Məhkəmə qərarları › İş №8(104)-23/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-23/2024

22.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-23/2024 22.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)-448/2023 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 8(021)-264/2023 saylı qərardadın ləğv edilməsi və yeni qərardad qəbul edilərək “Ravon Nexia R3” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbs götürülməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(021)-448/2023-cü il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 8(021)-264/2023 saylı Qərardadın ləğv edilməsi və yeni qərardad qəbul edilərək “Ravon Nexia R3” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə şikayətin təmin olunmaması qət edilmişdir. Həmin qərardaddan X2 tərəfindən 04 oktyabr 2023-cü il tarixdə şikayət vermiş, Bərdə Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 8(021)- 448/2023 nömrəli qərardadı ilə X6 tərəfindən verilmiş şikayətinin geri qaytarılması, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş qaydada şikayətin elektron kabinet vasitəsilə verilməli olmasının izah edilməsi qərara alınmışdır. X4 nümayəndəsi olan vəkil X5 07 noyabr 2023-cü il tarixdə elektron qaydada şikayət vermiş, Bərdə Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 8(021)-448/2023 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 8(021)-448/2023 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətin prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılması qərara alınmışdır. Daha sonra X2nun nümayəndəsi X5 12 dekabr 2023-cü il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə verərək göstərmişdir ki, Bərdə rayon məhkəməsi 07 avqust 2023-cü il tarixli 8(021)-448/2023 saylı Qərardadı ilə onun şikayətini təmin edilməmişdir. O, həmin qərardaddan şikayət vermiş, lakin, Bərdə Rayon məhkəməsinin xx.xx.2023-cü il tarxili 8(021)-448/2023 saylı qərardadı ilə onun şikayəti geri qaytarılmış və qərardadda belə əsaslandırılmışdır ki, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. O, müddəti üzürsüz səbəbdən buraxmışdır. Ona görə də, hesab edir ki, şikayət vermək üçün müddəti ötürməmişdir. Bərdə Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 8(021)-448/2023 saylı qərardadı ilə cavabdehin buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməmişdir. X3 rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 8(021)-448/2023 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, prosessual müddəti üzürlü səbəblərdən buraxmışdır. Belə ki, Bakı şəhərində işlədiyi üçün, qərardadı gec əldə etmişdir. Hesab edir ki, şikayət üzrə prosessual müddət bərpa olunmalıdır. Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 8(021)-448/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(042)- 552/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(021)-448/2023-cü il tarixli qərardadı ilə X4 Bərdə Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 8(021)-264/2023 saylı Qərardadının ləğv edilməsi və yeni qərardad qəbul edilərək “Ravon Nexia R3” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə şikayətin təmin olunmaması qərara alınmış, X6 həmin qərardadı əldə edərək, xx.xx.2023-cü il tarixdə şikayət vermişdir. Bərdə Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 8(021)- 448/2023 nömrəli qərardadı ilə X6 tərəfindən verilmiş şikayətinin geri qaytarılması, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş qaydada şikayətin elektron kabinet vasitəsilə verilməli olmasının izah edilməsi qərara alınmışdır. X4 nümayəndəsi olan vəkil X5 07 noyabr 2023-cü il tarixdə elektron qaydada şikayət vermiş, Bərdə Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 8(021)-448/2023 nömrəli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 8(021)- 448/2023 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətin geri prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılması qərara alınmışdır. Bundan sonra, X2nun nümayəndəsi X5 12 dekabr 2023-cü il tarixdə elektron kabinet vasitəsilə şikayət və prosessual müddətin bərpasına dair ərizə vermiş və Bərdə Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli 8(021)-448/2023 saylı qərardadı ilə cavabdehin buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikasının MPM-nin: 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 133-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(021)-448/2023-cü il tarixli qərardadı tərəfə təqdim olunduqdan sonra, xx.xx.2023cü il tarixdə şikayət vermiş, lakin sonradan onun verdiyi şikayətlər müxtəlif prosessual əsaslarla geri qaytarılmış və ssonuncu dəfə 12 dekabr 2023-cü il tarixdə elektron kabinet vasitəsilə şikayət və prosessual müddətin bərpasına dair ərizə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətinin geri qaytarılması müddətin üzrlü səbəbdən ötürülməsi üçün əsas sayıla bilməz. Belə ki, hazırkı işdə borclu peşəkar vəkillə təmsil olunmuş və peşəkar hüquqi yardım göstərən vəkil tərəfindən şikayətinin tərtibi zamanı şikayətin forma və məzmun tələbinə riayət etməməsi, müddətin bərpasını mümkün edən üzrlü səbəb kimi qiymətləndirilməsini istisna edir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Bu baxımdan, qanunla nəzərdə tutulmuş müddətdə iddiaçının şikayəti verməsi üçün heç bir maneə və ya məhdudiyyət olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, prosessual qanunvericiliyin tələblərinə uyğundur və qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)-448/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157-158, 263-264, 398 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)-448/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar