Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-144/2025 08.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Tələbkar Şəmkir rayon icra və probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 04 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayətinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli 8(076)-293/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 2(076)-2899/2023 nömrəli qətnaməsinə əsasən, ünvan 1ahəsinin ölçmə işlərinin aparılmasına dair cavabdeh Borclu tərəfindən yaradılan manelərin aradan qaldırılması qət edilmişdir. Qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün aidiyyəti icra orqanına göndərilmiş və icra orqanı tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək müvafiq icra hərəkətləri həyata keçirilmişdir. Şəmkir rayon icra və probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 04 mart 2025-ci il tarixli qərarı ilə icra sənədində qeyd edilən tələbin tam təşkildə icra edildiyi əsası ilə icra sənədinin icraatına xitam verilmişdir. Tələbkar şikayətlə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayon icra və probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 04 mart 2025-ci il tarixli qərarının ləğv edilməsini və Şəmkir Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 2(076)-2899/2023 saylı qətnaməsinin icraya yönəldilməsini xahiş etmişdir. Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 2(076)-2899/2023 nömrəli qətnaməsi ilə ünvan 1ahəsinin ölçmə işlərinin aparılmasına dair cavabdeh Borclu tərəfindən yaradılan manenin aradan qaldırılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamənin icrası ilə əlaqədar Şəmkir rayon icra və probasiya şöbəsinin və DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşları tərəfindən ilkin ölçmə işləri aparılmış, lakin sonradan torpaq sahəsinin bələdiyyə tərəfindən də ölçülməsinə zərurət yarandıqda borclu yenidən maneçilik törətmişdir. Ona görə də DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ona imtina verilmişdir torpaq sahəsində mübahisə olduğuna görə. Halbuki, artıq ölçmə işlərinə qoyulan manenin aradan qaldırılması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Ona görə də hesab edir ki, eyni tələb olduğundan onun əvvəlki məhkəmə qətnaməsi təkrar icraya yönəldilməlidir. Ona görə də hazırda cavabdeh tərəfindən ölçmə işlərinə qoyulan maneənin aradan qaldırılması üçün o təkrar icra vərəqəsi verilməsini istəyir. Şəmkir Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli 8(076)-293/2025 nömrəli qərardadı ilə (hakim Həvayət Məhəmmədi) ərizə təmin edilərək, “İcraata xitam verilməsi haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi; Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-2899/2023 saylı icra sənədinin icra edilməsi üçün təkrar icraya yönəldilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəmkir 11 saylı Ərazi İdarəsinin əməkdaşlarının bunu bildikləri halda və məhkəmə qətnaməsi icra edildiyi halda, hansı səbəbdən təkrar torpaq sahəsinə baxış keçirildiyinə məhkəmə iclasında aydınlıq gətirmişdirmi? Axı məhkəmənin xx.xx.2023-cü il tarixli 2(076)-2899/2023 saylı icra sənədi əsasında onlar tərəfindən mübahisəli sahəyə baxış keçirilmiş və lazımi ölçülər götürülmüşdür. İddiaçıya çıxarış vermək əvəzinə, sahəyə təkrar baxış keçirməyə nə lüzum var idi. Məhkəmənin bu kimi xüsusatlara əhəmiyyət verməməsi, işə sübutlar əsasında baxmaması və işin mahiyyətini hər tərəfli araşdırmaması və formal əsaslarla sözü gedən qanunsuz və əsassız qərardadın çıxarılmasına səbəb olmuşdur. Şəmkir Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli 8(076)-293/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 10 iyul 2025-ci il tarixli 8(104)-144/2025 nömrəli qərardadı ilə şikayətə yazılı icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Daha sonra Gəncə Apellyasiya Məhkəməsinin 22 iyul 2025-ci il tarixli 8(104)-144/2025 nömrəli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli 8(076)-293/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxılması qərara alınmışdır. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 03 mart 2025-ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmurları X3 və X4, Borclu, Tələbkar, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisi X5, hal şahidi X1 iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2899/2023 nömrəli icra sənədini icra etmək məqsədilə hazırkı tarixdə icra sənədində qeyd edilən ünvanda olmuşlar. Tərəflərindən ünvan 1ahəsində Borclu tərəfindən ölçmə işlərinə yaradılan mane aradan qaldırılmış və torpaq shaəsində ölçmə işləri tam şəkildə manesiz olaraq həyata keçirilmişdir (iştirakçılar aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər); Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin arayışıdan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli 2(076)-2899/2023 saylı icra vərəqəsinə əsasən iddiaçı Tələbkar cavabdeh Borclu qarşı cavabdeh tərəfindən iddiaçıya məxsus Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.06 ha hıəyatyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasının DƏDRX-nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına qoyulan manenin aradan qaldırılması ilə bağlı mübahisələndirilən ərazidə olmuşlar. İcra və probasiya şöbəsinin əməkdaşı ilə birlikdə ölçü işlərinin aparılmasına şərait yaradılmış və ölçü işləri yekunlaşmışdır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə müvafiq olaraq məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində, hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir (MPM-in 15.1 - 15.3-cü maddələri). Qeyd olunmalıdır ki, hər hansı hüquqi mübahisə və məsələnin həlli məhkəmə tərəfindən ədalət mühakiməsini həyata keçirmək yolu ilə mümkündür. Bu isə mülki məhkəmə icraatının prinsip və şərtlərinə ciddi riayət olunmasını tələb edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 12.1-ci maddələri). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. «İcra haqqında» Qanunda icraata başlanmış icra sənədi üzrə sonrakı hərəkətlər də tənzimlənərək müəyyən edilmişdir ki, icra sənədi üzrə icraat dayandırıla, xitam verilə, icra edilmədən (və ya tam icra edilmədən) məhkəməyə qaytarıla, aidiyyəti üzrə göndərilə bilər. İcra sənədi üzrə bu hüquqi nəticələrin hər birinin tətbiqi əsasları da qanunda dəqiq müəyyən edilmişdir. Həmin Qanunun 20.6-cı maddəsində deyilir ki, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədirləri davam etdirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinin şərh edilməsinə dair» 4 iyul 2014-cü il tarixli qərarında da göstərilmişdir ki, ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri məhkəmə aktlarının icrası ilə bağlıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququ, iddia ərizəsi verilməklə mülki işin başlanmasından məhkəmə aktının icrasınadək olan bütün dövrü əhatə edir. Mövcud olan ənənəvi hüquqi mövqeyə görə, ədalətli məhkəmə araşdırması həm də məhkəmə aktının icrasının səmərəliliyini tələb edir. Bu baxımdan, icra məsələləri ilə bağlı məhkəmə arışdırmasında mülki-prosessual qanunvericiliyin bütün prinsip və qaydalarına tam əməl olunmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 2(076)-2899/2023 nömrəli qətnaməsinə əsasən, ünvan 1ahəsinin ölçmə işlərinin aparılmasına dair cavabdeh Borclu tərəfindən yaradılan manelərin aradan qaldırılması qət edilmişdir. Qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün aidiyyəti icra orqanına göndərilmiş və icra orqanı tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək müvafiq icra hərəkətləri həyata keçirilmişdir. Şəmkir rayon icra və probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 04 mart 2025-ci il tarixli qərarı ilə icra sənədində qeyd edilən tələbin tam təşkildə icra edildiyi əsası ilə icra sənədinin icraatına xitam verilmişdir. Tələbkar isə icra sənədi üzrə icraata xitam verilməsi barədə icra orqanının qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə hazırkı şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. İcra orqanı mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, icra sənədində qeyd edilən tələb tam şəkildə icra edilmişdir. Apellyasiya baxışı zamanı icra orqanına verilmiş sorğu əsasında icra işinin materialları məhkəməyə təqdim edilmiş və müəyyyən edilmişdir ki, 03 mart 2025-ci il tarixdə icra məmurları X3 və X4, Borclu, Tələbkar, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisi X2 iştirakı ilə ünvan 1ahəsində Borclu tərəfindən ölçmə işlərinə yaradılan mane aradan qaldırılmış və torpaq shaəsində ölçmə işləri tam şəkildə manesiz olaraq həyata keçirilmişdir. Bu barədə icra orqanı tərəfindən akt tərtib edilmiş və icra prosesində iştirak etmiş şəxslər aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bununla belə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi icra orqanına ünvanladığı arayışda sözügedən torpaq sahəsində ölçü işlərinin aparılmasına şərait yaradıldığını və ölçü işlərinin yekunlaşdığını qeyd etmişdir. Bir sözlə, icra işinin materialları ilə müəyyən edilmişdir ki, həqiqətən də icra sənədində qeyd edilən tələb tam şəkildə icra edilmişdir. Şərh olunanlarla bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, icra orqanı tərəfindən icra sənədinin icraatına xitam verilməsi qanuni əsaslara söykənmişdir. Tələbkarın şikayətində göstərdiyi dəlillər isə əsassız olmaqla icra orqanının qərarının ləğvi üçün əsas təşkil etmir. Birinci instansiya məhkəməsi isə yuxarıda göstərilən halları araşdırmamış və nəticədə icra orqanın qərarının ləğv edilməsi barədə yanlış nəticəyə gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və icra orqanının qərarından tələbkar tərəfindən verilmiş şikayət təmin edilməməlidir. MPM-nin 398.0.3.-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 398.0.3, və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu tərəfindən verilmiş şikayət təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli 8(076)-293/2025 nömrəli qərardadı ləğv edilsin. Şəmkir rayon icra və probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 04 mart 2025-ci il tarixli qərarından Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(104)-144/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-144/2025
08.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver