Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-19/2024 01.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(066)-194/2023 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: X1, X6 və X7 şikayətlə məhkəməyə müraciət edərək Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-90/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Cavabdeh tərəfindən qəbul edilmiş 26 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsini xahiş etmişlər. Borclular şikayətlərini onunla əsaslandırmışlar ki, Gəncə Apellaysiya Məhkəməsinin 2(104)-90/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Cavabdeh icra məmuru X8 26 iyul 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Həmin qərar tam əsassız və qanunsuzdur. Beləki, tərəflərindən Gəncə İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Bu barədə icra şöbəsinə məlumat verilmişdir. Lakin buna baxmayaraq icra işi üzrə icraatın dayandırılması təmin edilməmişdir. Odur ki, Cavabdeh tərəfindən qəbul edilmiş 26 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının ləğv edilməsini və icra işi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Göygöl Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 8(066)-194/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Cavabdeh tərəfindən qəbul edilmiş 26 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. X2 həmin qərardaddan şikayət verərək, Göygöl Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 8(066)-194/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(066)-194/2023 nömrəli qərardadı ilə Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(066)-194/2023 nömrəli qərardadından verilmiş şikayət təmin edilməmiş və şikayətə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(066)-194/2023 nömrəli qərardadı qismən, yəni Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(066)-194/2023 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməmiş hissəsində ləğv edilməli, X2nun Göygöl Rayon Məhkəməsinin 27 noyabr 2023cü il tarixli, 8(066)-194/2023 nömrəli qərardadından verdiyi şikayətin uyğunluğunun yoxlanılması üçün mülki iş Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyətiorqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, şikayət qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilmədən “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmişdir. Birinci instansiya məhkəməsi isə prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etmədən, həmin şikayəti qəbul edərək, müvafiq qərar qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0. və 398.0.2.-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Ona görə də, şikayət qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(066)-194/2023 nömrəli qərardadı qismən, yəni Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(066)-194/2023 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməmiş hissəsində ləğv edilməli, X2nun Göygöl Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 8(066)-194/2023 nömrəli qərardadından verdiyi şikayətin uyğunluğunun yoxlanılması üçün mülki iş Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə işə baxarkən, prosessual qanunvericiliyin tələblərinə əməl etməklə qanuni qərar qəbul etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(066)-194/2023 nömrəli qərardadı qismən, yəni Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(066)- 194/2023 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməmiş hissəsində ləğv edilsin və X2nun Göygöl Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 8(066)- 194/2023 nömrəli qərardadından verdiyi şikayətin uyğunluğunun yoxlanılması üçün mülki iş Göygöl Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-19/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-19/2024
01.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver