Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-107/2025 01.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, X1 “icra sənədinin qaytarılması barədə qərarın ləğvi, icra sənədinin icraya yönəldilməsi” tələbinə dair Bərdə Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 8(021)-473/2024 saylı qərardadından icra sənədi üzrə Borclu tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon İcra və Probasiya Şöbəsinin 25 oktyabr 2023-cü il tarixli icra sənədinin geri qaytarılması barədə qərarın ləğv olunması, Bərdə Rayon Məhkəməsinin 2(021)-3693/2016 saylı, 29 iyul 2016-cı il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 8(021)-473/2024-002 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bərdə rayon İcra və Probasiya Şöbəsinin 25 oktyabr 2023-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarın ləğv olunması, Bərdə rayon məhkəməsinin 2(021)-3693/2016 saylı, 29 iyul 2016-cı il tarixli icra sənədi yenidən icraya yönəldilməsi qərara alınmışdır. Qərardaddan Borclu şikayət verərək, Bərdə rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(021)-473/2024 qərardadı ləğv edilməsini, əks təqdirdə işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 8(021)-473/2024 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 8(021)-473/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə Borclu tərəfindən verilmiş şikаyət prosessual formaya uyğun tərtib edilmədiyindən geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək, Bərdə Rayon Məhkəməsinin 8(021)- 473/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, Bərdə Rayon Məhkməsinin 8(021)-473/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından vermiş olduğu əvvəlki şikayətinin qəbul edilən hesab edilərək, 8(021)-473/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadın ləğvinə dair iş üzrə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, o, Bərdə Rayon Məhkəməsinin 8(021)- 473/2024 saylı xx.xx.2024-cü il qərardadı ilə aşağıdakı faktlara görə razılaşmır və həmin qərardadın ləğvini qanuni və əsaslı hesab edir. Belə ki, məhkəmə hazırda mübahisəlndirlən qərardadında qeyd edir ki, tərəfə Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət olunaraq və Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilərək şikayət vermək hüququ izah edilməlidir. Ancaq o, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(021)-473/2024 qərardadından şikayət vermişdir, qətnamədən deyil. Bərdə Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli 8(021)-473/2024 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 8(021)-473/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verilməsi üçün prosessual müddət bərpa edilərək, Bərdə Rayon Məhkəməsinin 8(021)-473/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin 361.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. Həmin Məcəllənin 361.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 8(021)-473/2024 saylı qərardadından icra sənədi üzrə Borclu tərəfindən şikayət verilmiş, birinci instansiya məhkəməsi də apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsində nəzərdə tutulmuş forma məzmununa uyğun olmaması əsası ilə şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki prosessual qanunvericilik apellyasiya şikayətinin qaytarılmasının hüquqi əsaslarını müəyyən etmişdir ki, həmin əsaslardan biri də apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir (MPM maddə 363.1.1-1). Hazırkı işdən görünür ki, Borclu tərəfindən verilmiş apellyasiya şikayəti MPM-nin 361 və 365-ci maddələrinin tələblərinə uyğun deyildir. Belə ki, apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, eləcə də apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Borclu tərəfindən verilmiş şikayətə nəzər saldıqda müəyyən olunur ki, şikayət MPM-ə 2 saylı əlavədə müəyyən edilmiş formada tərtib edilməmiş, eləcə də şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 357, 363, 398.0.1 və 402.2-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 8(021)-473/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qanuni qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-107/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-107/2025
01.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver