Məhkəmə qərarları › İş №8(104)-107/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-107/2024

18.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-107/2024 18.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Qazax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(023)-101/2023 nömrəli qətnaməsinə izah verilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin ərizəsinə dair iş üzrə Qazax Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli 8(023)-68/2024 nömrəli qərardadından ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Qazax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X7 ilə X9 arasında Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin bağlandığı andan ləğv edilməsi, Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqısatqı müqaviləsi”nin nəticələri ləğv edilməsi, Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında cavabdeh X4 adına Qazax şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0.024 hektar torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməsi, cavabdeh X1 şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0.024 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, X2 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul tutularaq X5 verilməsi qət edilmişdir. Qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün aidiyyəti üzrə icra orqanına göndərilmiş və həmin orqan tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək zəruri icra hərəkətləri həyata keçirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin rəisi Ədalət Cabbarov xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(023)-101/2023 saylı icra sənədində ləğv edilməsi qeyd olunan ********** qeydiyyat nömrəli çıxarışın cavabdeh X8 aid olmamasına dair hissəsində izah verilməsi xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli 8(023)-68/2024 nömrəli qərardadı ilə (hakim Nemət Musayev) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin rəisi X11 Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(023)-101/2023 saylı icra sənədinə izah verilməsi barədə ərizəsinin təmin olunmaması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ididaçı X3 iddia tələbi onun özü ilə, X9 arasında Qazax rayon notariat ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı andan ləğv edilməsi, həmin müqavilənin nəticələrinin ləğv edilməsi, sözügedən müqavilə əsasında cavabdeh X4 adına Qazax şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0.024 hektar torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsindən ibarət olmuşdur. Lakin, məhkəmə qətnaməsinə əsasən cavabdeh X4 adına Qazax şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0.024 hektar torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması qət edilmiş, lakin araşdırma zamanı məlum olmuşdur ki, ********** qeydiyyat nömrəli çıxarış cavabdeh X6 aid deyildir. Sözügedən ********** qeydiyyat nömrəli çıxarış mübahisəyə aidiyyəti olmayan başqa şəxsin adına qeydiyyata alınmışdır. Məhkəmə hec bir əsas olmadan və iddia tələbindən kənara çıxaraq başqa şəxsin mülkiyyət hüququna dair çıxarışı ləğv etmişdir. Bununla bağlı izah istənilsə də, izah verilməmişdir. Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli 8(023)-68/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini mülki iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli 8(023)-68/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 18 oktyabr 2024-cü il tarixli 8(023)-68/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, ərizəyə yenidən baxılıb hüquqi qiymət verilməsi üçün iş Qazax Rayon Məhkəməsinə göndərilməlidir. MPM-nin qətnamənin və qərardadın izah edilməsinin hüquqi əsaslarını müəyyən edən 230.1-ci maddəsinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsində deyilir ki, qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. İzah verilməsi tələb olunan qətnamənin nəticə hissəsindən göründüyü kimi iddianın təmin edilməsi, X7 ilə X9 arasında Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin bağlandığı andan ləğv edilməsi, Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqısatqı müqaviləsi”nin nəticələrinin ləğv edilməsi, Qazax Rayon Notariat Ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında cavabdeh X4 adına Qazax şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0.024 hektar torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdeh X4 Qazax şəhəri, Əhməd Seyidov küçəsi 4, sahə 1B-də yerləşən 0.024 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, X2 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul tutularaq X5 verilməsi qət edilmişdir Qətnaməyə izah verilməsi barədə ərizəçinin başlıca tələbi isə ondan ibarətdir ki, məhkəmə qətnaməsi əsasında ləğv olunması qət edilmiş ********** qeydiyyat nömrəli çıxarış cavabdeh X6 aid deyildir, sözügedən ********** qeydiyyat nömrəli çıxarış mübahisəyə aidiyyəti olmayan başqa şəxsin adına qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ********** qeydiyyat nömrəli çıxarışın cavabdeh X4 adına qeydiyyata alınıb-alınmamasını araşdırmadan ərizənin təmin edilməməsi barədə nəticəyə gəlmişdir. Halbuki, məhkəmə qətnaməsi ilə ləğv olunması qət edilmiş ********** qeydiyyat nömrəli çıxarışın cavabdeh X4 adına deyil də, başqa şəxsin adına qeydiyyata alınması öz təsdiqini tapdığı təqdirdə, bu hal qətnaməyə izah verilməsi üçün qanuni əsas sayılır. Çünki, qətnaməyə izah verilməsi qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda onun icrası çətin və ya qeyri-mümkün olduqda yarana bilər. Belə hallarda, qətnamənin izah edilməsi zərurəti yaranır ki, bu da məhkəmə qətnaməsinin icrasında yaranan çətinliklərin aradan qaldırılmasının prosessual vasitəsidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 14-cü bəndində göstərilmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim, (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Göstərilən halları, qərardaddan verilən şikayətdəki tələbi, eyni zamanda müəyyən olunmalı halların birinci instansiya məhkəməsi tərəfindən araşdırılması zərurətini nəzərə alaraq və MPM-nin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və bu qərarda göstərilən qaydada qətnaməyə izah verilməsi məsələsinə yenidən baxılıb hüquqi qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-nin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ var. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-in 36, 263-264, 267, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Qazax Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli 8(023)-68/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 18 oktyabr 2024-cü il tarixli 8(023)-68/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. Ərizəyə yenidən baxılıb hüquqi qiymət verilməsi üçün iş Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar