Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-164/2025 13.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)-465/2019 nömrəli qətnaməsi əsasında müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilməsi barədə Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-89/2025 nömrəli qərardadından borclunun nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayətin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: Ərizəçi (tələbkar) X4 xx.xx.2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Borclu onun xeyrinə sonrakı artımalar nəzərə alınmaqla ,hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.78 misli həddi uşaqlara ayrıayrılıqda tətbiq ediməklə ümumilikdə 624 manat sabit pul məbləğində aliment tutulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-89/2025 nömrəli qərardadı ilə (hakim E.Mansırov) ərizəçinin ərizəsi təmin edilmiş, Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)-465/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunması, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,78 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Həmin qərardaddan borclunun nümayəndəsi Nümayəndə1 şikayət veərək Qazax Rayon Məhkəməsinin 8(023)-89/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının tamamilə ləğv edilməsi və tələbkarın ərizəsinin qismən təmin edilərək hər uşağa nisbətdə 200 manat məbləğində aliment təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-89/2025 nömrəli qərardadı ilə borclunun nümayəndəsi Nümayəndə1 Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-89/2025 nömrəli qərardadından verdiyi şikayətin təmin edilməməsi, borclunun nümayəndəsi Nümayəndə1 şikayətinin işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Lakin həmin şikayət verilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbinə riayət olunmamış, yəni şikayət həmin Məcəllə ilə müəyyən edilmiş formada verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1 və 361.1.2-ci maddələrinə əsasən apellyasiya şikayətində digər məlumatlarla yanaşı şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti də göstərilməlidir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Borclu nümayəndəsi Nümayəndə1 şikayətdə şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti qrafalarında Borclu aid məlumatları göstərmədiyinə görə məhkəmə kollegiyası hesab edir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-89/2025 nömrəli qərardadından borclunun nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilməlidir. İş materiallarından görünür ki Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 8(104)-164/2024 saylı qərardadı ilə şikayət səhvən mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Sonradan müəyyən edilmişdir ki, Borclu nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi üçün əsas olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin etibarnamənin anlayışından bəhs edən 362.1-ci maddəsində göstərilir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. İstinad olunan prosessual və maddi hüquq normalarının məzmunundan da aşkar şəkildə görünür ki, hər bir şəxs üşüncü şəxs qarşısında təmsil olunması üçün başqa şəxsə vəkalət verə bilər. O cümlədən məhkəmədə nümayəndə vasitəsi ilə təmsil oluna və ya da nümayəndə vasitəsi ilə iddia, məhkəmə aktlarından isə şikayət verə bilər. Lakin bu halda təmsil edən (nümayəndə) iddianı (şikayəti) öz adından yox, təmsil etdiyi şəxsin adından verməli, ona iddia ərizəsini (şikayəti) imzalamaq səlahiyyəti verildiyi halda həmin sənədi imzalaya bilər. Mülki işlər üzrə nümayəndə hər bir halda iddianı (şikayəti) öz adından yox, təmsil etdiyi şəxsin adından verməlidir. Hazırkı halda isə Borclu nümayəndəsi Nümayəndə1 mülki prosessual qanunvericiliyin istinad olunan normasının tələbini pozaraq apellyasiya şikayətini Borclu adından verməli olduğu halda, öz adından vermişdir ki, bu da MPM-in 361.1-ci maddəsinin apellyasiya şikayətinin məzmununa dair tələblərinin pozulmasıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-89/2025 nömrəli qərardadından borclunun nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan qərardad qəbul etmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 8(104)-164/2025 saylı qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 69.2, 366- 368, 402 və 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiya şikayətinin mümkünlüyünə dair xx.xx.2025-ci il tarixli 8(104)-164/2025 saylı qərardadı ləğv edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-89/2025 nömrəli qərardadından borclunun nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayət qeyrimümkün sayılsın və apellyasiya baxışından çıxarılaraq şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün iş Qazax Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-164/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-164/2025
13.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver