Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-187/2025 22.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Tərtər Rayon Məhkəməsində 8(061)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Borclu ilə birgə nikahlarından doğulan xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxalanması üçün Tərtər Rayon Məhkəməsinin 2(061)-797/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən sabit pul şəklində tutulmalı olan alimentin məbləğinin ölkə üzrə minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsində 8(061)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Tahir Qubadov) ərizə təmin edilərək, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Tərtər Rayon Məhkəməsinin 2(061)-797/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsinə əsasən Borclu hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul şəklində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün 2024-cü il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində müəyyən edilərək Borclu tutulub Tələbkar ödənilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan X4 şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsi ilə bağlı yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsində 8(061)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə borclu tərəfindən verilmiş şikayət qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, eləcə də, ötürülmüş müddətin bərpasına dair vəsatət verilmədiyindən geri qaytarılmışdır. Bundan sonra həmin borclu X4 ötürülmüş prosessual müddətinə bərpasına dair vəsatət verməklə yanaşı, şikayət verərək həm Tərtər Rayon Məhkəməsində 8(061)- 36/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının, həm də, Tərtər Rayon Məhkəməsində 8(061)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və Tərtər Rayon Məhkəməsində 2(061)-797/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ondan tutulan aliment miqdarının ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqıın hər ay bir uşaq üçün 0.42 misli həddində indeksasiya olunmasını xahiş etmişdir. Borclu X4 vəsatətini onunla əsaslandırmışdır ki, Tərtər Rayon Məhkəməsində 8(061)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadını xx.xx.2025-ci ildə almış və hesab etmişdir ki, şikayət vermə müddətini ötürməmişdir. O, şəhərdən kənarda işlədiyi və gedibgələ bilmədiyi üçün üzrlü səbəbdən şikayət vermə müddətini ötürmüşdür. Tərtər Rayon Məhkəməsində 8(061)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Tərtər Rayon Məhkəməsinin 8(061)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət vermə müddətinin bərpa edilməsinə dair Borclu tərəfindən verilmiş vəsatət, Tərtər Rayon Məhkəməsinin 8(061)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli və 8(061)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadlarının ləğv edilməsinə dair şikayət təmin edilməmiş və şikayət geri qaytarılması qərara alınmışdır. Borclu həmin qərardadala razılaşmayaraq xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron məhkəmə sistemi vasitəsi ilə şikayət ərizəsi göndərərək sözügedən 8(061)- 36/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadın, həmin qərardadla yanaşı 8(061)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli və 8(061)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadlarının ləğv edilməsi, şikayət vermə müddətinin bərpasına dair vəsatətin təmin edilərək şikayətin icraata qəbul edilməsi və Tərtər Rayon Məhkəməsinin 2(061)- 797/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən ondan tutulmalı alimentin miqdarının ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqını hər bir uşaq üçün 0,42 misli həddində indeksasiya olunması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsində 8(061)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Tərtər Rayon Məhkəməsində 8(061)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından, həmin qərardadla yanaşı 8(061)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli və 8(061)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadlardan Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Tərtər Rayon Məhkəməsində 8(061)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadını Borclu xx.xx.2025-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə qəbul etmişdir. Lakin, borclu tərəfindən şikayət xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur ki, bununla da Borclu tərəfindən qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Borclu ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təqdim etsə də, ötürülümş prosessual müddətin üzrlü səbəbdən baş verməsini sübut edə bilməmişdir. Borclu vəsatətində şəhərdən kənarda işlədiyi və gedib-gələ bilmədiyi üçün üzrlü səbəbdən şikayət vermə müddətini ötürdüyünü qeyd etsə həmin hal üzrlü hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin məcəllənin 133.1-ci maddəsinin tələbinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasınmın səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 268.1 və 396.1-ci maddələrinə görə birinci instansiya məhkəməsinin qərardadından şikayət, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilməlidir. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək və ya qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Tərtər Rayon Məhkəməsinin 8(061)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 8(061)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-187/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-187/2025
22.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver