia tələbindən kənara çıxmışdır. Məhkəmənin izahında göstərmiş olduğu hallar iddianın predmeti olmamışdır. Məhkəmə öz qərardadında onun iki uşağının olmasını göstərmişdir. Əslində isə onun üç uşağı vardır: Ayşə, Gözəl, Uğur. O, mübahisəli evə tək deyil, 3 uşağı ilə birlikdə köçürülmüşdür. Məhkəmə işə baxanda Ayşənin 20 yaşı var idi. Gözəlin 18, Uğun 5 yaşı var idi. İş materiallarında həm evə köçmə qətnaməsi təqdim olunub. İş materiallarında həm evə köçmə qətnaməsi təqdim olunub. İlk iddiaçı mübahisə predmeti olan evdən yalnız onun çıxarılmağına dair iddia verib. Gədəbəy Rayon Məhkəməsi qətnaməyə izah verərkən əslində yeni bir tələbin təmin olunmasına dair qərar verib. Bununla da təkrar olaraq, ədalətsiz məhkəmə qərarı çıxarmışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(042)-62/2024 saylı qərardadı ilə, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-466/2023 saylı qətnaməsinə izah verilməsinə dair Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(042)-62/2024 saylı qərardadından iş üzrə Borclu şikayəti əsassız hesab edilərək, şikayət baxılması üçün 7 gün müddətində işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(104)- 71/2024 saylı qərardadına əsasən, Gədəbəy Rayon Məhkəməsinin 29 may 2024- cü il tarixli 8(042)-62/2024 nömrəli qərardadından borclu X4 tərəfindən verilmiş şikayətin qeyrimümkün hesab edilməsi, şikayətin geri qaytarılması üçün mülki işlə birlikdə Gədəbəy Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ərizəçi Borclu məhkəməyə ərizə verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(042)-62/2024 saylı qərardadından onun tərəfindən şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(042)-62/2024 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-466/2023 saylı qətnaməsinə izah verilməsinə dair Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(042)-62/2024 saylı qərardadından Borclu tərəfindən şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunması qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət təmin edilmədən, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(042)-62/2024 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdəki sənədlərlə müəyyən edilir ki, icra məmuru icra prosesinin gedişində ərizə ilə məhkəməyə müraciət edərək Gədəbəy Rayon Məhkəməsinin 2(042)-466/2023- 007 nömrəli, xx.xx.2023-cu il tarixli icra sənədinə izah verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən, qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Ərizənin təmin etmiş birinci instansiya məhkəməsi hesab etmişdir ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-71/2024 saylı qətnaməsinə əsasən, 10 noyabr 2005-ci il təvəllüdlü X5 və 09 iyun 2018-ci il təvəllüdlü X6 anaları X1 yanında saxlanılması qət edilmiş və uşaqlar faktiki olaraq da anası X1 himayəsində yaşamışdır. X1 Tələbkar məxsus evə və torpaq sahəsinə olan istifadə hüququna xitam verilməsi barədə xx.xx.2023-cü məhkəmə qətnaməsi qəbul edilən zaman uşaqların heç biri yetkinlik yaşına çatmamış və anaları X1 himayəsində olmuşdur. Ona görə də, məhkəmə hesab etmişdir ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-466/2023 saylı qətnaməsinə, cavabdeh X1 Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyat alınmış, ********** qeydiyyat nömrəli, **********96-10301 reyestr nömrəli çıxarışa əsasən ilk iddia tələbi üzrə iddiaçı Tələbkar mülkiyyətində olan, 0.2769 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 145.70 kv.m fərdi yaşayış evindən istifadə hüququna 7000 (yeddi min) manat kompensasiya ödənilməklə xitam verilməsi anlayışına X1 xx.xx.2023-cü il tarixə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə istifadə hüququna xitam verilməsi kimi izah verilməlidir. Məhkəmə kollegiyası da qeyd edir ki, qətnamənin izah edilməsi dedikdə həmin qətnamənin məzmununu dəyişdirmədən izah edilməsi anlaşılır. Qətnaməyə verilmiş izahda qətnamədə əks olunmamış hər hansı məsələ, o cümlədən məhkəmə baxışının predmeti olmayan məsələlər göstərilə bilməz, həmçinin məhkəmə iclasında iştirak etməmiş və cavabdehin hüquq varisi olmayan şəxsin üzərinə vəzifə qoyula bilməz. Hazırki halda isə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)- 466/2023 saylı qətnaməsinə əsasən ilk iddia tələbi üzrə cavabdeh X2 Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyat alınmış, ********** qeydiyyat nömrəli, **********96-10301 reyestr nömrəli çıxarışa əsasən ilk iddia tələbi üzrə iddiaçı Tələbkar mülkiyyətində olan, 0.2769 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 145.70 kv.m fərdi yaşayış evindən istifadə hüququna 7000 (yeddi min) manat kompensasiya ödənilməklə xitam verilməsi qət edilmiş, həmin vaxt X2 himayəsində yetkinlik yaşına çatmayan uşaqları olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq X2 himayəsində olan yetkinlik yaşına çatmayan uşaqlarla birlikdə istifadə hüququna xitam verilməsi kimi izah verməkdə haqlı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-466/2023 saylı qətnaməsinə izah verilməsinə dair Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(042)-62/2024 saylı və həmin qərardadla bağlı 08.07 2024-cü il tarixli qərardadını qanuni və əsaslı sayaraq şikayəti təmin etmir. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu şikayəti təmin edilmədən, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(042)-62/2024 saylı və həmin qərardadla bağlı 08.07 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-104/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-104/2024
14.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver