Məhkəmə qərarları › İş №8(104)-22/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-22/2023

16.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-22/2023 16.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Borclu X1 icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizəsinə dair iş üzrə Xocalı Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 8(070)-10/2022 nömrəli qərardadından borclu X2 tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Borclu X2 ərizə ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, işsiz və gəlirinin olmamasını nəzərə alaraq borcunun hissə-hissə, yəni hər ay 50 manat ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xocalı Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(070)-153/2022 nömrəli icra vərəqəsi üzrə borcunu bir dəfəyə ödəyə bilmir. Belə ki, işsizdir, eləcədə mülkiyyətində daşınar və daşınmaz əmlak yoxdur. Həmçinin qızı tələbədir onunda xərclərini çətinliklə qarşılayır. Ona görədə borcunu hissə-hissə ödəməyə razıdır. Xocalı Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 8(070)-10/2022 nömrəli qərardadı ilə borclu X1 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan borclu X2 şikayət verərək, qərardadın ləğv olunması və ərizənin təmin edilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, maddi imkanı olmadığından borcu bir dəhəyə ödəyə bilmir. Xocalı Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 8(070)-10/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikəyət baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1. maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 05 nömrəli qərarının 6-cı bəndinin 5-ci abzasında qeyd olunur ki, “.İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi ilə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə kollegiyası iclasında müəyyən olunur ki, Xocalı Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(070)-153/2022 nömrəli qətnaməsi ilə cavabdeh Bayramova (Yarməmmədova) Cəmilə Fizuli qızından 2300 manat, habelə 43 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2343 manat iddiaçı Tələbkar xeyrinə tutulması qət olunmuşdur. İcra sənədi üzrə borclu Bayramova (Yarməmmədova) Cəmilə Fizuli qızı maddi imkanı olmadığından borcun hissəhissə, yəni hər ay 50 manat olmaqla ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də ərizəni təmin etməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki prosessual qanunvericiliyə görə, işdə iştirak edən şəxslərin qətnamənin icrasına möhlət verilməsi, hissə-hissə icra edilməsi, habelə onun icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizəyə baxılarkən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınaraq ərizəyə qiymət verilir. İcra sənədi üzrə borclu Bayramova (Yarməmmədova) Cəmilə Fizuli qızından tutulması qət olunan 2343 manat borcun hissə-hissə, yəni hər ay 50 manat olmaqla icra edilməsi özlüyündə qətnamənin uzun müddət gec icra olunmasına gətirib çıxaracaqdır ki, bu halda məhkəmənin qətnaməsi tələbkar üçün əhəmiyyətini itirmiş olar. Kollegiya tələbkarların əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin olunacağı təqdirdə icra sənədinin icrası uzun müddət tələb edər ki, bu da yuxarıda qeyd olunduğu kimi tələbkarın mənafelərinin təmin edilməsi baxımından ağlabatan müddət hesab oluna bilməz. Ona görə də kollegiya hesab edir ki, ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlar əsasən məhkəmə kollegiyası hesab edir ki, şikаyət əsassız olduğundan təmin edilməməli, Xocalı Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 8(070)-10/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 357, 360, 398, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Borclu X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Xocalı Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 8(070)-10/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar