Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-18/2025 12.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(023)-79/2024 nömrəli qərardadından Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: Maraqlı şəxs1 icra məmuru Tural Nəbiyev ərizə ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 2(023)-554/2023 saylı icra sənədinin hansı dövlət qurumu tərəfindən icra edilməsi hissəsinə izah verilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(023)-79/2024 nömrəli qərardadı (hakim Nemət Musayev) ilə, Maraqlı şəxs1 icra məmuru Tural Nəbiyevin ərizəsi təmin edilmiş, Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 2(023)- 554/2023 saylı icra sənədinin Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən icra edilməsi barədə ona izah verilmişdir. Həmin qərardadın dəlilləri ilə razılaşmayan Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, Qazax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-554/2023 saylı məktubu ilə xx.xx.2024-cü il tarixli 2(023)-554/2023 saylı icra vərəqəsi, qətnamə və qərardad icra edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə daxil olmuş, cavab olaraq sözügedən qətnamənin və qərardadının icra olunması üçün müvafiq notariat ofisinə müraciət olunması qanunamüvafiq olduğu bildirilmişdir, belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. Qanunvericiliyə əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir, lakin Qazax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-554/2023 saylı qətnaməsində və xx.xx.2024-cü il tarixli qərardad ilə mirasın kimin tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsinə baxmayaraq, sözügedən qətnamənin hansı orqan tərəfindən icra edilməsi qeyrimüəyyən olaraq qalmışdır. Eyni zamanda, qətnamə və qərardad (yanlışlığın düzəldilməsi) ilə 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmamış, lakin, Qazax rayon Məhkəməsi və Maraqlı şəxs1 tərəfindən qətnamə icra edilməsi üçün göndərilmişdir. Qazax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)- 554/2023 saylı icra vərəqəsi Qazax rayon Məhkəməsi tərəfindən icra edilməsi üçün Qazax rayon Notariat Ofisinə göndərilmiş və cavab olaraq bildirilmişdir ki, iş üzrə qəbul edilmiş qətnamə müvafiq icra vərəqəsinə əsasən notarius tərəfindən icra edilir, lakin, sözügedən icra vərəqəsində mərhum X9, mərhum X10 və mərhum X7 vərəsəliyinin müəyyən edilməsi qeyd edilmişdir. Notariusun cavab məktubundan da müəyyən edildiyi kimi, qətnamə notarius tərəfindən icra edilməlidir. İcra edilməməsinin səbəbi olaraq Qazax rayon Məhkəməsi tərəfindən buraxılmış yanlışlıq göstərilmişdir və bu səbəbdən X3 qətnamədə buraxılmış yanlışlığın düzəldiməsinə dair xx.xx.2024-cü il tarixli ərizə ilə Qazax rayon Məhkəməsinə müraciət etmişdir. Qazax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-554/2023 saylı qərardadı ilə yanlışlıq düzəldilmişdir. Sözügedən məhkəmə mübahisəsində tərəf qismində vərəsələr çıxış edir. Aydındır ki, məhkəmə tərəfindən tərtib olunan icra sənədində borclu qismində mülki iş üzrə icraatda tərəflər göstərildiyindən, məhkəmə mübahisəsində iştiraka cəlb olunmayan 15 saylı Tovuz Ərazi İdarəsi borclu qismində icraata cəlb oluna bilməz. Qətnamənin izah edilməsinə dair məhkəmə qərardadı ilə öhdəliyin 15 saylı Tovuz Ərazi İdarəsi üzərinə qoyularaq qətnamənin icra edilməsini tələb etmək qanunvericiliyə ziddir. Hüquqların dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı olaraq şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüquqların yaranmasının deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Məhkəmə kollegiyası göstərilən prosessual hüquq normasının pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci madəsini və 230.3-cü maddəsinə istina edərək izah verməmişdir. 230.1-ci madədə qeyd edilir ki, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin 230.3-cü madəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Lakin, Qazax Rayon Məhkəməsinin 8(023)-79/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Qazax rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-554/2023 nömrəli qətnaməsinə izah verilərək qətnamənin icrası iş üzrə tərəf olmayan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Əlavə olaraq bildirirlər ki, sözügedən qərardadın əsaslandırıcı hissəsində məhkəmə qətnaməsinin nəyə görə 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən və hansı qaydada icra edilməsi barədə hüquqi əsaslandırma yoxdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(023)-79/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(023)- 79/2024 nömrəli qərardadı tam və xx.xx.2025-ci il tarixli, 8(023)-79/2024 nömrəli qərardadı isə qismən - şikayətin təmin edilməməsi - hissəsində ləğv edilməli və qətnaməyə izah verilməsi barədə ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə təqdimatın verilməsinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnamasi bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində hökmən icra olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi və Azərbaycan Respublikasının MPM-in 15.1-ci maddəsi). “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 12.1-ci maddələri). Azərbaycan Respublikasının MPM-in 230-cu maddəsində göstərilmişdir ki, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 №-li qərarının 14-cü bəndində göstərilmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim, (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Nəzərə alınmalıdır ki, qətnaməyə izah verilməsinə qətnamə aydın və dəqiq olmadığı, həmçinin ziddiyyətli olduğu hallarda, yalnız onun məzmununu dəyişdirməmək şərti ilə yol verilir. Bu o deməkdir ki, qətnamənin və ya icra sənədinin izahı, heç bir halda işə mahiyyəti üzrə baxılarkən araşdırılmamış tələbləri əhatə edə bilməz. Ona görə də qətnaməyə verilən izah, bir qayda olaraq qətnamənin müddəalarının şərhindən ibarət olur və əlavə subutların araşdırılması ilə müşayiət olunmamalıdır. İş materialları ilə müəyyən edilir ki, Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 14 mart 1993-cü ildə vəfat etmiş, mərhum X9 və 29 dekabr 1998-ci ildə vəfat etmiş X4 qalmış, Qazax rayonu, Birinci Şıxlı kədindəki 0,27 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evindən ibarət mirasın X11 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi, 14 mart 1993-cü ildə vəfat etmiş, mərhum X5 və 29 dekabr 1998-ci ildə vəfat etmiş X4 miras qalmış, Qazax rayonu, Birinci Şıxlı kədindəki 0,27 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evinə X7 vərəsəlik payının tam olaraq müəyyən edilməsi, 03 yanvar 2011-ci ildə vəfat etmiş, mərhum X6 miras qalmış, Qazax rayonu, Birinci Şıxlı kədindəki 0,27 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,1 kvm, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evindən, Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X7 və X8 ümumi birgə mlükiyyətinə verilmiş 0,27 ha həyətyanı torpaq sahəsi X7 payına düşən hissəsindən və Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X11 və X8 ümumi birgə mülkiyyətinə verilmiş, Qazax rayonu, Birinci Şıxlı kədində yerləşən, 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X7 payına düşən hissəsindən ibarət mirasın X3 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi, 03 yanvar 2011-ci ildə vəfat etmiş, mərhum X6 miras qalmış, Qazax rayonu, Birinci Şıxlı kədindəki 0,27 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 94,1 kv.m, yaşayış sahəsi 52,5 kvm və köməkçi sahəsi 41,6 kvm olan fərdi yaşayış evinə, Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X11 və X8 ümumi birgə mlükiyyətinə verilmiş 0,27 ha həyətyanı torpaq sahəsinin X7 payına düşən hissəsinə və Qazax rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 10 nömrəli qərarına əsasən X11 və X8 ümumi birgə mükiyyətinə verilmiş, Qazax rayonu, Birimi Şıxlı kədində yerləşən, 0,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X7 payına düşən hissəsinə X1 vərəsəlik payının tam olaraq müəyyən edilməsi qət edilmişdir. Göstərilən qətnamə 03 iyun 2024-cü il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İcra qurumu birinci instansiya məhkəməsinin qətnaməsində ziddiyyətli halların olduğunu bildirərək qeyd etmişdir ki, Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 2(023)-554/2023 saylı icra sənədinin hansı dövlət qurumu tərəfindən icra edilməsi barədə izah verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Qazax Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 2(023)-554/2023 saylı icra sənədinin Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən icra olunmalı kimi izah verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin məzmunundan görünür ki, mülki iş üzrə 14 mart 1993-cü ildə vəfat etmiş, mərhum X9 və 29 dekabr 1998ci ildə vəfat etmiş X4 və 03 yanvar 2011-ci ildə vəfat etmiş, mərhum X7 vərəsələri müəyyən edilmiş və miras qoyanlardan qalmış miras əmlaklar üzərində vərəsələrinin payları müəyyən edilmişdir. Göründüyü kimi, qətnamədə hər hansı aydın olmayan məqam yoxdur. Qətnamənin məzmunu aydın və dəqiq göstərilmiş, həmçinin hər hansı ziddiyyətli məqama yol verilməmişdir. Ona görə də qətnaməyə izah verilməsi barədə ərizə təmin edilməməlidir. Lakin, göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikasının MPM-in 223-cü maddəsinə görə, məhkəmə qərarları icra üçün məcburidir və həmin qərara əsasən aidiyyəti dövlət qurumları müvafiq tədbirlər görməlidir. Qeyd olunmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Odur ki, şikayət təmin edilməli Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(023)-79/2024 nömrəli qərardadı tam və xx.xx.2025-ci il tarixli, 8(023)-79/2024 nömrəli qərardadı isə qismən - şikayətin təmin edilməməsi - hissəsində ləğv edilməli və qətnaməyə izah verilməsi barədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPMin 263, 264, 397, 398.0.2, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(023)-79/2024 nömrəli qərardadı tam və xx.xx.2025-ci il tarixli, 8(023)-79/2024 nömrəli qərardadı isə qismən şikayətin təmin edilməməsi - hissəsində ləğv edilsin. Maraqlı şəxs1 icra məmuru X14 Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(023)-554/2023 qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-18/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-18/2025
12.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver