Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-11/2024 31.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi) Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 8(021)-616/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: Borclu qətnamənin hissə-hissə ödənilməsinə dair ərizə ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(104)-577/2021 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(021)-11/2020 saylı qətnaməsi ilə (hakim Məhərrəm Allahverdiyev) ilkin iddia tələbi qismən təmin edilmiş, Borclu, X11, X8, X4 və X1 müştərək qaydada 14477 ABŞ dolları əsas, 1930.31 ABŞ dolları faiz, 234.76 ABŞ dolları cərimə, cəmi 16642.07 ABŞ dolları məbləğində kredit borcunu iccra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda, ödənilmiş 31 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və ödənilmiş 21 manat xidmət haqqının tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, borcun ödənilməsinin ipoteka qoyulmuş, X2, X5, X3 və Borclu paylı mülkiyyətində olan, Bərdə rayonu, Bayramlı kəndində yerləşən 0.70 ha torpaq sahəsinə vəhəmin torpaq sahəsində yerləşən Borclu mülkiyyətində olan, 1782 kv.m ümumi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, Bərdə rayonu, Bayramlı kəndində yerləşən 0.70 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşə 178.5 kv.m ümumi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin açıq hərracda satılması və Bərdə rayonu, Bayramlı kəndində yerləşən 0.70 ha torpaq sahəsinin və həmin üzərində yerləşən 178.5 kv.m ümumi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, Bayramlı kəndində yerləşən 0.70 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşə 178.5 kv.m ümumi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin açıq hərracda satıldıqdan bir ay sonra ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar X2, X5, X3 və Borclu həmin yaşayış evi üzrəində istifadə hüquqlarını tirməklə evdən şıxarılmaları, ilkin iddia tələbinin qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2021-ci il tarixli, 2(104)- 577/2021 saylı (hakimlər - Rəşad Mamedov (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Azər Bayramovdan ibarət tərkibdə) qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. Qətnaməyə əsasən Bərdə Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(021)-11/2020 saylı qətnaməsi “ipoteka predmeti olan ərdi yaşayış evinin ilkin satış qiymətinin 20.000 (iyirmi min) manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 25.000 manat məbləğində müəyyən edilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra ərəqəsi verilmi və icra olunması üşün Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Daha sonra ona məxsus olan ev hərracda satılmadığından tələbkara təklif edilmiş və bankın mükiyyətinə keçmişdir. Sözügedən evdə beş nəfər, onlardan biri on aylıq olmaqla, ailə üzvüləri ilə birlikdə yaşayırlar, başqa yaşayış evləri yoxdur. 17.000 manat borcundan 9000 manatını iş icraya keçdikdən sonra ödəmişdir və hər ay 1000 manat ödəyir. Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 8(021)-616/2023 nömrəli qərardadı ilə (hakim Elsun Əhmədov), ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Borclu şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qanunsuzdur. Belə ki, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsi verilmiş və icra olunması üçün Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra mərhələsində ona məxsus olan ev hərracda satılmadığından tələbkara təklif edilmiş və Bankın mülkiyyətinə keçmişdir. Bildirir ki, sözügedən evdə beş nəfər, onlardan biri 10 aylıq olmalqa, ailə üzvləri ilə birlikdə yaşayırlar. Başqa yaşayış evləri yoxdur. Əlavə edir ki, 17.000 manat borcundan 9.000 manatını iş icraya keçdikdən sonra ödəmiş və hər ay 1.000 manat ödəməkdə davam edir. Soyuq qış fəslində evdən çıxarılarıqsa bu onların ailələrinin məhvinə səbəb olacaq. Başqa yaşayacaq evləri yoxdur. Cəmi 6 ay icra səndinə möhlət verilərsə, borclarını demək olar ki, bağlayarlar. Bərdə Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 8(021)-616/2023 nömrəli qərardadı ilə, şikayətin təmin olunmaması, şikayətin baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 8(021)-616/2023 nömrəli qərardadı və onun əsasında çıxarılmış Bərdə Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 8(021)-616/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Ərizənin hüquqi həlli ilə bağlı kollegiya göstərir ki, borclunun tələbinin əsasını təşkil edən «İcra haqqında» Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının MPM-in 231.1-ci maddəsində yazılmışdır ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, baxılan işin həlli üçün digər əlaqəli hüquq normaları da nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. “İcra haqqında” Qanunun 12-ci maddəsinin tələbinə görə Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Eyni zamanda, qanunverici məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, «İcra haqqında» Qanunun yuxarıda göstərilən 15-ci maddəsində məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsini də nəzərdə tutmuşdur. Lakin, qətnamənin icrasına möhlət verilməsi barədə ərizə həll olunarkən, bəzi şərtlərə əməl olunması vacibdir. İlk növbədə nəzərə alınmalıdır ki, borclunun tələbi, məhkəmə qətnaməsinin icra olunması tədbirləri ilə bağlı olmaqla yanaşı, tələbkarın Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində və «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyada təminat verilən ədalətli məhkəmə araşdırması hüququnun həyata keçirilməsi ilə sıx əlaqəsi vardır və məhkəmə qaydasında mübahisələndirilən hallara aiddir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə görə hər bir şəxsin ədalətli məhkəmə araşdırması hüququ nəzərdə tutulmuşdur. Konvensiyanın 13-cü maddəsində deyilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinin şərh edilməsinə dair» 4 iyul 2014-cü il tarixli qərarında da göstərilmişdir ki, ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri məhkəmə aktlarının icrası ilə bağlıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ təkcə işə baxılıb yekun qərarın çıxarılması mərhələsini deyil, həm də yekun qərarın icrası başa çatanadək olan dövrü əhatə edir. Yəni şəxsin hüquqlarının bərpa edilməsi haqqında qərarın çıxarılması hələ özlüyündə səmərəli məhkəmə müdafiəsi demək deyildir. İş üzrə sadəcə məhkəmə qərarının çıxarılması və bu qərarın icra olunmaması pozulmuş hüququn xəyali müdafiəsi olardı. Bu mənada şəxsin səmərəli məhkəmə müdafiəsi hüququ onun işinə ədalətli baxılması ilə yanaşı, çıxarılan qərarın da vaxtında icra olunmasını ehtiva edir. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Avropa Məhkəməsi Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərarında isə göstərmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Qeyd olunanlara əsasən qətnamənin icrasına möhlət verilməsi barədə ərizə həll olunarkən, nəzərə alınmalıdır ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə qərarın çıxarılması müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə bu qəbildən olan işlərə baxarkən hər bir konkret halda Konstitusiyanın 60cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə qərarın çıxarılması müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentinə görə hər hansı əmlak tələbi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı tələbkara məxsus mülkiyyət hüququna aid edilir və həmin qərarın icra olunmaması ədalətli məhkəmə araşdırması hüququ ilə yanaşı həm də mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir (bax: Fuklev Ukraynaya qarşı, Tarverdiyev Azərbaycana qarşı, Burdov Rusiyaya qarşı, Proda Moldaviyaya qarşı və s. işlər üzrə qərarlar). Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 2.1-ci maddəsinə görə mülki mühakimə icraatının vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikasının MPM-in 3-cü maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunan hüquqi prinsiplərə görə, hüququn müdafiəsinin səmərəliliyi üçün sözügedən məhkəmə qərarının qanunla müəyyən olunmuş müddətdə, yaxud ləngiməsinə haqq qazandıran vəziyyətdən asılı olaraq ağlabatan müddətdə icrası təmin olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan hüquqi əsaslar baxımından borcluların ərizəsini təhlil edərək ilk növbədə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi barədə tələb irəli sürmək borclunun qanundan irəli gələn hüququdur. Lakin, borclunun bu tələbi qeyd olunan hüquqi prinsiplər əsasında həll olunmalıdır. Belə ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-11/2020 saylı qətnaməsi ilə, ilkin iddia tələbi qismən təmin edilmiş, Borclu, X11, X8, X4 və X1 müştərək qaydada 14477 ABŞ dolları əsas, 1930,31 ABŞ dolları faiz, 234,76 ABŞ dolları cərimə, cəmi 16642,07 ABŞ dolları məbləğində kredit borcunun icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda, ödənilmiş 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumları və ödənilmiş 21 manat xidmət haqqının tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borcun ödənilməsinin ipoteka qoyulmuş, X2, X5, X3 və Borclu paylı mülkiyyətində olan, Bərdə rayonu Bayramlı kəndində yerləşən 0.70 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, Borclu mülkiyyətində olan, 178.5 kv.m ümumi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, Bərdə rayonu Bayramlı kəndində yerləşən 0,70 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 178.5 kv.m ümumi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi açıq hərracda satılması, Bərdə rayonu Bayramlı kəndində yerləşən 0,70 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən 178.5 kv.m ümumi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, Bərdə rayonu Bayramlı kəndində yerləşən 0,70 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən 178.5 kv.m ümumi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin ilkin bazar qiymətinin 20 000 manat müəyyən edilməsi, Bərdə rayonu Bayramlı kəndində yerləşən 0,70 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 178.5 kv.m ümumi sahədən ibarət, 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin açıq hərracda satıldıqdan bir ay sonra ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar X6, X9, X7 və Borclu həmin yaşayış evi üzərində istifadə hüquqları itirilməklə evdən çıxarılmaları, ilkin iddia tələbinin qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-577/2021 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-11/2020 saylı qətnaməsi «ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 20.000 (iyirimi min) manat məbləğində müəyyən edilməsi» hissəsində dəyişdirilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 25.000 manat məbləğdə müəyyən edilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göründüyü kimi, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lakin, hazırki vaxta kimi qətnamə icra edilməmişdir. Hazırda isə borclu ona qətnamənin icrası üçün möhlət verilməsini xahiş edir. Kollegiya hesab edir ki, qətnamə çıxarılmasından uzun müddət keçməsinə baxmayaraq icra edilməməsi və aradan xeyli müddət keçdikdən sonra belə bir ərizənin verilməsi onların qətnamənin icrasından yayınmağa səy göstərmələrinə dəlalət edir. Bu isə özlüyündə qətnamənin icrasının tələbkar üçün əhəmiyyətsiz olmasına, habelə tələbkarın mənafeyinə zidd olmağa gətirib çıxaracaqdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə ərizənin təmin edilməsi tələbkarın mənafeyinə ziddir. Borclunun gətirdiyi arqumentlər isə ərizənin təmin edilməsinə əsas vermir. Odur ki, birinci instansiya məhkəməsi borclunun ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Həmin qərar, həm işin hallarına, həm də yuxarıda göstərilən hüquqi prinsiplərə uyğundur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin tez müddətdə icra edilməməsi və ya uzun müddət icra edilməməsi məhkəmə qətnaməsini xəyali bir kağız parçasına çevirmiş olur ki, bu da yolverilməzdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli bu iş üzrə Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 8(021)-616/2023 nömrəli qərardadı və onun əsasında çıxarılmış Bərdə Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 8(021)-616/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya kollegiyası 1-ci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPMin 263, 264, 397, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 8(021)-616/2023 nömrəli qərardadı və onun əsasında çıxarılmış Bərdə Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 8(021)-616/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-11/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-11/2024
31.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver