Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-143/2025 23.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, “İcra sənədinin qaytarılması haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli, 2(076)-306/2015 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkar X3 tərəfindən verilmiş ərizəsinin təmin edilməsi barədə Şəmkir Rayon Məhkəməsinin 07 mart 2025-ci tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-306/2015 saylı icra sənədinə əsasən, Borclu 56000 ABŞ dolları məbləğində pul, ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə 1000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq X1 ödənilməsi qət edilmişdir. Bu barədə qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Şəmkir Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 xx.xx.2022-ci il tarixli qərarı ilə həmin icra sənədi Şəmkir Rayon Məhkəməsinə qaytarılmışdır. Həmin icra sənədi üzrə tələbkar X3 ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-306/2015 saylı qətnaməsinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 8(076)-156/2025 saylı qərardadı ilə (hakim N.Heydərova) ərizənin təmin edilməsi, “İcra sənədinin qaytarılması haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-306/2015 saylı icra sənədinin icra edilməsi üçün təkrar icraya yönəldilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 8(076)-156/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Səmkir Ravon Məhkəməsinin 8(076)-156/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı qəbul edilərkən Mülki Prosessual Məcəlləsinin tələblərinə düzgün riayət edilməmis və kobud qanun pozuntusuna yol verilmisdir. Belə ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(076)~306/2015 saylı qətnaməsinə əsasən ondan cəmi 56000 ABŞ dolları və 1030 manat pulun alınaraq X1 ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə yaranmış borcu maddi imkanı olmadığı üçün ödəyə bilmədiyinə görə Şəmkir Rayon Məhkəməsinin 3(076)-279/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra isə Şəmkir Rayon Məlıkəməsinin 1(076)-87/2027 saylı hökmü ilə göstərilən icra sənədi üzrə tələbi təmin edə bilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azadlıqdan məhrumetmə ilə bağlı cəzasını çəkdikdən sonra təkrar olaraq Şəmkir Rayon Məhkəməsinin 3(076)-712/2021 saylı xx.xx.2021-cı ii tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Barəsində görülmüş icra tədbirləri nəticəsində tələbin təmin edilməsi mümkün olmadığı üçün qeyd olunan icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən Şəmkir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəmkir rayon Məhkəməsinə geri qaytarılmışdır. Şəmkir rayon Məhkəməsi tərəfindən 8(076)- 156/2025 saylı xx.xx.2025-ci il tarixli qərardad qəbul edilərək göstərilən icra sənədinin borclunun ərizəsinə əsasən geri qaytarıldığı əsas gətirilmiş və icra sənədi üzrə qərar yenidən icra şöbəsinə qaytarılmışdır. Halbuki, qeyd olunan icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-cü maddəsinə əsasən deyil 23.1.3-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Hesab edir ki, Şəmkir rayon Məhkəməsinin 8(076)-156/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı əsassız olaraq qəbul edildiyi üçün ləğv edilməlidir. Şəmkir Rayon Məhkəməsinin 26 iyun 2025-ci il tarixli, 8(076)-156/2025 saylı qərardadı ilə Borclu tərəfindən Şəmkir Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 8(076)-156/2025 saylı qərardadının ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməməsi, qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası verilmiş şikayət əsasında iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilmədən, Şəmkir Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 8(076)-156/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədləri hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 23.1.2-ci maddəsinə əsasən borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; - həmin Qanunun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu habelə qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Digər bir qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). İcra məmurunun qərarından görünür ki, icra sənədinin icra edilməyən sənəd kimi məhkəməyə qaytarılması üçün əsas kimi borclunun tələbin yönəldilə biləcəyi əmlakının müəyyən edilməməsinə, habelə icra sənədini icra etməkdən boyun qaçırdığına görə onun inzibati qaydada məsuliyyətə, daha sonra isə cinayət məsuliyyətinə cəlb edilməsi ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, borclunun icra sənədini icra etməkdən yayınmağa görə inzibati və cinayət məsuliyyətinə cəlb olunması onu icra sənədini icra etmək vəzifəsindən azad etmir. Kollegiya həm də nəzərə alır ki, borclu məhkəmənin müvafiq qərarı ilə əvvəlcə inzibati məsuliyyətə, daha sonra isə cinayət məsuliyyətinə cəlb olunmuşdur ona görə ki, borclu icra sənədini icra etməkdən qəsdən boyun qaçırır. Bu isə borclunun icra sənədini əmlakı olmadığına görə icra etməməsini ehtiva etmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilmədən, Şəmkir Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 8(076)-156/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 264, 396, 398.0.3, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 8(076)-156/2025 saylı qərardadıdəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №8(104)-143/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-143/2025
23.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver