Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-115/2023 05.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı X4 vəkili X1, Maraqlı şəxs-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, Qazax Rayon Məhkəməsinin 8(023)-40/2023 saylı iş üzrə 18 may 2023-cü il tarixli qərardadından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: Qazax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Qazax rayonunun Qarapapaq kəndində 0.12 ha həyətyanı torpaq sahəsində yerləşən 136.1 kv.m və 79.2 kv.m yaşayış sahəsindən ibarət olan hər iki ev bölünməsi 79.2 kv.m ümumi sahəsi olan evin altında yerləşən torpaq sahəsi ilə birlikdə ayrılaraq X2 mülkiyyətinə verilməsi və X9, X6 və X5 məxsus evlərə ayrıca giriş çıxış yolunun açılması qət edilmişdir. X9 04 may 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 2(023)-41/2020 saylı qətnaməsi ilə cavabdehə verilmiş 79.2 kv.m ümumi sahəsi olan evin və onun altında yerləşən torpaq sahəsi çıxıldıqdan sonra onun payına neçə kv.m torpaq sahəsinin düşməsini rəqəmlə ifadə edilməklə və sözügedən qətnamənin icrasının hansı quruma aid olması barədə qətnaməyə izah edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 8(023)-40/2023 saylı iş üzrə 18 may 2023-cü il tarixli qərardadına əsasən iddiaçılar X9 və X3 cavabdeh X5 qarşı evlərin naturada bölünərək payların ayrılması və ayrıca giriş-çıxış yolunun açılması tələbi barədə mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli 2(023)-41/2020 saylı qətnaməsində Qazax rayonunun Qarapapaq kəndində 0.12 ha həyətyanı torpaq sahəsində yerləşən 136.1 kv.m və 79.2 kv.m yaşayış sahəsindən ibarət olan hər iki ev bölünməsi, 79.2 kv.m ümumi sahəsi olan evin altında yerləşən torpaq sahəsi ilə birlikdə ayrılaraq X2 mülkiyyətinə verilmsi, X9, X6 və X5 məxsus evlərə ayrıca giriş çıxış yolu açılması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2019-cu il tarixli 6994 saylı rəyinə əlavə edilmiş sxemə uyğun olaraq bölünməsi və həmin qətnamənin birgə icrasının Qazax rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Ərazi İdarəsinə həvalə edilməsi barədə izah verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi həmin qərardaddan şikayət verərək, Qazax Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli 8(023)-40/2023 nömrəli qərardadının ləğv edilməsini, əks halda sonrakı prosessual hərəkətləri yerinə yetirməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən onları işə cəlb etməmiş, həmçinin, daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyətdə olan torpaq sahəsinin və onun üzərində yerləşən yaşayış evinin naturada ayrılması ilə bağlı hər hansı öhdəliklər qoymamışdır. Qazax Rayon Məhkəməsinin 8(023)-40/2023 saylı iş üzrə 03 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X10 şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X4 vəkili X7 şikayətə etirazını bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, məruzəçini və işdə iştirak edən şəxsləri dinləyib, şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli, Qazax Rayon Məhkəməsinin 8(023)-40/2023 saylı iş üzrə 18 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi şikayətində həmin qətnamə qəbul edilərkən onların işə cəlb edilmədiyini bildirmiş və hazırki qərardadın ləğv edilməsini xahiş etmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi-daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Baxılan işdə isə mübahisə daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanı ilə fiziki şəxslər arasında olan mübahisə olmamaqla yalnız fiziki şəxslər arasında olan mübahisədir və məhkəmə kollegiyası hesab edir ki, bu mübahisə ilə bağlı qəbul edilən məhkəmə aktı daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanının heç bir marağına toxunmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 230.1 və 230.3-cü maddələrinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Göründüyü kimi, sözügedən qətnamə 30 noyabr 2021-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Hazırki işdə də qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməyə izah verməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Qazax Rayon Məhkəməsinin 8(023)- 40/2023 saylı iş üzrə 18 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 264, 396, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 8(023)-40/2023 saylı iş üzrə 18 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı gündən qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(104)-115/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-115/2023
05.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver