Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(104)-233/2025 22.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X3 ibarət tərkibdə, Alimentin indeksasiya edilməsi Bərdə Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 8(021)-313/2025 saylı qərardadından Borclu etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə icraatında baxaraq, məhkəmə kollegiyası Müəyyənetdi: X2 ərizə ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2013-cü il tarixli 2(021)-1222/2013 saylı qətnaməsi ilə Borclu birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə tutulmalı olan 60 manat sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə müəyyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində indeksasiya edilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2013-cü il tarixli 2(021)-1222/2013 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay hər uşağa görə 60 manat məbləğində aliment tutularaq X14 ödənilməsi qət edilmişdir. Tutulmuş alimentin əsas xərcləri ödəməyə kömək etmədiyinə görə Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2013-cü il tarixli 2(021)-1222/2013 saylı qətnaməsi ilə Borclu birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə tutulmalı olan 60 manat sabit pul məbləğində aliment məbləğinin ölkə üzrə müəyyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində indeksasiya edilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 8(021)-313/2025 saylı qərardadı ilə (hakim Ziya Abdullayev) ərizə qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2013-cü il tarixli, 2(021)-1222/2013 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu tutulan alimentin miqdarı hər ay hər uşağa görə 06 avqust 2025ci il tarixdən başlayaraq ölkə üzrə müəyyyən olunmuş minimum əmək haqqının 0.57 misli həddində, sonrakı artımlar nəzərə alınmaqla, (400*0.57=228 manat həcmində) indeksasiya olunması qərar alınmışdır. Daha sonra Borclu etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olmuş iki uşaqdan birinin borclu ilə, digərinin isə tələbkarla qaldığından Bərdə Rayon Məhkəməsinin 8(021)-313/2025 saylı 21 avqust 2025-ci il tarixli qərardadı ləğv edilməsini, əks təqdirdə işin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, hesab edir ki, məhkəmənin gəldiyi nəticə yanlışdır və qərardad ləğv edilməlidir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(021)- 1222/2013 saylı qətnaməsinə xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində alimentin ondan tutularaq X6 xeyrinə ödənilməsi qət edilmişdir. Baxmayaraq ki, rəsmi qaydada boşandıqdan sonra, uşaqların hər ikisi Elminaz Nəzəriyə verilmişdir, ancaq xx.xx.2009-cu il təvəllüdlü X9 onun yanında yaşamışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1356/2023 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X5 onun himayəsində olması faktı məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Belə olan halda, ondan iki uşağın saxlanması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.57 misli həddində aliment tutulması qanunsuz və ədalətsizdir. Bərdə Rayon Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli, 8(021)-313/2025 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 8(021)-313/2025 saylı, 21 avqust 2025-ci il tarixli qərardadından Borclu etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməməsi və baxılması üçün işlə birlikdə Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 8(021)-313/2025 saylı, 21 avqust 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2013-cü il tarixli 2(021)-1222/2013 saylı qətnaməsinə əsasən, xx xxxx 1976-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 9-da yaşayan Borclu 22 iyul 2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 60 manat alimentin tutularaq, 10 aprel 2009-cu ildə anadan olmuş X5 və 09 avqust 2010-cu il tarixdə anadan olmuş X1 üçün Bərdə şəhəri Nizami küçəsi 156-da yaşayan X4 verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi vаlideynlərin uşаqlara qаyğı göstərmək bоrcu оlduğundаn, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək səviyyədə saxlanmasını əsas tutаrаq, hаbelə uşаqların qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiаçının üzərinə düşməsini, həmçinin uşağın hazırda iddiaçının himayəsində saxlanılmasını nəzərə alaraq hesab etmişdir ki, X2nın ərizəsi qismən təmin olunmalı, Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2013-cü il tarixli, 2(021)-1222/2013 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu tutulan alimentin miqdarı hər ay hər uşağa görə 06 avqust 2025-ci il tarixdən başlayaraq ölkə üzrə müəyyyən olunmuş minimum əmək haqqının 0.57 misli həddində, sonrakı artımlar nəzərə alınmaqla, (400*0.57=228 manat həcmində) indeksasiya olunmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından və alimentin indeksasiyasının Ali Məhkəmənin Plenumunun Qərarının 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.4-cü bəndinə 8.4-2-ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, “Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır”. Həmçinin, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” müvafiq sərəncamına əsasən hər il ölkə üzrə minimum aylıq əmək haqqının miqdarında artırmalar həyata keçirilir. Ölkədə yetkinlik yaşına çatmamışların yaşayış minimumu 2013-cü ildə hər uşaq üçün 105 manat müəyyən edilmişdir, Həmin tarixdə qəbul edilmiş qətnamədə də uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı 60 manat sabit pul məbləğində tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına əsasən 2025-ci ilin yanvar ayının 1-dən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 26 sentyabr 2013-cü ildə qəbul edilmiş qətnamə əsasında uşağın saxlanılması üçün müəyyən edilmiş 60 manat sabit pul məbləği düzgün olaraq (60:105=0.57) indeksasiya edilmişdir. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, Bərdə Rayon Məhkəməsi borclu tərəfindən qərardaddan verilmiş şikayəti təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir, şikayətin dəlilləri formal mülahizə xarakteri daşıyır, şikayətin təmin edilməsi üçün əsas yoxdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, bu iş üzrə Bərdə Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 8(021)-313/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya kollegiyası 1-ci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir(MPM maddə 402.2 və 402.3). Ona görə də hazirki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 397, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Borclu etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 8(021)-313/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(104)-233/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №8(104)-233/2025
22.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver