Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-229/2025 02.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 8(076)-674/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardaddan Borclu nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Tələbkar1, X2 və Tələbkar3 ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-275/2024 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Maraqlı şəxs icra sənədi üzrə icraatın dayandırılması ilə bağlı hərəkətlərinin və məcburi icra tədbirlərinin davam etdirilməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi; Maraqlı şəxs icra məmuru Ayaz Hüseynovun icra sənədi üzrə icraatın dayandırılması barədə xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi; Şəmkir Rayon Məhkəməsinin 2(076)- 275/2024 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrası üzrə icraatın dərhal bərpa olunmasını və tam şəkildə icra edilməsinin təmin olunması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 8(076)-674/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Həvayət Məhəmmədi) Şəmkir Rayon Məhkəməsinin 2(076)-275/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə Maraqlı şəxs xx.xx.2025- ci il tarixli qərarının ləğv edilməsi, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 275/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan tələbkar Borclu şikayət vermişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-674/2025 saylı qərardadı ilə Şəmkir rayon Məhkəməsinin 8(076)-674/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət MPM-in 363.1.5-ci maddəsinə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. Bundan sonra Şəmkir Rayon Məhkəməsinin 8(076)-674/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardaddan Borclu nümayəndəsi Nümayəndə nöqsanları aradan qaldırmaqla yenidən apellyasiya şikayəti vermişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-674/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və şikayət Mülki Prosessual Məcəllənin 268.1 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, borclu şikayətində Şəmkir Rayon Məhkəməsinin 8(076)-674/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadını xx.xx.2025-ci il tarixdə əldə etdiyini qeyd etmişdir. Həmin qərardaddan xx.xx.2025-ci il tarixdə şikayət vermiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-674/2025 saylı qərardadı ilə verilmiş şikayət Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. Lakin, borclu Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(076)-674/2025 saylı qərardadından şikayət verməmiş, Şəmkir Rayon Məhkəməsinin 8(076)-674/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Borclu nümayəndəsi Nümayəndə nöqsanları aradan qaldırmaqla yenidən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir ki, bununla da qərardaddan şikayət verilməsi üçün MPM-nin 268.1-ci maddəsində nəzərdə tutulmuş müddəti 3 gün ötürmüşdür. Mülki Prosessual Məcəllənin 268.1-ci madəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin 8(076)-674/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Borclu nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(104)-229/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-229/2025
02.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver