Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-195/2025 29.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, X1 Kəlbəcər Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(040)-248/2021 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə dair iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, 8(040)-41/2025 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Kəlbəcər Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(040)-248/2021 nömrəli qətnaməsinə əsasən cavabdeh X4 13 noyabr 2015-ci il tarixli, **********4752 saylı kredit müqaviləsinə əsasən, cəmi 5565,10 manat (beş min beş yüz altmış beş manat 10 qəpik) kredit borcunun tutularaq iddiaçı Maraqlı şəxs2 X8-bank Kredit Təşkilatına ödənilməsi, cavabdeh X4 13 noyabr 2015-ci il tarixli **********3591 saylı kredit müqaviləsinə əsasən, cəmi 3151,58 (üç min yüz əlli bir dollar 58 sent) ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsinə uyğun alınaraq Maraqlı şəxs2 X8-bank Kredit Təşkilatına ödənilməsi, cavabdeh X4 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq iddiaçı Maraqlı şəxs2 X7-bank Kredit Təşkilatına ödənilməlidir. Qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün aidiyyəti icra orqanına göndərilmiş və icra orqanı tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək zəruri icra hərəkətləri həyata keçirilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(040)-248/2021 nömrəli qətnaməsinə əsasən ondan tutulmalı olan 5565,10 manat kredit borcu və 30 manat dövlət rüsumu, cəmi 5595,10 manatın hissəhissə, yəni hər ay 50 manat və ya əlillik üzrə təyin edilmiş 365 manat pensiyasının 20 faizi miqdarında (73 manat) tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məcburi köçkün olmaqla, "şəxsiyyətin paranoid tipli pozuntusu; tez-tez dekompensasiyada" diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlildir, əmək qabiliyyətsizdir. Aldığı 365 manat əlillik pensiyasından başqa heç bir gəliri yoxdur. Kəlbəcər Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, 8(040)-41/2025 nömrəli qərardadı ilə (hakim H.Qəniyev) ərizənin təmin edilməməsi qərara alınmışdır. X2 qərardaddan şikayət verərək ləğv edilməsini, əks təqdirdə işin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, maddi vəziyyətinin ağır olmasına, yəni ikinci dərəcəli əlil olmasına dair sübutu məhkəməyə təqdim etmişdir. Eləcədə işləməməsinə və sosial müavinət almamasına dair arayışları məhkəməyə təqdim edə bilməsini bildirsədə lakin məhkəmə bunları nəzərə almamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 8(040)-41/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1. maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 05 nömrəli qərarının 6-cı bəndinin 5-ci abzasında qeyd olunur ki, “.İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi ilə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə kollegiyası iclasında müəyyən olunur ki, Kəlbəcər Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(040)-248/2021 nömrəli qətnaməsinə əsasən cavabdeh X4 13 noyabr 2015-ci il tarixli, **********4752 saylı kredit müqaviləsinə əsasən, cəmi 5565,10 manat (beş min beş yüz altmış beş manat 10 qəpik) kredit borcunun tutularaq iddiaçı Maraqlı şəxs2 X8-bank Kredit Təşkilatına ödənilməlidir. X2 icra sənədi üzrə tələb olunan 5565,10 manatı maddi imkanının olmamsı səbəbindən hissə-hissə, yəni hər ay 50 manat və ya aldığı 365 manat əlillik pensiyasının 20 faizi miqdarında (73 manat) olmaqla ödənilməsina dair qərardad çıxarılmasını xahiş etmiş, işə baxan birinci instansiya məhkəməsi isə ərizəni təmin etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki prosessual qanunvericiliyə görə, işdə iştirak edən şəxslərin qətnamənin icrasına möhlət verilməsi, hissə-hissə icra edilməsi, habelə onun icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizəyə baxılarkən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınaraq ərizəyə qiymət verilir. İcra sənədi üzrə X2ndan tutulması qət olunan 5565,10 manat borcun hissə-hissə, yəni hər ay 50 manat və ya 365 manat pensiyanın 20 faizı nəzərə alınmaqla 73 manat olmaqla icra edilməsi özlüyündə qətnamənin uzun müddət gec icra olunmasına gətirib çıxaracaqdır ki, bu halda məhkəmənin qətnaməsi tələbkar üçün əhəmiyyətini itirmiş olar və bu hal tələbkarın mənafelərinin təmin edilməsi baxımından ağlabatan müddət hesab oluna bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir (maddə 402.2.). Hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi həmin maddədə nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 398 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı QƏRARAALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, 8(040)-41/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-195/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-195/2025
29.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver