Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-151/2023 24.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlunun sədrliyi və məruzəsi, Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil QƏhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Şəmkir Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 8(076)-448/2023 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Tələbkar cavabdehlər Borclu və X2 qarşı özbaşına inşa edilmiş ara hasarının sökülməsi və mənəvi ziyan tələbinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-218/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, ünvan 1 ünvanında cavabdeh X4 tərəfindən ünvan 2nvanında yaşayan iddiaçı Tələbkar yaşadığı evin pəncərəsinin qarşısında mişar daşından inşa olunmuş hasar təbii işığın pəncərədən içəri düşə biləcək hissəsinə kimi (pəncərənin daş hasarla parallel hissəsində pəncərənin oturacaq hissəsinə kimi) cavabdeh Borclu vəsaiti hesabına sökülməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Şəmkir Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Şəmkir Rayon İcra və Probasiya şöbəsi xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-218/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra sənədinin icrasını təmin etmək üçün icra sənədində qeyd olunan ünvana gedilərək mişar daşından inşa edilmiş daş hasarın olduğu əraziyə baxış keçirilmişdir. Borcluya icra sənədi üzrə qət edilmiş tələb izah edilmiş və ona qanuna müvafiq olaraq könüllü müddət verilmişdir. Bu müddət ərzində Borclu tərəfindən Tələbkar yaşadığı evin iki pəncərəsinin qarşısında inşa edilmiş daş hasar sökülmüşdür. Tələbkar şöbəyə müraciət edərək borclu tərəfindən qərarın tam şəkildə icra edilmədiyini bildirmiş və onun yaşadığı evin 4 (dörd) pənərəsinin qarşısının açılmalı olduğunu bildirmişdir. İcra sənədində isə bir neçə pəncərənin qarşısının açılmalı olduğu qeyd edilməmişdir. Belə olan halda qarşısı açılmalı olan pəncərələrin sayı ilə bağlı tərəflər arasında mübahisə yaranmış, məhkəmə qərarında isə qarşısında açılmalı olan pəncərələrin sayı barədə heç bir göstəriş olmadığından icra sənədinin icrası zamanı müəyyən çətinliklər yaranmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)-448/2023 saylı qərardadı ilə (H.Məmmədli) Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-218/2022 saylı qətnaməsinə izah verilməsi barədə Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Tələbkar şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)- 448/2023 saylı qərardadının ləğv edilməsi və ərizənin təmin edilərək qətnamənin ekspert rəyinə uyğun izah edilməsi barədə qərardad çıxarılmasını, əks halda qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı cavahdehlərlə qonşuluqda yaşayırlar. Onun mülkiyyətində olan fərdi yaşayış evində ailə üzvləri ilə yaşayırlar. Cavabdehlər Borclu və X3 ailəsi ilə Sabir küçəsi 61 saylı ünvanda 1990-1991-ci illərdən etibarən 28-29 il olar ki yaşayırlar, Əvvəllər maddi imkanı onlara uyğun olmadığından onlara qarşı heç bir tələbləri olmamışdır. Rusiyaya gedib-gələndən sonra isə maddi imkanı artdıqca özünün həyətində əlavə tikililər artırmış, iddiaçının evinin onların evinə baxan hissəsinin suvaqsız olmasına görə guya onların həyətini yaraşıqsız etməsi bəhanəsi ilə evlərinin bayır tərəfinin suvadılmasını onlara məcbur etmişdir. Bundan sonra isə evlərinin bir divarına birləşdirməklə özü üçün əldamı deyilən əlavə tikili aparmaq istədikdə razı olmamışlar. Onun acığına isə evlərinin arasına daşdan uca divarlı hasar çəkdirir ki, guya onların ailə üzvləri onları güdür, nəzarətdə saxlayırlar, onlara isə evlərinin onların həyətinə baxan pəncərəsi yaraşıqsız olmasına görə həmin daş hasarı çəkməyə məcbur olduqlarını demişdir. Ondan sonra isə evlərinin bir divarına birləşdirməklə əl damı tikdirmişdir. Artıq uzun müddətdir ki, evdə yaşamaq mümkün deyil, ev qaranlıq, rütubətlidir və hava yoxdur. Onların çəkdirdiyi daş hasarın evləri ilə arası bir metrdən az olmaqla evlərinin dam örtüyü hündürlükdə etmək istəyir ki, nəticədə evlərinin yeganə işıq mənbəyini tam məhdudlaşdırır. Evlərinə işıqsızlıqdan rütubət olmaqla həmin mənzildə xəstəlikdən yaşamaq mümkün olmayacaqdır. Onu da əlavə edir ki, 4 küçə Alman layihəsidir və qədimdən Alman millətindən olan sakinlər tərəfindən müvafiq layihə əsasında inşa edilmiş evlərdir və həmin evlərin pəncərələri birinə tərəf səmtədirlər. Yəni onların evlərinə də qonşunun pəncərələri baxır. Deməli, onlar da həmin qonşunun evinin pəncərələrini bağlamalıdır? Onun evinin 3 pəncərəsi qonşunun evinin həyətinə baxır. Evlərinin altı 10 metr dərinliyində zirzəmidir və zirzəminin 2 pəncərəsinin qabağı hörülüb və rütubətdən hava işləmir, zirzəmi çökə bilər. Hesab edir ki, cavabdehlər qanunsuz olaraq tikinti və şəhərsalma qaydalarını pozaraq evlərinin yeganə işıq mənbəyi olan pəncərəsi qarşısından daş hasarı tikdirməklə onların evini yeganə işıqlandırma mənbəyindən məhrum etməkdədir. Gələcəkdə zirzəmi rütubətdən və havasızlıqdan uça bilər, çünki çəkilən hasar zirzəmiyə yaxın məsafədədir. O, əvvəllər cavabdeh X2 qarşı hasarın sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Həmin iddiası Şəmkir Rayon Məhkəməsinin 2(076)-2132/2020 saylı 25 avqust 2020-ci il tarixli qətnaməsi ilə təmin edilmiş və onun evinin pəncərələrinin qarşısında inşa olunmuş daş hasar təbii işığın pəncərələrdən içəri düşə biləcək hissəsinə kimi (pəncərələrin daş hasarla paralel hissəsində pəncərələrin oturacaq hissəsinə kimi) cavabehin vəsaiti hesabına sökülməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(101)- 862/2021 saylı qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin 2(076)-2132 2020 saylı 25 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Rədd etmənin əsası kimi isə onun əvvəllər hasarın sökülməsi tələbinə dair qaldırdığı iddiasına cavabdeh X1 deyil, Borclu cavabdehlik daşımalı olduğu qeyd edilmişdir. Bu səbəbdən də yenidən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əvvəlki idda ərizəsinə baxılarkən cavabdehə tikinti işlərinin aparılması qadağan edilməsi barədə qərardad qəbul edilmiş, lakin, cavabdeh həmin qadağaya məhəl qoymayaraq tikintini davam etdirmişdir. Onun hazırki iddiası Şəmkir Rayon Məhkəməsinin 2(076)-218/2023 saylı, 25 fevral 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş və ünvan 3 ünvanında cavabdeh (qarşılıqlı iddiaçı) Borclu tərəfindən ünvan 4 ünvanında yaşayan iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Tələbkar yaşadığı evin pəncərəsinin qarşısında mişar daşından inşa olunmuş hasar təbii işığın pəncərədən içəri düşə biləcək hissəsinə kimi (pəncərənin daş hasarla paralel hissəsində pəncərənin oturacaq hissəsinə kimi) cavabdeh (qarşılıqlı iddiaçı) Borclu vəsaiti hesabına sökülməsi qət edilmişdir. Həmin qətnamə müvafiq olaraq həm apellyasiya instansiyası məhkməsində, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə kassasiya instansiyası məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Şəmkir Rayon Məhkəməsinin 2(076)-218/2023 saylı 25 fevral 2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra mərhələsində isə neçə pəncərənin qarşısında olan divarın sökülməsi ilə bağlı anlaşılmazlıq olması əsası ilə icra məmuru tərəfindən məhkəməyə ərizə verilmiş və Şəmkir Rayon Məhkəməsinin 2(076)-218/2023 saylı 25 fevral 2022-ci il tarixli qətnaməsinin izah edilməsi xahiş edilmişdir. Lakin, Şəmkir Rayon Məhkəməsinin 8(076)- 448/2023 saylı 25 sentyabr 2023-cü il tarixli qərardadı ilə həmin ərizə təmin edilməmişdir. Qeyd edirlər ki, hər nə qədər əvvəllər təyin edilmiş ekspert rəyində sökülməsi nəzərdə tutulmuş daş hasarın neçə metr uzunluğunda olması qeyd edilmiş olsa da, həmin rəy nəzərə alınmadan qətnamənin izah olunmasından imtina edilmişdir. Hesab edir ki, həmin qərardad ləğv edilməli, qətnaməyə ətraflı izah verilməli və sökülməsi nəzərdə tutulmuş daş hasarın 13 dekabr 2021-ci il tarixli 10/5261 nömrəli ekspert rəyində göstərilmiş ölçülərə uyğun olaraq sökülməli olması qeyd edilməlidir. Belə ki, 13 dekabr 2021-ci il tarixli 10/3261 nömrəli ekspert rəyində Tələbkar məxsus olan, ünvan 5 ünvanında yerləşən evin pəncərəsinin qarşısında 1.05 metr aralı 4.2 m hündürlüyündə 10.5 metr uzunluğunda mişar daşından hasar inşa edildiyi və həmin daş hasarın Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin (Hasarların tikintisinə dair tələblər) 73.1-ci bəndinin tələblərinə uyğun inşa edilmədiyinin müəyyən edilməsi qeyd edilmişdir. Lakin, birinci instansiya məhkəməsi həmin ekspert rəyinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Əgər həmin rəyə hüquqi qiymət verilərək məhkəmə iclasında ətraflı araşdırılmış olsaydı qətnamənin izah edilməsi barədə ərizə təmin edilməli idi. Belə ki, həmin ekspert rəyində qanunsuz olaraq çəkilmiş hasarın uzunluğunun 10.5 metr olması qeyd edilmiş, icra vaxtı isə həmin hasarın cəmi 4 metr hissəsi sökülmüşdür. Belə olan halda isə sökülmüş 4 metrlik hasarla, rəydə qeyd edilmiş 10.5 metrlik hasarın arasında qalan 6.5 metrlik fərqin necə olması barədə sual yaranır. Göründüyü kimi birinci instansiya məhkəməsi işə səthi yanaşmış və ətralı araşdırma aparmadan qətnamənin izah edilməsi barədə ərizəni əsassız olaraq təmin etməmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)-448/2023 saylı qərardadı ilə (hakim Ş.Məmmədova) şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)-448/2023 saylı qərardadı və həmin qərardadla bağlı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)-448/2023 saylı qərardadı ləğv edilməli ərizəyə yenidən baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən izah verilməsi tələb olunan qətnamə, tələbkarın iddia etdiyi və birinci instansiya məhkəməsinin isə istinad etdiyi ekspert rəyi iş materiallarına əlavə ediməmişdir ki, bununla da iddiaçının iddia tələbinin və məhkəmənin gəldiyi nəticəni əsaslandırmasını müəyyən etmək mümkün olmamışdır. Halbuki, bir sıra hallarda qətnamənin nəticə hissəsinin aydın başa düşülməsi gəlinmiş nəticənin əsaslarının oxunması ilə müəyyən olunur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-218/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ünvan 3 ünvanında cavabdeh X4 tərəfindən ünvan 2nvanında yaşayan iddiaçı Tələbkar yaşadığı evin pəncərəsinin qarşısında mişar daşından inşa olunmuş hasarın təbii işığın pəncərədən içəri düşə biləcək hissəsinə kimi (pəncərənin daş hasarla paralel hissəsində pəncərənin oturacaq hissəsinə kimi) cavabdeh Borclu vəsaiti hesabına sökülməsi qət edilmişdir ki, icra məmuru da Tələbkar qərarın tam şəkildə icra edilmədiyini iddia etməklə, onun yaşadığı evin 4 (dörd) pəncərəsinin qarşısının açılmalı olduğunu bildirmişdir. İcra məmuru isə icra sənədində isə bir neçə pəncərənin qarşısının açılmalı olduğunun qeyd edilmədiyini əsas gətirərək, qarşısı açılmalı olan pəncərələrin sayı məsələsinə izah verilməsini xahiş etmişdir. İş materiallarından isə görünür ki, qətnaməyə izah verilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən yerində baxış keçirilmiş və faktiki vəziyyət müəyyən edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin qərardadının əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə yerində baxış keçirib iş materillarını tədqiq etməklə belə nəticəyə gəlmişdir ki, məhkəmə qətnamə qəbul edərkən yalnız ünvan 6 ünvanında Tələbkar yaşadığı evin pəncərəsinin qarşısında mişar daşından inşa olunmuş hasarın təbii işığın pəncərədən içəri düşə biləcək hissəsinə kimi sökülməsini müəyyən etmiş, həmin qətnamədə nəzərdə tutulan ev texniki pasportda da yaşayış otağı kimi qeyd edilmiş otaqda yerləşən pəncərələri nəzərdə tutmuşdur. Belə ki, texniki pasportda yaşayış evi ayrıca, çardaq ayrıca qeyd edilmiş, qətnamədə isə yalnız yaşayış evində olan pəncərələrin sökülməsi qeyd edilmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, 2(076)-218/2022 nömrəli mülki iş məhkəmə iclası zamanı tədqiq edilmiş, mülki işdə olan ekspert rəyində də “yaşayış otağına düşən təbii işığın qarşısını kəsməsi Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.3cü bəndinin tələblərinə zidd olduğu” qeyd edilmişdir. Odur ki, məhkəmə hazırki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinə izah verilməsi üçün heç bir zərurət olmadığını qeyd etməklə qətnaməyə izah verməkdən imtina etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qərardadının əsaslandırıcı hissəsi mahiyyət etibarı ilə qətnaməyə izah verilməsindən ibarət olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi həmin əsaslandırma ilə qətnaməyə əsasən hansı pəncərələrin qarşısında olan hasarın sökülməli olması nəticəsinə gəlmiş olsa da qərardadın nəticə hissəsində gəldiyi nəticəyə uyğun olaraq qətnaməyə izah verməsindən imtina etməsi anlaşılan olmamışdır. Halbuki, qərardadın əsaslandırcı hissəsi ilə birinci instansiya məhkəməsi dolayısı ilə qətnaməyə izah vermiş hesab olunmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin qərardadında göstərilmiş nəticə işin hallarına uyğun gəlməməklə, əsassız hesab olunur. Beləliklə, yuxaırda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)-448/2023 saylı qərardadı və həmin qərardadla bağlı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)- 448/2023 saylı qərardadı ləğv edilməli və qətnaməyə izah verilməsinə dair ərizəyə yenidən baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398.0.2-ci və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(076)-448/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli, 8(076)-448/2023 saylı qərardadı ləğv edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-218/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəyə yenidən baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə geri qaytarılsn. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-151/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-151/2023
24.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver