Məhkəmə qərarları › İş №8(104)-111/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-111/2024

04.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-111/2024 04.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi Muradov Rəhman Şaban oğlu və X3 ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-465/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: X2 ərizə ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmurunun 01 iyul 2024-cü il tarixli, 128970/06 saylı qərarının ləğv edilməsini, Bərdə Rayon Məhkəməsinin 2(021)-1619/2022 saylı 01 noyabr 2022-ci il tarixli qətnaməsinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-465/2024 nömrəli qərardadı ilə (hakim Fərman Abdullayev), şikayətin təmin edilməsi, Bərdə rayon İcra və probasiya şöbəsinin 01 iyul 2024-cü il tarixli, 128970/06 saylı “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsi, Bərdə Rayon Məhkəməsinin 2(021)-1619/2022 saylı 01 noyabr 2022-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan Borclu şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, Bərdə rayon icra və probasiya şöbəsinin 2(021) 1619 saylı qətnaməni icra edilə bilməməsi ilə bağlı xx.xx.2024 cü il tarixdə icra məmuru qətnaməni məhkəməyə qaytarmışdır. Lakin, X2 Bərdərayon məhkəməsinə ərizə vermiş hakim Fərman Abdullayev isə xx.xx.2024 cü il tarixdə 8(021)-465 saylı qərardad qəbul edərək işin yenidən icraya yönəldilməsini qərara almışdır. Halbuki, dəfələrlə icra məmurları uşağın verilməsinə cəht etmişdir və bu mümkün olmamışdır. Belə ki, o özü də uşağın kimin yanında öz istəyi ilə qalmasına şərait yaratsa da bunları uşaqlar etməmişdir, yəni uşaqlar analarını istəmirlər. Bu uşaqları məcburi versə belə yenə də orda oturmayıb onun yanına qayıdacaqlar. İşə baxan hakim icra vaxtı çəkilən videolara diqqət yetirməmiş məqsədyönlü azyaşlı uşaqlarının marağına və istəyinə zidd qərardad qəbul etmişdir. Həmin qərardadı əsassız və qeyri obyektiv hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmənin hazırki iş üzrə çıxardığı qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-465/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə əsasən işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-465/2024 Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-465/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə göstərir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş məhkəmə əmrləri bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində hökmən icra olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi və Azərbaycan Respublikasının MPM-in 15.1-ci maddəsi). Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İş materialları ilə müəyyən edilir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1619/2022 saylı 01 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən Borclu ilə X5 arasında 04 dekabr 2007-ci ildə Bərdə rayonu, Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 08 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, ilk iddianın qalan hissədə təmin olunmaması, qarşılıqlı iddianın təmin edilməsi, tərəflərin birgə nikahlarından doğulmuş 28 iyul 2013-cü il təvəllüdllü X10 və 21 yanvar 2010-cu il təvəllüdlü X1 Turab Məhəmmədəli oğlundan alınaraq anaları X6 verilməsi və X4 himayəsində saxlanılmaları qərara alınmışdır. Həmin qətnaməyə əsasən verilmiş icra vərəqəsi icra edilməsi üçün Bərdə rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir. Lakin Bərdə rayonu İcra və Probasiya Şöbəsinin 01 iyul 2024-cü il tarixli, 128970/06 saylı icra sənədinin qaytarılması haqqında qərarı ilə məhkəməyə qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun icra sənədinin geri qaytarılması əsaslarından bəhs edən 23.1-ci maddəsində göstərilmişdir ki, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Məhkəmə kollegiyası göstərir ki, qətnamə qanuni qüvvəyə minməklə icraya yönəldildiyindən, icra məmuru tərəfindən icraata başlama qərar qəbul edildiyindən, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən, icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilmədən əsassız olaraq icra vərəqəsi geri qaytarılmışdır. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarına görə Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” xx.xx.1997-ci il tarixli qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəmə baxışına hüquq xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qaşı” xx.xx.2002-ci il tarixli qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma Konvensiyasnın 6-cı maddəsində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Sadalanan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin borclunun şikayəti üzrə etdiyi hərəkətlər qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd olunanlara görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1.-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 231, 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-465/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar