Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-14/2025 04.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Qətnamənin izah olunması tələbinə dair Şəmkir Rayon Məhkəməsinin 8(076)- 375/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından cavabdehlərin qanuni nümayəndəsi X4 nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayətə, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1295/2023 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı payların naturada bölünüb ayrılması və torpaq sahəsindən çıxarılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilərək, ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il tarixli, **********01–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0.32 ha həyətyanı torpaq sahəsindən iddiaçı X1 payı həmin torpaq sahəsinin cənubi qərbindən şimali qərbə, oradan yerin şimalına və şimaldan şimali şərqə və cənuba doğru hissəsindən natura halında bölünərək ümumi paylı mülkiyyətdən ayrılması, iddiaçı X2 təhvil verilməsi və cavabdehlərin həmin hissədən çıxarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanuni nümayəndəsi X4 nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamənin izah edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi boş ərazi deyildir. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi və qeyri-yaşayış binaları mövcuddur. Həmin fərdi yaşayış evi və qeyri-yaşayış binaları cavabdehlərin mülkiyyətində və digər ailə üzvlərinin istifadəsindədir. Evdə ailə olaraq çoxlu sayda adamlar yaşayır. Lakin məhkəmə qətnaməsində evlə bağlı mübahisə predmeti olmamış, orada yaşayan şəxslərin həmin evlə bağlı hüquqları aydınlaşdırılmamışdır. Bu səbəbdən hesab edir ki, mübahisəli torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi və yardımçı tikililərlə bağlı məhkəmədə iddia tələbinin olub-olmaması, cavabdehlərin həmin evdən çıxarılmasına dair qərar qəbul edilibedilməməsi, həyətyanı torpaq sahəsindən çıxarılma dedikdə həmin torpaq sahəsinin üzərində yerləşən evdən və yardımçı tikililərdən də, çıxarılma halının olub-olmaması müəyyənləşdirilməlidir. Odur ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1295/2023 saylı qətnaməsinin izah edilməsini məhkəmədən xahiş etmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(076)-375/2024 saylı qəraradadı ilə (hakim Taleh Musayev) ərizənin təmin edilməməsi, iddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı payların naturada bölünüb ayrılması və torpaq sahəsindən çıxarılaraq təhvil verilməsi tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1295/2023 saylı qətnaməsinin izah edilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanuni nümayəndəsi X4 nümayəndəsi Nümayəndə şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli 8(076)-375/2024 saylı qərardadının ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 şikayətçi X5, Cavabdeh1 və Cavabdeh2 qanuni nümayəndəsidir. Qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Onlar Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1295/2023 saylı qətnaməsinin izah edilməsinə dair ərizə vermişlər. Həmin ərizə Şəmkir Rayon Məhkəməsinin 04 iyul 2024-cü tarixli, 8(076)-375/2024 saylı qərardadı ilə təmin edilməmişdir. Bu qərardadla iddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı payların naturada bölünüb ayrılması və torpaq sahəsindən çıxarılaraq təhvil verilməsi tələbinə dair iddiası üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1295/2023 saylı qətnaməsinin izah edilməsindən imtina edilmişdir. Məhkəmənin bu qərardadı ilə narazıdır. Belə ki, Şəmkir Rayon Məhkəməsininxx.xx.2023-cü il tarixli 2(076)-1295/2023 saylı qətnaməsi ilə iddiaçı HacıyevZabit Əmirxan oğlunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı payların naturada bölünüb ayrılması və torpaq sahəsindənçıxarılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilərək, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli, **********01-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında ünvan 1 ünvanında yerləşən 0.32 ha həyətyanı torpaq sahəsindən 0.16 ha hissəsi iddiaçı HacıyevZabit Əmirxan oğluna təhvil verilməsi qət edilmişdir. Qeyd edir ki, mübahisəli torpaq sahəsi boş ərazi deyildir. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi və qeyri-yaşayış binaları mövcuddur. Həmin fərdi yaşayış evi və qeyri-yaşayış binaları onların və ailə üzvlərinin istifadəsində, eyni zamanda yetkinlik yaşına çatmamış Oktay və Muxtarın mülkiyyətindədir. Məhkəmə qətnaməsində evlə bağlı mübahisə predmeti olmamış, onların və ailə üzvlərinin həmin evlə bağlı hüquqları aydınlaşdırılmamışdır. Belə ki, həyətyanı torpaq sahəsindən çıxarılma dedikdə həmin torpaq sahəsinin üzərində yerləşən evdən və yardımçı tikililərdəndəmi çıxarılma nəzərdə tutulur? Odur ki, məhkəmə qətnaməsinin izahına ehtiyac vardır. Məhkəmə isə ərizəni əsassız hesab edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1295/2023 saylı qətnaməsinin izahından imtina etmişdir. Qeyd olunan qərardaddan narazıdır və ləğv olunmasını istəyir. Qəbul olunmuş qərardadı qanunsuz, formal və əsassız hesab edir. Buna görə də, qeyd olunan qərardadın ləğv olunmasını və qəbul olunmuş məhkəmə qətnaməsinə izah verilməsini istəyir. Şikayəti ilə bağlı məhkəmə qərardadı Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş və həmin qərardad ləğv olunaraq, Şəmkir rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadla şikayəti geri qaytarılmasına dair qərar vermişdir. Əsas olaraq göstərmişdir ki, qeyd olunan qətnamədən şikayət vəkil Nümayəndə tərəfindən verilmişdir. Lakin şikayətə vəkil orderi əlavə edilməmişdir. Hesab edir ki, məhkəmənin bu nəticəyə gəlib şikayi geri qaytarması düzgün deyildir. Belə ki, vəkil Nümayəndə izah verilməsi xahiş olunan qətnamədə həm vəkil, həm də nümayəndə olduğu üçün qeyd olunan qətnamədən də şikayət vermək hüququ olmuşdur. Buna görə də, qeyd olunanları nəzərə alıb, təqdim etdiyi şikayətə mahiyyəti üzrə baxıb, nəticə verilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 8(076)-375/2024 nömrəli, 09 yanvar 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdehlərin qanuni nümayəndəsi X4 nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, şikayətlərini müdafiə etdiklərini və işə onların iştirakı ilə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə şifahi icraat qaydada baxılmasına zərurət görməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 8(076)-375/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1, 230.2 və 230.3-cü maddəsinə görə, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tələbin aydın olmasına və qətnamədə heç bir şübhə və anlaşılmamazlıq olmamasına baxmayaraq, borcluların nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin izah olunmasını tələb etmişdir. Halbuki, qətnamədə izah verilə biləcək hal müəyyən olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1295/2023 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı payların naturada bölünüb ayrılması və torpaq sahəsindən çıxarılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilərək, ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il tarixli, **********01–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0.32 ha həyətyanı torpaq sahəsindən iddiaçı X1 payı həmin torpaq sahəsinin cənubi qərbindən şimali qərbə, oradan yerin şimalına və şimaldan şimali şərqə və cənuba doğru hissəsindən natura halında bölünərək ümumi paylı mülkiyyətdən ayrılması, iddiaçı X2 təhvil verilməsi və cavabdehlərin həmin hissədən çıxarılması qət edilmişdir. Göründüyü kimi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 1295/2023 saylı qətnaməsi tam aydın şəkildə yazılmış və heç bir izaha zərurət yaranmamışdır. Cavabdeh izah verilməsi barədə ərizədə də, iddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı payların naturada bölünüb ayrılması və torpaq sahəsindən çıxarılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə mübahisəli torpaq sahəsinin üzərində yerləşən evdən və qeyri-yaşayış sahəsindən çıxarılma ilə bağlı tələb olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, qanunvericiliyin tələblərinə uyğundur və qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 8(076)-375/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin 8(076)-375/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından cavabdehlərin qanuni nümayəndəsi X4 nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 8(076)-375/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-14/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-14/2025
04.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver