Məhkəmə qərarları › İş №8(104)-106/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-106/2023

25.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-106/2023 25.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Gədəbəy Rayon Məhkəməsinin 8 (042)-88/2023 saylı iş üzrə 09 iyun 2023-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-424/2022 saylı qətnaməsinə əsasən, 19 aprel 2015-ci il tarixdə doğulmuş X2 və 03 iyun 2016-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək X3 himayəsində saxlanılmaları və 03 iyun 2016-ci il tarixdə doğulmuş X7 cavabdeh Borclu alınaraq, X4 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarı ilə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-424/2022 saylı icra sənədinin icraatına xitam verilmişdir. İş üzrə X1 ərizə verərək, Maraqlı şəxs icra sənədinin icraatına xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini və icra işi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, məhkəmə qqətnaməsinin qəbul edilməsindən sonra cavabdeh Borclu ona barışmağı təklif etmiş və onlar barışmışlar. xx.xx.2022-ci il tarixdə Maraqlı şəxsnə gələrək icra işi üzrə icraata xitam verilməsi barədə ərizə vermiş və həmin tarixdən icra sənədinin icraatına xitam verilmişdir. Bundan sonra ailə münasibətləri yenidən pozulmuş və övladı X8 yenə də onun əlindən almışlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-88/2023 saylı qərardadı ilə Maraqlı şəxs Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)- 424/2022 saylı icra sənədinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından iş üzrə X1 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Həmin qərardaddan iş üzrə X1 şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 8 (042)-88/2023 saylı iş üzrə 23 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, hesab edir ki, şikayət qismən təmin olunmalı, Gədəbəy Rayon Məhkəməsinin 8 (042)-88/2023 saylı iş üzrə 06 iyun 2023-cü il tarixli qərardad tam və onunla bağlı 23 iyun 2023-cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcrа hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin qanunun 20.6-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, işin hallarına görə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin borclu tərəfindən icra edildiyi-yəni, 03 iyun 2016-ci il tarixdə doğulmuş X7 X4 verilməsi müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarının ləğv edilməməsi qüvvədə olan məhkəmə qətnaməsinin borclu tərəfindən icra edilməməsinə ravac verilməsi anlamına gələr. Ona görə də məhkəmə kollegiyası bu qənaətdədir ki, məhkəmə ərizəni təmin etməməkdə haqlı olmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 8 (042)-88/2023 saylı iş üzrə 09 iyun 2023-cü il tarixli qərardadı tam və onunla bağlı 23 iyun 2023-cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və icraata xitam verilməsi barədə Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İşə yenidən baxılan zaman qanuni qüvvədə olan məhkəmə qətnaməsinin mütləq icra edilməli olması məsələsi önə çəkilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 8 (042)-88/2023 saylı iş üzrə 09 iyun 2023-cü il tarixli qərardad tam və həmin qərardadla bağlı 23 iyun 2023-cü il tarixli qərardadı qismən-şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-424/2022 saylı icra sənədinin icraatına xitam verilməsi barədə Maraqlı şəxs xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə X1nın ərizəsinə yenidən baxılması üçün iş Gədəbəy Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar