Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-20/2025 11.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X3 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(076)-711/2024 saylı qərardadından X2 tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ X2, ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(076)-1262/2014 saylı icra sənədi üzrə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(076)-517/2024 saylı qərardadına əsasən, onun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 8(076)-711/2024 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. X2 şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli, 8(076)- 711/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(076)-711/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2025-ci il tarixli, 8(104)-20/2025 saylı qərardadı ləğv edilməli, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(076)-711/2024 saylı qərardadından X2nun verdiyi şikayət qeyri-mümkün hesab edilməli və şikayətin Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, şikayət yoxlanılarkən müəyyən edilmişdir ki, X5 tərəfindən verilmiş şikayət mülki prosessual qanunvericiliyin tələbinə uyğun, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1 və 363.1.5-ci maddələrinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, borclu X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(076)-517/2024 saylı qərardadına əsasən, onun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi qərarında düzgün olaraq qanunvericiliyin borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi məsələsinə baxılmasını icra qurumunun səlahiyyətlərinə aid etdiyini qeyd etsə də, ərizəyə baxaraq ərizənin rədd edilməsi barədə düzgün olmayan qərardad qəbul etmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(076)-711/2024 saylı qərardadından X2 tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş, birinci instansiya məhkəməsi isə qərardaddan verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddələsinin tələblərinə uyğunluğunu yoxlamadan şikayətə baxaraq şikayəti təmin etməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən və MPM-nin 10-1, 263-264, 363, 366, 398, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARAALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2025-ci il tarixli, 8(104)-20/2025 saylı qərardadı ləğv edilsin. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(076)-711/2024 saylı qərardadından X2 tərəfindən verdiyi şikayət qeyri-mümkün hesab edilsin və şikayətin Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-20/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-20/2025
11.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver