Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-15/2025 04.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, X1 icra sənədinin indeksasiya olunması barədə ərizəsinə dair iş üzrə Ağdam Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli 8(013)-71/2024 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Ağdam Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(013)-1049/2023 saylı qətnaməsinə əsasən ödənilməsi qət edilmiş 40220 manat məbləğin indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 ərizəni onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(013)-1049/2023 saylı qətnaməsi ilə iddiaçı X3 iddia tələbi təmin edilərək, cavabdeh X6 40000 manat borc və 220 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 40220 manat pulun onun xeyrinə tutulması qət edilmişdir. Lakin, 40220 manat vəsaitin cavabdehə verildiyi vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hazırkı dövrə qədər manatın dəyər itirdiyi və tələb olunan məbləğin indeksasiya edilməsinə zərurət yaranmışdır. Ağdam Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli 8(013)-71/2024 nömrəli qərardadı ilə (hakim Rafiq Məmmədov) ərizəçi X3 Ağdam Rayon Məhkəməsinin 2(013)- 1049/2023 saylı, 19 may 2023-cü il tarixli qətnaməsinə əsasən ödənilməsi qət edilmiş 40220 manat məbləğin indeksasiya edilməsinə dair ərizəsinin əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan X2 şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bazarda istehlak qiymətlərinin artması, inflyasiya və s. kimi mənfi iqtisadi proseslərin nəticəsində pul vəsaiti öz dəyərini əhəmiyyətli dərəcədə itirmişdirsə və bununla əlaqədar olaraq iddiaçının həmin pul məbləğinə görə alıcılıq qabiliyyəti aşağı düşmüşdürsə, hətta verilmiş borcun qaytarılması tələbinə dair iddianın tam təmin olunması belə iddiaçının pozulmuş hüququnu tam bərpa etmir. Belə olan halda qətnaməyə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin indeksasiyasının həyata keçirilməsi zərurəti yaranır. Ağdam Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 8(013)-71/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarındakı Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən verilmiş 8i 2458 saylı xx.xx.2022- ci il tarixli icra sənədinə əsasən borclu X6 40000 manat tutularaq X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq qərar və bildiriş tərəflərə göndərilmişdir. Eyni zamanda Ağdam Rayon Məhkəməsinin 2-(013)- 1049/2022 saylı,xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu X6 40000 manat alınaraq X2na ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş,müvafiq qaydada icraata başlanılaraq qərar və bildiriş tərəflərə göndərilmişdir. İcra sənədi üzrə tələb tam şəkildə könüllü təmin edilmədiyindən borclunun əmlak vəziyyətinin yoxlanılması üçün müvafiq sorğular verilmiş, və tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir.Tərəfimizdən keçirilən icra hərəkətləri zamanı borclu X7 "xxxx" QSCdə operator vəzifəsində işləməsi və 524 manat əmək haqqı alması müəyyən edilmişdir. İcra məmuru tərəfindən X2 ilə əlqə saxlanılmış ona "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 24.1.1 ci maddəsinintələbləri izah edilərk,borclunun iş yeri olması səbəbindən onun əmək haqqından tələbkarın xeyrinə tutulmalar aparılması üçün bank hesabının açması bildirilsədə X2 borclu X7 əmək haqqından onun xeyrinə aparılacaq tutulmaların onu qane etmədiyini icra sənədində qeyd olunan məbləğin tam şəkildə ona ödənilməsini tələb etmişdir.Bu səbəbədən borclunun əmək haqqından tələbkarın xeyrinə Suraxanı rayon İcra şöbəsinin depozit hesabına ödəniş olunması üçün Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən yorlimis 8i 2458 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi "İcra Haqqında" Azon kospublikası Qanununun 24.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq X7 iş yerinə göndərilmişdir.Hal hazıradək boralunun əmək haqqından tələbkarın xeyrinə 4920 manat tutularaq Suraxanı rayon lcra şöbəsinin depozit hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixdə tələbkarın söbəyə təqdim etdiyi bank hesabına Suraxanı rayon İcra Şöbəsinin depozit hesabından 4920 manat köçürülmüşdür. Hal hazırda ümumilkdə tələbkarın hesabına 7220 manat ödəniş edilmişdir. Ağdam Rayon Məhkəməsinin 2- (013)-1049/2022 saylı,xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X8 barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə prosessi borclunun anasının vəfat etməsi səbəbindən xx.xx.2024-cü il tarixədək təxirə salınmışdır. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə prosessi zamanı borclu X8 İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Eyni zamanda icra məmuru tərəfindən borclu X7 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2024-cü il tarixdə təqdimatla müraciət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 8-(010)-128/2024 saylı,xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat təmin olunmuş və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Qeyd olunan qərardad icra olunması üçün üçün xx.xx.2024-cü il tarixdə şöbəyə daxil olmuş və icra olunması üçün Ədliyyə Nazirliyinin İcra Xidmətinə göndərilmişdir. Həmçinin, həmin məktubda göstərilir ki, Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən verilmiş 8i 2458 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmiş və bütün məcburi icra tədbirləri ləğv edilmiş və "xxxx" QSC-nə növbəti tutulmaların Bakı şəhər 40 saylı notariat ofisinin 8i-2458 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydi ilə deyil Ağdam Rayon Məhkəməsinin 2-(013)-1049/2022 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə davam etdirilməsi barədə müraciət ünvanlandırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, X1 icra sənədinin indeksasiya olunması barədə ərizəsinə baxılıb yenidən hüquqi qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-nin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilə Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi barədə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, qətnamənin icra edildiyi belə vəziyyətdə tutulmalı olan pul məbləğinin indeksasiyasına hər hansı zərurət yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab etmir və bununla bağlı aşağıdakıları qeyd edir. İndeksasiya anlayışı «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin indeksləşdirilməsi haqqında» 17 iyun 1992-ci il tarixli 174 saylı Azərbaycan Respublikası Qanununda verilmişdir. Həmin Qanunun 1-ci maddəsində deyilir ki, indeksləşdirmə Azərbaycan Respublikası ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləği bu qanunla tənzimlənən indeksləşdirmə obyekti olmasa da, həmin qanunda verilən indeksləşdirmənin mahiyyətini və məqsədini əks etdirən tərif məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyasına da tətbiq oluna bilər. Bu mənada MPM-nin 232-ci maddəsində göstərilən ödənilməli olan pul məbləğinin indeksasiyasına dair prosessual hüquq normasının müəyyən olunmasının məqsədi tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunmasından ibarətdir. Ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyasının artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülməlidir. Qanunun bu müddəası qətnaməyə əsasən ödənilməli olan pul məbləğinin qətnamənin icrası zamanı baş vermiş və ya davam edən inflyasiyaya görə indeksasiyasının aparılmasını deyil, məhkəmə tərəfindən indeksasiya haqqında məsələyə qətnamənin icrası zamanı baxılmasını nəzərdə tutur. MPM-nin 232-ci maddəsində göstərilən “qətnamənin icrası zamanı” ifadəsi həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə icraata başlamaq haqqında icra məmurunun qərarının qəbul olunduğu andan qətnamənin tam icra olunmasına qədər olan müddəti ehtiva edir. Həmçinin MPM-nin qeyd olunan maddəsi yalnız məhkəmə qətnaməsinə əsasən tutulmalı olan pul məbləğinin indeksasiyasının mümkünlüyünü nəzərdə tutur. Məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləğinin indeksasiyası məsələlərini xüsusi olaraq tənzim edən ayrıca normativ-hüquqi akt qəbul olunmadığına görə «Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 sentyabr 1992-ci il tarixli 479 saylı qərarı ilə təsdiq edilmiş «İstehlak mallarının və xidmətlərin qiymət artımı ilə əlaqədar əhalinin pul gəlirlərinin indeksləşdirilməsi qaydası haqqında metodik təlimat» MPM-nin 13.4-cü maddəsinə uyğun olaraq adıçəkilən Məcəllənin 232-ci maddəsində nəzərdə tutulmuş indeksasiya məsələsinin həlli üçün qanunun analogiyası qaydasında tətbiq edilməlidir. İndeksasiya haqqında məsələyə baxılarkən məhkəmə indeksasiyasnın tətbiqinin mümkünlüyünü müəyyənləşdirmək üçün prosessual qanunvericiliyin ona verdiyi imkanlardan istifadə etməklə məsələnin həlli üçün zəruri sənədləri almalı, rəy verməkdən ötrü müvafiq dövlət orqanlarını, o cümlədən mütəxəssisləri işə cəlb etməli, habelə lazım gəldikdə ekspertiza təyin etməlidir. Birinci instansiya məhkəməsi isə yuxarıda sadalanan qanunvericilik aktlarının tələblərinə uyğun araşdırma aparmadan hazırkı mübahisələndirilən qərardadı qəbul etmişdir. Göstərilən halları, qərardaddan verilən şikayətdəki tələbi, eyni zamanda müəyyən olunmalı halların birinci instansiya məhkəməsi tərəfindən araşdırılması zərurətini nəzərə alaraq və MPM-nin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və bu qərarda göstərilən qaydada ərizəyə yenidən baxılıb hüquqi qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-nin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ var. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 398.0.2, 399 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli 8(013)-71/2024 nömrəli qərardadı ləğv edilsin. X1 icra sənədinin indeksasiya olunması barədə ərizəsinə baxılıb yenidən hüquqi qiymət verilməsi üçün iş Ağdam Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-15/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-15/2025
04.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver